"Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var"
Tarix: 4-12-2020, 08:42 | Çap et
 Onun həzin, məlahətli səsini dinlədikcə ötən günlərə qayıdırsan. Kiminin uşaqlığı, kiminin gəcliyi, kiminin ilk məhəbbəti düşür yada… Bir sözlə, onu dinlədikcə xatirələr düşür yada.. "Bir ömrün nəğməsi", "Mənim 17 yaşım var", "Mənimlə qal", "İstərsənmi", "Bu dünyanı nağıl bilək", "Peşiman olarsan" mahnıları insanın ruhunu oxşayır. Söhbət alicənablığı, sakit, ciddi, ağır təbiəti, qalmaqallardan uzaq olması ilə seçilən Xalq artisti İlqar Muradovdan gedir. Sənətkar özü və sənəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb:
"Mən əslində, 5 yaşında pianoda çalıb-oxuyurdum. Məndən böyük bacım, qardaşım musiqi məktəbinə gedirdilər. Valideynlərimin dediyinə görə, mən onların ikisindən də istedadlı olmuşam. Sonra mən Naxçıvanda 7 illik Orta İxtisas Musiqi Məktəbinin piano şöbəsini bitirdim. Demək olar ki, ömrüm boyu musiqi ilə məşğul olmuşam. 1981-ci ildə bizim dahi sənətkarımız, mərhum Rafiq Babayev məni Bakıya dəvət etdi. Həmin vaxtdan bu günə qədər də oxuyuram".
"İlqar Muradovun ruhunu ifadə edən mahnı hansıdır?" sualına Xalq artistinin cavabı belə oldu: "Mənim əksər mahnılarım mənə aiddir. Amma mən nə oxuyuramsa o elə mənim qəlbimin musiqisidir. Onları sevərək, seçərək oxumuşam. Bütün mahnılarım mənə doğmadır. Mənim üçün fərqi yoxdur. Onlar mənim daxili aləmimdən xəbər verir. Onlar mənim övladlarımdır. Necə ki, övladlarımızın arasında fərq qoymuruq. Oxuduğum mahnılarım da mənim övladlarımdır. Onlar mənə yaxın olmasaydılar, mən onları ifa etməzdim".
Dünyanı cənginə alan COVİD-19 pandemiyası həmsöhbətimizin də yaradıcılığına təsirsiz ötüşməyib: "Karantindən qabaq 3 konsert nəzərdə tutulmuşdu. Onun 2-ni edə bildik, 1 konsert qaldı. Həmin konsertin tarixi dəyişilə-dəyişilə dekabrın 20-ə salınıb. Həmin vaxta bitsə, konsert baş tutacaq, ancaq çətin ki, o vaxta bitər. Ümidimiz 2021-ci ilədir".
Pandemiyadan söz düşmüşkən, müğənni insanlarımızı diqqətli olmağa, özlərini qorumağa çağırdı: "İnsanlar son dərcə diqqətli olsunlar. Qarabağ uğrunda döyüşlərdə qələbə qazandıq. Qripə də qalib gələsi olsaq çox yaxşı olar. Bu, özümüzün əlindədir".
"Pandemiya dövrü hər kəsə təsir etdiyi kim mənə də təsir etdi. Xüsusən maddi tərəfdən. Mən də öz doğmalarımı qorumaq üçün məcburiyyətdən evdə qaldım. Əslində mənə mənəvi olaraq elə də böyük təsir etmədi. Həmin dönəmlərdə yaradıcılığımın üzərində işlədir. Həmin dövrü səmərəli keçirdim".
Müsahibimizin fərqli imici, üzünün fakturası rejissor Yavər Rzayevin diqqətiini çəkib. Rejissor İlqar Muradovu quruluş verdiyi "Xeyirlə şərin rəqsi" filminə dəvət edib: "Filmin süjet xətti dünyaca məşhur xəfiyyə Dronqonun Azərbaycanın dağlıq rayonundakı bir qəsəbədə baş verən müəmmalı hadisəni araşdırması üzərində qurulub. Quruluşçu rejissor Yavər Rzayev məni baş rola - Dronqo obrazına dəvət etdi. Film Çingiz Abdullayevin "Quba kapriççiosu" əsəri əsasında lentə alınıb. Filmə ona görə çəkildim ki, o obraza simpatiyam var idi. Ümumiyyətlə, Çingiz müəllimin özünə də çox böyük hörmətim var. Yenə bu tipli obraza dəvət etsələr gedəcəyəm, amma başqa filmə yox".
