“Qalan ömrümü yenidən Şuşada yaşamaq istəyirəm”
Tarix: 11-11-2020, 08:28 | Çap et
 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilən Şuşa şəhəri, nəhayət, 28 il sonra - 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Qarabağın ürəyi və Azərbaycan mədəniyyətinin paytaxtı sayılan Şuşanın azad edilməsi ərazi bütövlüyümüzün bərpası baxımından həm taktiki, həm də psixoloji-mənəvi cəhətdən bizə böyük üstünlük yaratdı.
Şuşanın işğaldan azad edilməsi bütün Azərbaycan xalqını sevinc gözyaşlarına boğdu və bu xəbərdən sonra bütün ölkə bayram ab-havasına büründü. Azərbaycan, Türkiyə və Pakistan bayraqlarına bürünən ölkə vətəndaşları bu qələbəni qeyd etmək üçün şəhərin küçələrinə axışdı və sevinclərini bölüşməyə başladılar.
Şuşanın işğaldan azad edilməsi xəbərinə sevinənlər arasında, 1964-cü ildə Şuşa şəhərində anadan olan, Respublikanın Əməkdar artisti, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Azad Məmmədov da var. O, sevincini AYNA ilə bölüşüb.
- Azad bəy, əvvəlcə Şuşanın işğaldan azad edilməsi münasibəti ilə sizi təbrik edirik. Bu xəbəri eşidəndə nə hisslər keçirdiniz? Təəssüratlarınız maraqlıdır.
- Bu xəbərdən bir gün əvvəl axşamçağı içimdə qəribə bir hiss var idi. Sanki, Şuşanın azad ediləcəyini hiss edirdim. Həmin axşam yağış yağırdı. Mən də açıq havada oturub, yağış səsinə qulaq asa-asa çay içir, Şuşadakı günlərimi xatırlayırdım. Çünki Şuşada olanda da eyni ilə həminki gün kimi, yağışlı-çiskinli havalarda ağac altında oturar, sevdiyim mahnılara qulaq asardım. Bu mənzərənin yenidən yaşanması və qəfildən yadıma düşməsi, Şuşanın azad ediləcəyi ilə bağlı daxilimdə məşum bir hiss yaratmışdı. Həmin gün demək olar ki, səhərə qədər yata bilmədim. Günorta saatlarında isə Prezidentin xalqa müraciət edəcəyini eşitdim. Hiss edirdim ki, Şuşanın azad edilməsi ilə bağlı xəbər veriləcək. Əvvəlcə, çox həyəcanlandım və bu xəbərə dözmək üçün ürək dərmanı atıb müraciəti izləməyə başaldım. Ölkə başçısı Şuşanın azadlıq xəbərini verəndə bir anlıq duruxdum. Lakin çox keçməmiş mənə durmadan zənglər gəlməyə başladı və təbriklərin ardı-arası kəsilmədi. Sanki, məni böyük bir kədərdən xilas elədilər və sevincimə şərik olub, məni tək qoymadılar. Çünki bu, elə bir hiss idi ki, bu hissi qətiyyən sözlə ifadə etmək mümkün deyil. Bu hissi ancaq yaşamaq lazım idi. Vətən həsrəti sona çatdığı üçün sevinc gözyaşlarına boğulmuşdum və nə edəcəyimi bilmirdim.
- Neçə yaşınıza qədər Şuşada yaşamısınız və həmin illəri necə xatırlayırsınız?
- 28 yaşıma qədər Şuşada yaşamışam. Şuşa işğal ediləndən sonra isə 28 ildir ki, Şuşa həsrəti ilə Bakıda yaşayıram. Bundan sonra qalan ömrümü yenidən Şuşada yaşamaq istəyirəm. Əslində, Şuşa işğal edilməsəydi və sadəcə işləmək üçün Bakıya gəlsəydim, istədiyim vaxt doğma torpağıma gedər, böyüyüb boya-başa çatdığım yerlərə baş çəkərdim. Lakin Şuşa işğal ediləndən sonra bütün xatirələr qırıldı və mən Şuşaya həsrət qaldım. Yeri gəlmişkən, mərhum bəstəkarımız Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz” adlı simfonik muğamı var. Mən həmin muğamı dinləyəndə həmişə həsrət zəncirinin qırılmasını arzu edirdim və nəhayət, Şuşa azad edildi. Düzdür, torpaqlarımızın azad edilcəyinə hamımız ümid edirdik, amma bu azadlıq elə bir vaxtda oldu ki, sözlə ifadə etmək çox çətindir.
