ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                     4 milyona görə 9 il cəza istədi .....                     Ov mövsümü açıq elan edilib .....                     Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq .....                     Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır .....                     Əliyevlə görüşdən qaçdı .....                     Paşinyanın deputatından sayıqlama .....                     Vüsal Aslanovun siftəsi pozuldu: .....                     Pensiya yaşının artırılması məntiqsizliyi... .....                     ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq .....                     MDB dövlət başçıları görüşəcəklər .....                     Restoran və şirkət rəhbərləri belə aldadılıb .....                     İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb .....                     Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında .....                     Milyonluq ordu üçün AB-dən tələb .....                     İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub .....                     Brayza Trampın Azərbaycanla bağlı planı barədə .....                     "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" .....                     Bu şirkətlər vətəndaşları aldadır .....                     Arabir yağıntılı olacağı ehtimalı var .....                     Məşhur müğənninin Bakıyla bağlı paylaşımına .....                     “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir .....                     Milli Qəhrəmanın “PKK”çı oğlu öldü .....                     Novruzda Əfv sərəncamı olacaq? .....                     “Nəsimi” metrostansiyasının çıxışındakı .....                     ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... .....                     Daha 5 `kosmetoloq` İFŞA OLUNDU .....                     Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... .....                     "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" .....                     Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” .....                     Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı .....                     Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi .....                 

"Siyavuş müəllimlə Ofeliya xanım hər ikisi sənət üçün çalışıb"
Tarix: 20-11-2020, 08:41 | Çap et
"Siyavuş müəllimlə Ofeliya xanım hər ikisi sənət üçün çalışıb"
Xalq artisti Siyavuş Aslanın oğlu Eldar Aslanın Moderator.Az-a müsahibəsini təqdim edirik:

- Eldar bəy, siz xalq artisti, görkəmli sənətkarımız Siyavuş Aslanın kiçik oğlusuz. Nədənsə daha çox atanız haqqında qardaşınız danışıb, müsahibə verib. Sizin nadir hallarda müsahibə verdiyinizi görmüşük. Bu nə ilə bağlıdır?

- Bilmirəm bu faktı hansı monitorinqə əsaslanıb deyirsiz, amma mən də çoxlu sayda jurnalistlər müraciət ediblər, bütün suallarına da cavab vermişəm. Nadir hallarda olub ki, müsahibədən imtina etmişəm.

- Deyirsiz ki, imtina etdiyim müsahibələr də olub. Nə ilə bağlı olub ki, danışmaq istəməmisiz?

- Ola bilər ki, səfərdə, yolda olmuşam, sualları cavablandırmaq imkanım olmayıb. Bəzən də olurdu ki, jurnalistlər dərin ailə münasibətlərindən həssas suallar verirdi, mən də onların tam açıqlamasını verməkdən imtina edirdim. Hər şeyi də açıb, qabartmaq, üzə çıxartmaq düzgün deyil. Siyavuş müəllimlə Ofeliya xanım hər ikisi sənət üçün çalışıb, xalqın sevgi və rəğbətini qazanıb.

- Siyavuş müəllim atadan savayı sizin üçün kim idi?

- Bu suala cavab vermək elə də asan deyil. İlk növbədə təbii ki, ona ata gözü ilə baxmışam. O həqiqətən də insanlığı ilə məni heyrətləndirirdi. Fəxredici baxışlarım olub ona kənardan. Yaxşı ki, qürur hissi ilə o anları yaşamışam.

- Çox təəssüf ki, rejissorlar Siyavuş müəllimin daha çox komik tərəfindən istifadə etdi. Halbuki o faciəvi və dramatik obrazlar da yarada bilərdi..

- Bəli, doğrudur. Siyavuş müəllimin dramatik xarizması var idi. Həyatda da çox dramatik insan idi. Ümumiyyətlə evdə biz onu üzünün güldüyün görməzdik. Nadir hallarda xatirimdə qalıb ki, bu insan deyib-gülsün. O çoxşaxəli aktyor idi, bir çox sənət əsərlərində özünü göstərə bilərdi. Sadəcə olaraq səhnəyə ilk addımından komediyanı seçdi və xalq da onu komik rollarla tanıyıb sevdi. Onun komediyası da qeyri-adi idi. Bu insan ciddi bir söz deyib də insanı güldürə bilirdi. Müəyyən dramatik əsərlərdə oynamışdı, amma yenə də çox az idi. Onu da deyim ki, atam daim yeni sənət axtarışlarında idi, özünü, gücünü maksimum səhnə üçün xərcləyirdi. Məqsədyönlü biri idi.