"Əvvəlcə çəkilişə razılıq vermədim, çünki mən aktyor deyildim. Amma əsərlə tanış olduqdan sonra obrazda xarakterimə uyğun nələrisə tapdım. Düşünürəm ki, zahirən də Dronqoya oxşarlığım var. Çingiz Abdullayev mənim obrazımdan çox razı qalıb. Hətta premyerada da qeyd etdi ki, bu günə qədər çox film olub, lakin onların arasında ən uğurlu alınan və ən çox bəyəndiyi məhz bu filmdir. Bundan başqa, peşəkar kino mütəxəssisləri də film haqqında müsbət rəylər bildirirlər. Ümid edirəm ki, bunun ardı və yaxud başqa obrazlar olacaq".
Xalq artisti ölkəmizi xarici ölkələrdə də layiqincə təmsil edib: "Bir neçə layihələrdə də iştirak etmişəm. Misal kimi Norveç xoru ilə olan layihəni göstərə bilərəm. 1995-ci ildə mərhum səyyah Tur Heyerdal Azərbaycana gəldi. Onun ideyası ilə layihə yazıldı. Bu proyekt ən yaxşı proyektlər sırasına düşdü. Orda həm bəstəkar, həm də xalq mahnılarından istifadə etdik. Mərhum bəstəkar-pianoçu Rafiq müəllimin davamçısı olaraq dostum Siyavuş Kərimi ilə əl-ələ verib başqa-başqa ölkələrdə Azərbaycan musiqisini təbliğ etmişik. Qismət olarsa, yenə də edəcəyik".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın naziri ABŞ-yə səfir göndərilir - aravot.am
Bu gün, 00:41 |
|
|
|
• "Rusiyanın bugün meydanda tək qalmasının yeganə səbəbi Kremlinin yürütdüyü yanlış siyasətdir" - FAKT BUDUR!
Bu gün, 00:39 |
|
|
|
• AZAL təyyarəsi bilərək vurulub, məsuliyyət Moskvadadır - Kapitanın etirafı
Bu gün, 00:37 |
|
|
|
• "Sözümün üstündəyəm, niyə yoxdurlar ortada?" - QALMAQAL
Bu gün, 00:35 |
|
|
|
• Ermənistan ABŞ-ın təklifini rədd etmədiyini bildirir - AÇIQLAMA
Bu gün, 00:30 |
|
|
|
• Peterburqda miqrantlara daha bir qadağa qoyuldu
Bu gün, 00:28 |
|
|
|
• Ermənistan Yekaterinburqdakı fəxri konsulunu geri çağırıb - Ermənistan KİV
Bu gün, 00:26 |
|
|
|
• Sarayda ağacları kəsən "İnşaat Təmir" 35 min cərimələndi - TƏFƏRRÜAT
Dünən, 18:03 |
|
|
|
• İslamda kredit və faiz QADAĞASI - Bankçılıq görüntüsü altında sələmçilik aparılır?
Dünən, 18:01 |
|
|
|
• Əkrəm İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib
Dünən, 17:59 |
|
|
|
• “Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər, amma...” - AKTUAL
Dünən, 17:57 |
|
|
|
• Bakıda məşhur futbolçunun evindən oğurluq - Keçmiş vəzifəli xanım saxlanıldı
Dünən, 17:54 |
|
|
|
• Sevda Əliqızı şirniyyat bişirib satırmış: - “Xərçəng qadınların 90 faizi həyatda heç vaxt xoşbəxt olmur”
Dünən, 17:53 |
|
|
|
• Nazirlərdən daha çox maaş alan Cüdo Federasiyasının məsul işçiləri nə işlə məşğul olurlar? - İLGİNC
Dünən, 17:49 |
|
|
|
• İrlandiya sülh üçün konstitusiyasını necə dəyişdi? - Ermənistan üçün NÜMUNƏ
Dünən, 17:45 |
|
|
|
• Hacıyev “gözləyirik” dedi, Moskva susdu – Nə baş verir?
Dünən, 17:38 |
|
|
|
• AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun məhkəməsində mütəxəssis ifadə verdi - TƏFƏRRÜAT
Dünən, 17:30 |
|
|
|
• Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb
Dünən, 17:26 |
|
|
|
• Məşhur tikinti şirkətində qanunsuzluqlar – “Baxça şəhər”də yanğın təhlükəsi var?
