"Biz gənclərimizi tez-tez tənqid edirdik, amma onlar..."
Tarix: 7-12-2020, 08:04 | Çap et
 “Azərbaycan xalqı belə qələbəni heç bir zaman görməyib. Bu min illərdən gələn qələbədir. Mən bunu mütləq qeyd etməliyəm ki, belə ordu, xalqın birliyi və mühit ölkəmizdə heç vaxt olmayıb. Yadıma düşür ki, 1992-ci ildə mən tarzən Ramiz Quliyevlə, diktor Rafiq Hüseynovla Ağdama, Şelli kəndinə əsgərlərimizlə görüşə getmişdim. O vaxtkı əsgərlərimiz də döyüşürdü, özü də hamısı aslan kimi igidlər idi, amma əllərində ov tüfəngi, ayaqlarında “vetnamka” vardı. Nə vahid bir komanda var idi, nə də normal bir hökümət. Deyirlər ki, biz o illərdə müharibəni uduzmuşduq, bu düzgün yanaşma deyil. Biz o müharibəni də uduzmamışdıq, sadəcə ölkədə heç nə vahid deyildi, düşmənlərimizə kömək edənlər var idi. İndi isə ölkədə tam başqa abu-hava hökm sürür”
Bunu Moderator.Az-a açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor, “Şöhrət” və “İstiqlal” ordenli sənətkar Fərhad Bədəlbəyli bildirib. Sənətkar döyüşçülərimizin cəsarətindən də ürək dolusu danışıb.
“Cənab prezidentimiz düz deyir də, aslan kimi vuruşdular uşaqlar. Raketlərlə, dronlarla yox, öz əlləriylə, əlbəyaxa döyüşərək Şuşanı azad edib bu aslanlar. Biz gənclərimizi tez-tez tənqid edirdik, amma onlar bizə göstərdilər ki, əsl igiddirlər. Fürsətdən istifadə edib mən onlardan üzr istəyirəm. Sağ olsun bizim gənclərimiz, əsgərlərimiz. Rektoru olduğum Bakı Musiqi Akademiyasından da bir bəstəkar tələbəm könüllü getmişdi cəbhəyə. Gözü də zəif görürdü. Dedim ki, hara gedirsən, ay bala? Dedi ki, yox, Fərhad müəllim, mən getməliyəm. Qayıdanda yüngül xəsarətlər alıb gəlmişdi, şükür ki, indi yaxşıdır. Biz bu gün çox xoşbəxtik, ordumuz bizə qeyrətimizi, namusumuzu qaytardı. Müharibə gedəndə mən Polad Bülbüloğlu ilə səhərdən-axşama qədər əlaqə saxlayırdım, planlarımızdan danışırdıq ki, Şuşada ev, musiqi məktəbi tikəcəyik. Bunları dövlətin yox, öz hesabımıza edəcəyik. Hər bir imkanı çatan insan işğaldan azad etdiyimiz ərazilərdə bir ev, villa tikməlidir ki, orada izimiz qalsın. Gələcək nəsillər də qoy bu rayonlara elə- belə baxmasın. 1960-cı illərdə Bakıda rayonlu uşaqlara bir az yuxarıdan aşağı baxırdılar ki, bu rayonludur. Amma əslində rayon uşaqları, kasıb ailənin nümayəndələri, kənddə yaşayan igidlərimiz bizi xilas ediblər, onlar vuruşublar. Bunu yaddan çıxarmaq olmaz. Onların çoxu da şəhidlik zirvəsinə ucalıb. Şəhidlərimizdən danışanda kövrəlirəm, çox pis oluram (kövrəlir).. Bizim o qədər qohumlarımız, tanışlarımız var idi ki, şəhid oldular. Onların anaları yas mərasimlərində ağlamırdılar, “Vətən sağ olsun” deyirdilər. Mən baxıb məhtəəl qalırdım” deyə sənətkar bildirib.