- Hansı sözü ona sağlığında demək istərdiniz?

- Bir övlad kimi mən atamla nəfəs alırdım, onu çox istəyirdim. Ona görə də sağlığında yanında olub, bağrıma basıb, qucaqlayıb öpüb və gözüm ilə görmək istəyərdim onu. O ki, qaldı hansı sözü demək istərdim..? O qədər sözlər var ki.. Hamısını deyərdim.

- Atanızla sonuncu dəfə nə vaxt danışmışdız?

- O illərdə mən Rusiyada çalışırdım, ona görə də mütəmaddi olaraq telefonla danışırdıq. Vəfat etməzdən öncə də danışmışdıq. Gecə yarısı atamın ölüm xəbərini eşitdim. O dəqiqə də mən Bakıya gəlməyə çalışdım, amma bileti ala bilmədiyim üçün dəfn mərasiminə çata bilmədim.

- Ailəsinə vəsiyyət etmişdi?

- Xeyr, elə bir vəsiyyəti yox idi.

- Siyavuş müəllimdən onu sevən tamaşaçılara teatr səhnəsindəki tamaşaları, məşhur filmləri yadigar qaldı. Bəs ailəsinə, daha dəqiq desək sizə yadigar qalan nədir?

- Mən özüm haqqında danışa bilərəm. Xalqa yadigar qalan tamaşalar, filmlər, ekran işləri elə mənə də yadigardır. Bunlar heç bir zaman mənim yaddaşımdan silinməz, ömrümün sonuna kimi mənimlədir.

- Siyavuş müəllim Ofeliya xanımın ölümünə çox pis olmuşdu, ölümü ilə heç vaxt barışmırdı.. Hər dəfə müsahibələrində onu çox sevdiyini bildirirdi. Ayrılandan sonra sanki bir-birlərinə olan sevgi daha da artmışdı..

- Məndə olan məlumata görə valideynləri o vaxt onların ailə həyatı qurmaqlarına narazı idi, amma bütün bunlara baxmayaraq atamla anam bir-birini çox sevirdi. Siyavuş müəllim Ofeliya xanımı qaçırmışdı. Onların sevgisi hamıya bəlli idi, ayrılmaz cütlük idilər. Ortalıqda bu sevgidən yaranan böyük bir qısqanclıq da var idi. Bu hər zaman evdə hiss olunurdu. Belə ki, onlar tez-tez dedi-qodu söhbətlərini gündəmə gətirirdilər. Atamla anam mən hərbi xidmətdə olarkən ayrılmışdılar. Bu xəbəri eşidəndə 18 yaşım var idi, təbii ki, böyük stress yaşadım və çox üzüldüm. Amma buna baxmayaraq bir mənzildə, ayrı-ayrı otaqlarda yaşayırdılar. Səhərləri salamlaşıb, axşamları sağollaşırdılar. Yadıma gəlir ki, böyük qardaşım üstündə valideynlərimin hər zaman evdə mübahisəsi olurdu, mən də sakit bir övlad kimi hər şeyi kənardan izləyirdim. Sonbeşik olduğum üçün məni hər şeydən qoruyurdular ki, onların mübahisələrini görməyim, səslərini eşitməyim. Atamla aramızda böyük bir pərdə var idi, o bizə heç vaxt anama olan sevgisindən danışmayıb. Lakin ömrünün son günlərində müsahibə verəndə deyirdi ki, mən Ofeliya xanımı sevmişəm.

- Atanızla ananızı yenidən bir araya gətirməyə cəhd etmişdiz?

- Hərbi xidmətdə olarkən hər ikisinə məktub yazırdım, onlardan barışmaqlarını və yenidən bir araya gəlməklərini xahiş edirdim. Anamla bu mövzuda söhbətlərim də olurdu. Amma atama bununla bağlı bir kəlmə də deyə bilməzdim, xasiyyəti ağır idi, nöqtəni qoyandan sonra fikrindən geri çəkinən deyildi. Artıq sevgidən doğan qısqanclıq nifrətə çevrilmişdi. Amma yenə də sevgi qalmışdı.. Çox qəribədir.. Anam hər zaman atamı danlamağı, söyməyi sevirdi. Həzz alırdı ondan. Atam qapını çırpıb gedəndən sonra anam mənə baxıb gülürdü.. Atamın əsəbləşməyi bir növ ona ləzzət edirdi (gülür).