Dünən, 17:20 |
|
|
|
• "Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb
Dünən, 17:16 |
|
|
|
• Bu şirkət “Uninet”i haqsız rəqabətdə ittiham etdi - ARAŞDIRMA BAŞLANILIB
Dünən, 17:11 |
|
|
|
• "Müəlliflik hüququna təcavüz edilir..." - ETİRAZ VAR...
Dünən, 17:01 |
|
|
|
• Bakıda bacısını boğaraq öldürən oğlana AĞIR CƏZA
Dünən, 16:54 |
|
|
|
• Özbaşına qalmış MASAZIR... - Buraların yiyəsi yoxdur?
Dünən, 16:49 |
|
|
|
• Nura Suri restoran fırıldağını ifşa etdi! – Müğənniyə atılan şabaşı da ciblərinə qoyublar
Dünən, 16:46 |
|
|
|
• 201 saylı məktəbin direktoru CANINI QURTARDI - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır - ŞƏRH
Dünən, 16:09 |
|
|
|
• Dövlət Agentliyi 170 min manatlıq geyim alır - TENDER UDULDU
Dünən, 16:06 |
|
|
|
• ABŞ-də Çinə qarşı bir sıra qanun layihələri hazırlanır - “Reuters”
Dünən, 16:02 |
|
|
|
• Sumqayıtda gənc qız paltar asanda binadan yıxıldı
Dünən, 16:01 |
|
|
|
• "Keçmiş həyat yoldaşımız dördüncü dəfə evlənib"
Dünən, 16:00 |
|
|
|
• Kəmaləddin Heydərov festivalı xanımı ilə izlədi - FOTO
Dünən, 15:57 |
|
|
|
• Azərbaycan-Ermənistan sülh danışıqlarına Rusiya müdaxiləsi - Kreml nə planlaşdırır?
Dünən, 15:50 |
|
|
|
• Nigarın Fərqanə ilə qalmaqalına Alim Qasımovdan SƏRT REAKSİYA
Dünən, 15:48 |
|
|
|
• Naxçıvanda polis nəfəri vəfat edib
Dünən, 15:31 |
|
|
|
• Region yenidən çalxalanır – İranın gizlətdiyi “xəzinə” vurula bilər
Dünən, 15:28 |
|
|
|
• Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub
Dünən, 15:12 |
|
|
|
• “ЗОЛОТОЙ КОЛОДЕЦ QIZIL QUYU” adı ilə bağlı iddia qaldıırldı - DETALLAR
Dünən, 14:58 |
|
|
|
• Tofiq Zülfüqarovun Dərbənd çıxışı Rusiyada millətçiləri silkələdi – “Yerli xalq niyə köçməlidir?”
Dünən, 14:50 |
|
|
|
• Həkim söz versə də, Mənzurənin pulunu qaytarmadı - AXI NİYƏ?
Dünən, 14:40 |
|
|
|
• Aleyna Tilkidən təəccübləndirən ETİRAF: - "Bir anda evlənib uşaq doğa bilərəm"
Dünən, 14:38 |
|
|
|
• “Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim” - TƏFƏRRÜAT
Dünən, 14:26 |
|
|
|
• 18 yaşında qatil olan Elnurun işi: Namus cinayəti, yoxsa... - ŞOK TƏFƏRRÜAT
Dünən, 14:23 |
|
|
|
• Kreml Ankaraya təşəkkür etdi: “Türkiyə bütün tərəflərə uyğundur” - Peskovdan SENSASİON AÇIQLAMALAR
Dünən, 14:21 |
|
|
|
• "Yaxın günlərdə iki nazir postunda dəyişiklik olacaq..." - İLGİNC İDDİALAR
Dünən, 14:15 |
|
|
|
• “Hicab taxıb bədənşəkilləndirmə etdirmək də günahdır” – YENİ QALMAQAL
Dünən, 14:08 |
|
|
|
• Ermənistan üzərindən verilən mesajlar – Rusiya sülhə yox, savaşa hazırlaşır?
Dünən, 14:00 |
|
|
|
• Kreml azərbaycanlı iş adamları ilə bağlı hərəkətə keçdi – Elə şeylər olacaq ki…
Dünən, 13:10 |
|
|
|
• DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb - MƏHKƏMƏ
Dünən, 13:05 |
|
|
|
• Azərbaycandan qaz alan Ukraynanın sanksiya siyahısı da var - ARAŞDIRMA
Dünən, 13:00 |
|
|
|
|