- Yəqin ki, Şuşa ilə bağlı gələcək planlarınız çoxdur...
- Əlbəttə. Allahın izni ilə yenidən Şuşaya qayıdacam və qalan ömrümü orada sürəcəm. Əminəm ki, ölkə başçısı hər şey yoluna düşəndən sonra da Şuşada beynəlxalq festivallar, tədbirlər keçirəcək və Şuşa Dövlət Musiliqi Dram Teatrı da o tədbirlərdə təbii olaraq fəal iştirak edəcək. Biz də böyük məmnuniyyətlə Şuşa Dövlət Musiqili Dram Teatrı olaraq o tədbirlərdə iştirak edəcək və doğma torpağımıza qovuşmağın sevincini yaşayacağıq.
- Siz həm də Şuşa Dövlət Musiqili Dram Tetarının aktyorusunuz. Teatr yenidən Şuşaya köçürülsə, fəaliyyətinizi Şuşada davam etdirəcəksiniz?
- Təbii ki! Biz uzun illər bacardığmız qədər bütün heyətlə birlikdə Şuşa Teatrını qoruyub, ayaqda saxlaya bildik və Şuşanın adını daşıyan teatrımızı dağılmağa qoymadıq. Yəni, əlimizdən gələni etdik. Təbii ki, dövlət də bizə çox kömək elədi, bizim üçün bina tikdi, gözəl şərait yaratdı. İnşallah, yəqin ki, Şuşada bizim üçün daha gözəl teatr binası tikiləcək və biz neçə il qoruyub-saxladığımız ənənələrimizi yenidən Şuşaya qaytaracaq və qaldığımız yerdən davam edəcəyik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Bu gün, 21:19 |
|
|
|
• Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Bu gün, 21:17 |
|
|
|
• "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Bu gün, 17:02 |
|
|
|
• Rusiya sərt üzünü kimə göstərir?
Bu gün, 16:51 |
|
|
|
• Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Bu gün, 16:45 |
|
|
|
• CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Bu gün, 16:14 |
|
|
|
• Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Bu gün, 16:00 |
|
|
|
• Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Bu gün, 15:57 |
|
|
|
• Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Bu gün, 15:40 |
|
|
|
• Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Bu gün, 15:36 |
|
|
|
• Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Bu gün, 15:29 |
|
|
|
• Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Bu gün, 15:25 |
|
|
|
• Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Bu gün, 15:21 |
|
|
|
• Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Bu gün, 15:18 |
|
|
|
• Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Bu gün, 12:54 |
|
|
|
• Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Bu gün, 12:51 |
|
|
|
• Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Bu gün, 12:48 |
|
|
|
• “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Bu gün, 12:32 |
|
|
|
• ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Bu gün, 12:28 |
|
|
|
• Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Bu gün, 12:23 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
• Ənvər Seyidov vəfat etdi
Bu gün, 12:16 |
|
|
|
• "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Bu gün, 12:12 |
|
|
|
• “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Bu gün, 11:47 |
|
|
|
• İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Bu gün, 11:41 |
|
|
|
• Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Bu gün, 11:35 |
|
|
|
• Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Bu gün, 11:28 |
|
|
|
• Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Bu gün, 11:24 |
|
|
|
• "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Bu gün, 11:16 |
|
|
|
• Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Bu gün, 11:13 |
|
|
|
• 17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Bu gün, 11:07 |
|
|
|
• Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Bu gün, 11:05 |
|
|
|
• “Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Bu gün, 10:55 |
|
|
|
• Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Bu gün, 10:51 |
|
|
|
• “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30 |
|
|
|
• Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24 |
|
|
|
• Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20 |
|
|
|
• Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05 |
|
|
|
• Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56 |
|
|
|
• Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40 |
|
|
|
• "Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33 |
|
|
|
• Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29 |
|
|
|
• Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25 |
|
|
|
• Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21 |
|
|
|
• ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18 |
|
|
|
• İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14 |
|
|
|
• Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12 |
|
|
|
|