- Ofeliya xanımın ölüm xəbəri qəfil oldu. Olmaya onun səhhətinə hansısa hadisələr təsir etmişdi?

- Ofeliya xanım daha dəqiq desəm savadsız həkimin qurbanı olmuşdu. Belə ki, səhv həyata keçirilən əməliyyatdan sonra onda xərçəng xəstəliyi yaranmışdı. Digər bir həkimə apardıq, dedi ki, bir il, il yarım yaşayacaq. Son gününə kimi mən Ofeliya xanıma bunu demədim və bu sirri iki il saxladım. Yalnız Siyavuş müəllim bilirdi. Çünki istəmirdim jurnalistlər yazıb-pozsunlar. Ona görə ki, anam həssas insan idi, bu xəbərlər onun səhhətinə mənfi təsir göstərə bilərdi. Anamın dünyasını dəyişdiyi günü də yaxşı xatırlayıram.. Mən Dubayda idim, yuxuma girmişdi. Səhəri gün qayıdıb Azərbaycana gəldim və o günün sabahı biz Ofeliya xanımı itirdik. Mənə agah olmuşdu elə bil. Anam üçün təcili yardım gələndə atamdan da gəlməyini xahiş etdim. Bir də gördüm ki, atam qardaşımla içəri daxil oldu. Bir xeyli oturdu, hal-əhval tutdular. Getmək istəyəndə bağıraraq onu saxladım və getməməsini yalvardım.. O da mənə qəribə bir baxışla baxaraq geri qayıtdı.. 5 dəqiqə keçmədi ki, Ofeliya xanım haqqın rəhmətinə qovuşdu.

- Eldar bəy, sizə son sualımı verəcəyəm. Bu sualın cavabı oxuculardan da çox özümə maraqlıdır. Səhv etmirəmsə sizin ailədə, nəsildə bir çox yaxınlar bir-birləri ilə incikdir. Hətta yaxşı xatırlayıram, o vaxt Siyavuş müəllim dünyasını dəyişəndə əminizdən müsahibə istəsəm də imtina etmişdi. Bəs sizin necə, qardaşınız Çingizlə, digər qohumlarınızla münasibətləriniz bu gün nə yerdədir?

- 30 il bundan əvvəl qohumluq əlaqələrimiz çox sıx idi, hər kəsin bir bağı var idi, biz də sıra ilə hər həftə bir qohumun bağına yığışardıq. Atam dünyasını dəyişəndən sonra bu gəl-getlər tədricən yığışdırıldı. O ki, qaldı onlar arasında olan incikliyə.. Bəlkə də var idi.. Vallah bunu dəqiq bilmirəm, deyə bilmərəm. Bu gün demək olar ki, biz xeyirdə, şərdə görüşürük və nadir hallarda zəngləşirik. Əmimlə, bibim oğlu ilə danışıb, hal-əhval tuturam. O ki, qaldı qardaşım Çingizlə münasibətimizə.. Bizim hər zaman onunla münasibətimiz soyuq olub. Bu da ondan irəli gəlirdi ki, o həyatının ən yaxşı illərini həbsxanada keçirmişdi, mən onu görmədən böyümüşdüm. Öz kefində idi, tutulurdu, buraxılırdı, daha sonra yenə də tutulurdu. Çox vaxt Siyavuş müəllim qardaşımı aralı saxlayırdı ki, mənə təsir etməsin. Qardaşlıq münasibətimiz demək olar ki, olmayıb. Ondan qardaş qayğısı görməmişəm. Qardaşlığın nə olduğunu heç vaxt bilmədim və təbii ki, o da bilmədi. Amma bütün bunlara rəğmən biz qan qardaşıyıq, nadir hallarda da olsa görüşürük, çalışırıq ki, münasibət saxlayaq. Çox vaxt da görüşümüz ancaq onun problemlərini həll etməkdən irəli gəlirdi. Yenə də deyirəm, çox nadir hallarda zəngləşib, bir-birimizlə hal-əhval tuturuq. Təbii ki, bu addımı da kiçik qardaş kimi mən atıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15
Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41
Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35
“MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34
Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27
Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25
“Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17
Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10
Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03
"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59
Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55
Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45
Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33
Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28
İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25
Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru