"Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..."
Tarix: 26-01-2021, 17:20 | Çap et
 Moderator.az-ın qonağı Əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadədir.
- Gövhər xanım, yeni Mədəniyyət Naziri də təyin edildi. Bu sahədə müəyyən islahatların edilməsi gözlənilir. Sizin gözləntiləriniz nələrdən ibarətdir?
- Mədəniyyət naziri Anar Kərimov təyin olunduqda təbii ki, biz də sevindik. Onun iş təcrübəsi buna daha çox əsas verdi. Gözləntilərim isə ondan ibarətdir ki, koronavirus dünyamızı tərk etsin. Biz də əvvəlki iş rejimimizə davam edək. Nazirin edəcəyi islahatlara böyük ümidlərim var. Hazırda əsas problem pandemiyadan xilas olmaqdır. Bizim sənətimiz elədir ki, onlayn şəkildə, qapalı fəaliyyət göstərmək mümkün deyil. Belə ki, böyük orkestr, ansamblarla çalışırıq. Onlarla onlayn şəkildə işləmək mümkün deyil. Pandemiya işimizi təxirə saldı. Yeni nazirdən gözləntilərə gəldikdə isə ondan keyfiyyətli layihələr gözləyirik. Yəqin ki, müasir düşüncəli, fərqli formatda işlər, layihələr dəolacaq. Biz də buna uyğunlaşıb, yaradıcılığımızı o istiqamətdə davam etdirəcəyik. Karantin bitdikdən sonra yaradıcılıq işlərimizi davam etdirəcəyik. Pandemiya bizi qapatdı, söndürdü. Bu da insanın psixogiyasına təsir edir.
- Artıq pandemiyadan sonra yeni bir dönəmin başlayacağı və bu sahədə dirçəlmə baş verəcəyi deyilir. Sizcə Azərbaycan musiqisində bunu necə hiss edəcəyik?
- Biz bunu görülən işlərin peşəkarlığında daha çox hiss edəcəyik. Belə ki, peşəkar, savadlı, təcrübəli kadrlara üstünlük veriləcək. Ən azından bilirik ki, yeni təyin olunan kadrların müəyyən qədər təcrübəsi var. Vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir. Çox ümidvaram ki, belə davam etsə efirlərdə dəyişikliklərə rast gələcəyik. Bu iş peşəkarlara həvalə olunsa, nəticə göz qabağında olacaq. Yəni hər kəsdən savadlı, peşəkar münasibət tələb olunsa məhsullarda keyfiyyət əldə edə bilərik. Məhsullar peşəkarların əlindən keçəcək. Hərə öz işi ilə məşğul olacaq.
- Peşəkarlıq deyəndə nəyi nəzərdə tutursunuz?
- Hər sahədə həddindən artıq peşəkar kadrlarımız var. Sadəcə olaraq düzgün insanlara müraciət edib, onları cəlb etdikdən sonra çox qısa müddətdə yüksək nəticə əldə edəcəyik. Deyəcəklər ki, bu var idisə biz niyə keyfiyyətsiz musiqilər dinləyirdik? Peşəkarlıq deyəndə mənim görəcəyim işi başqasına tapşırmayacaqlar. Başqasının məndən daha yaxşı görəcəyi işi də mənə. Hər işi peşəkarına həvalə edəndə mükəmməl nəticə əldə edilir.
- Yəqin ki, təşkil etdiyiniz konsertlərin uğurlu olmasının da səbəbi buradan qaynaqlanır.
- Konsertlərimizin uğurlu keçməsi tək mənim deyil, komandanın işindən asılıdır. Təşkilatçı olduğum konsertlərdə pultun arxasında oturandan musiqiçilərə qədər hər işə peşəkarları cəlb edirəm. Ona görə konsertlərim uğurlu alınır. Sadəcə işini bilən insanlara şərait yaradıram. İndiki Mədəniyyət nazirindən də bunu gözləyirəm. Ümid edirəm ki, keyfiyyətli mədəniyyət əsələri ilə xalqımızın qarşısına üzü ağ, layiqli şəkildə çıxacağıq.
- Ümid edirik ki, efirlərdə reytinq gətirən bayağı musiqilər də yığışdırılar.
- Onların hamısı sıradan çıxacaq. Hər kəsin başı öz işinə qarışacaq. Yəni çətin ki, o zaman bu sahədə boşluq yaransın. Bayağı mahnıları səsləndirənlər də boşluqdan istifadə edib bayağı mahnılar təqdim etməyəcək. Keyfiyyətli material çox olanda onun içindən seçim etmək də asan olur. Material olmayanda televiziyalar da əldə nə varsa onun ümidinə qalırlar. Meydanı boş buraxmaq olmaz. Biz bir dəfə bu boşluğa yol verdik. Bəlkə də bu da bir dönəm idi. Əminəm ki, bir də bu dönəm gəlməyəcək.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sübhaninin İrəvandakı missiyası başa çatır: - Həmişə ermənilərin dostu olacağam
Dünən, 17:41 |
|
|
|
• BOKT “International” 50 investordan illik 18% ilə borc götürdü
Dünən, 17:36 |
|
|
|
• Tiktoker “Miray” saxlanıldı - FOTO
Dünən, 17:29 |
|
|
|
• Döyülən uşaqların anası yenə hamilədir... - Video
Dünən, 17:24 |
|
|
|
• DSMF 3 xidməti maşınını 140 minə təmir etdirəcək
Dünən, 17:09 |
|
|
|
• “Ramada” hotelin çirkab suları Şıxov çimərliyinə AXIR? – ŞİKAYƏT/VİDEO
Dünən, 17:03 |
|
|
|
• Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi
Dünən, 16:53 |
|
|
|
• İstintaqa cəlb edilmişdi, baş həkim təyin olundu – FOTO
Dünən, 16:47 |
|
|
|
• "Qardaşıma zəng etdim ki, “Qarabağ”ın qələbəsinə görə qurban kəssin" - Aqil Abbas
Dünən, 16:43 |
|
|
|
• “Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək”
Dünən, 16:31 |
|
|
|
• Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz - Misir Mərdanov
Dünən, 16:29 |
|
|
|
• Ruslar Ukraynada “Bayraktar”ın zavodunu vurdu: Türkiyə milyonlar itirdi - KİV
Dünən, 16:25 |
|
|
|
• “Pirr qələbəsi”: “Qarabağ” nə üçün məğlub oldu - YEKUN ANALİZ
Dünən, 16:20 |
|
|
|
• Göyüşovun Amerika səfirliyində yarım milyonluq yeyintisi... - TƏFƏRRÜAT
Dünən, 16:16 |
|
|
|
• Beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
• Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Dünən, 16:01 |
|
|
|
• Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Dünən, 15:58 |
|
|
|
• Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Dünən, 15:53 |
|
|
|
• Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Dünən, 15:50 |
|
|
|
• "Bəzən sevgi əzaba çevrilir"
Dünən, 15:47 |
|
|
|
• Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Dünən, 15:42 |
|
|
|
• "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Dünən, 15:30 |
|
|
|
• 43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Dünən, 15:15 |
|
|
|
• Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Dünən, 15:03 |
|
|
|
• Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Dünən, 14:48 |
|
|
|
• Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Dünən, 14:44 |
|
|
|
• Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Dünən, 14:26 |
|
|
|
• Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Dünən, 14:06 |
|
|
|
• Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Dünən, 14:04 |
|
|
|
• Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Dünən, 13:59 |
|
|
|
• Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Dünən, 13:56 |
|
|
|
• Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Dünən, 13:54 |
|
|
|
• "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Dünən, 13:50 |
|
|
|
• Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Dünən, 13:41 |
|
|
|
• Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Dünən, 13:37 |
|
|
|
• “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Dünən, 13:32 |
|
|
|
• Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Dünən, 13:29 |
|
|
|
• "Həyatımda unudulmaz bir gündür"
Dünən, 13:26 |
|
|
|
• II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Dünən, 13:20 |
|
|
|
• Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Dünən, 13:16 |
|
|
|
• İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Dünən, 13:09 |
|
|
|
• "Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Dünən, 13:07 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Dünən, 13:04 |
|
|
|
• Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Dünən, 13:02 |
|
|
|
• Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Dünən, 12:54 |
|
|
|
• “Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Dünən, 12:53 |
|
|
|
• Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Dünən, 12:49 |
|
|
|
• "17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Dünən, 12:48 |
|
|
|
• Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Dünən, 12:00 |
|
|
|
• Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Dünən, 11:58 |
|
|
|
|