Professor siyasi partiyaların həmrəyliyindən də danışıb. O həmçinin içində bir narahatlığın da hökm sürdüyünü bildirib.
“Azərbaycan indi tamam başqa ölkədir. Bir müddət əvvəl ölkəmizdəki siyasi partiyalar bir-biri ilə vuruşurdular, amma indi müxalifət partiyalarının hamısı cənab prezidentimizi dəstəkləyirlər. 50-dən çox siyasi partiya Ali Baş Komandanı dəstəklədi, bu böyük bir nailiyyətdir. Bu qələbə bizim üçün ilk addımlardır. Amma müharibə hələ davam edir, ermənilər çox çirkin millətdir. Bu gün onlar yenə də öz fırıldaqlarına başlayırlar, Xankəndindən istifadə edib, məktəb açırlar. Bu barədə çox ciddi nəzarət olmalıdır. Soruşmaq lazımdır ki, bu erməni uşaqları hansı kitablarla o məktəblərdə oxuyacaqlar? Yenə ermənistan? Bəs bu nə olacaq? Bu yara hələ qalıb, bu yaranın üstündə biz çox ciddi işləməliyik” deyə Fərhad Bədəlbəyli deyib.
Xalq artisti ulu babasının Şuşada sarayı olduğunu da bildirib.
“Ulu babam Bəhmən Mirzə Qacar 19-cu əsrdə ailəsi ilə İrandan Rusiyaya köçüb. O İran padşahının doğma qardaşı idi. 1-ci Nikolay ona Şuşada yer verib. Ulu babamın Şuşada sarayı var idi, amma 1905-ci ildəki toqquşmalarda ermənilər o sarayı yandırmışdılar. Ondan sonra Şuşaya ancaq Bülbülün, Süleyman Ələsgərovun evinə gedirdik. Şuşa nəinki Azərbaycan üçün, bütün dünya üçün böyük bir mədəni yerdir. Yaxşıkı əsgərlərimiz oranı işğaldan azad edəndə bir o qədər də dağıtmadılar. Ermənilərin tikdiyi binaları söküb, qədim Şuşanı yenidən bərpa etmək lazımdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:03 |
|
|
|
• “Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Bu gün, 12:00 |
|
|
|
• "Nazir o vaxt yeni gələndə demişdi ki..."
Bu gün, 09:17 |
|
|
|
• Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Bu gün, 09:15 |
|
|
|
• "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Bu gün, 07:44 |
|
|
|
• "Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Bu gün, 07:40 |
|
|
|
• "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Bu gün, 07:17 |
|
|
|
• Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Bu gün, 07:12 |
|
|
|
• İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Bu gün, 06:59 |
|
|
|
• Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Bu gün, 06:56 |
|
|
|
• Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Bu gün, 06:27 |
|
|
|
• Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19 |
|
|
|
• Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11 |
|
|
|
• "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08 |
|
|
|
• Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01 |
|
|
|
• Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59 |
|
|
|
• Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55 |
|
|
|
• Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50 |
|
|
|
• Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46 |
|
|
|
• Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44 |
|
|
|
• Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42 |
|
|
|
• "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01 |
|
|
|
• Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59 |
|
|
|
• İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00 |
|
|
|
• Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02 |
|
|
|
• Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57 |
|
|
|
• Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55 |
|
|
|
• "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53 |
|
|
|
• Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49 |
|
|
|
• Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43 |
|
|
|
• Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36 |
|
|
|
• Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30 |
|
|
|
• Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28 |
|
|
|
• Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26 |
|
|
|
• "Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23 |
|
|
|
• Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15 |
|
|
|
• 350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16 |
|
|
|
• Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11 |
|
|
|
• Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02 |
|
|
|
• Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01 |
|
|
|
• Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53 |
|
|
|
• Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50 |
|
|
|
• Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47 |
|
|
|
• Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Dünən, 12:40 |
|
|
|
• Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Dünən, 12:22 |
|
|
|
• İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Dünən, 12:14 |
|
|
|
|