Mənsum İbrahimov şəhid olan qardaşı oğlundan DANIŞDI: - “Dedi ki, ölsəm, heç kim ağlamasın“
Tarix: 9-11-2020, 13:00 | Çap et
 “Bizim 30 illik sınan qürurumuz Ali Baş Komandanın dünənki zəfər çıxışı ilə geri qayıtdı. Bütün dünya azərbaycanlıları dünən böyük bir zəfəri qeyd etdilər”.
Bunu Yenisaba.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib. Müğənni Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqımızı təbrik edib:
“Əlbəttə, şəhidsiz müharibə olmaz və o şəhidlər bizim qəhrəmanlarımızdır. Çünki onlar vətən, torpaq uğrunda özlərini fəda etdilər. Mənim qardaşım oğlu İsrafil İbrahimov da vətən uğrunda şəhid oldu, o ölməyib. O, xüsusi təyinatlılarda idi. 30 gün döyüşdü və bacardığı qədər şəhidlərin qisasını aldı, Laçın dəhlizinə qədər getdi. Onun atası – Zülfüqar İbrahimov da qazidir. Biz ailədə yeddi qardaşıq, beşimiz Qarabağda döyüşmüşük. İsrafil qazinin şəhid oğlu oldu. Onun yasında izdiham vardı, 5000 adam iştirak edirdi. Orda atası müraciət etdi ki, “Mənim oğlum üçün heç kim ağlamasın, o, şəhidliyə yüksəldi. Özümə qismət olmadı, amma ona oldu”. Bu sözlərdən sonra bir qardaş kimi onunla fəxr etdim. Biz gözümüzü açandan o torpaqda doğulub böyümüşük. Hərəmiz öz sahəmizdə vətənimiz üçün çalışmışıq. Bu gün onların ruhu sözün əsl mənasında şaddır. Bütün xalqımızı qələbə münasibətilə təbrik edirəm. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz bu gün dastan yazır. Şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bu gün hamı Prezidentimizin ətrafındadır, bu cür birlik heç vaxt millətimizdə olmayıb. İnanıram ki, tezliklə Ağdamımız, Laçınımız, Kəlbəcərimiz işğaldan azad olacaq, qələbəmiz tam olacaq. Mən də arzuladığım kimi Qarabağ şikəstəsini zəfər bayramında Şuşada ifa edəcəyəm”.
Xanəndə qardaşı Zülfüqar İbrahimovun Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan oğlu barədə də danışıb. O, qardaşı oğlu ilə şəhid olmamışdan bir gün əvvəl danışdığını bildirib:
“Tez-tez onunla danışırdım. Üç gündən bir əlaqə saxlayırdıq, hər anı təhlükə idi, xüsusi kəşfiyyat diversiya qrupunda idi. Hər gün qardaşıma deyirdim ki, mənə ondan xəbər ver. Şəhid olmamışdan bir gün qabaq mənə zəng vurmuşdu. Biz ona İsi deyirik, soruşdum ki, “İsi, necəsən?” Cavab verdi ki, “Əmi, çox əlayam. Artıq dəhlizə yaxınlaşırıq, şəhidlərimizin qanını da almışam, İnşallah tezliklə bayrağımızı sancacayıq. Mən də ya qazi olacam, ya şəhid. Mən ölsəm, xahiş edirəm heç kəs ağlamasın”. Ondan bir gün sonra şəhid olduğu xəbərini aldıq. Qismət, nə deyə bilərik ki?”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Banklardan kredit almaq daha da çətinləşdi: - Yeni qaydalarda nələr var?
Dünən, 21:19 |
|
|
|
• Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Dünən, 21:17 |
|
|
|
• "Miloşeviçin yolu ilə: Putin-Lavrov siyasətinin iflası" - "Deutsche Welle"
Dünən, 17:02 |
|
|
|
• Rusiya sərt üzünü kimə göstərir?
Dünən, 16:51 |
|
|
|
• Naxçıvanda OĞRU ELƏ BAĞIRDI Kİ... - MƏHKƏMƏ İSƏ...
Dünən, 16:45 |
|
|
|
• CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Bakının Yaxın Şərq planı: Nəyə hesablanıb? - DETALLAR
Dünən, 16:14 |
|
|
|
• Bakı ilkə imza atdı, Türkiyənin yolu açıldı – Nəsiminin şəhəri ilə bağlı mühüm QƏRAR
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - NİYƏ?
Dünən, 16:00 |
|
|
|
• Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldü
Dünən, 15:57 |
|
|
|
• Zəngəzur sadəcə yol deyil - bu, həm də milli təhlükəsizlik məsələsidir
Dünən, 15:40 |
|
|
|
• Dövlət qurumu 4,4 milyona "Vest-Ltd"dən nələr aldı? - SİYAHI, TENDER NƏTİCƏSİ
Dünən, 15:36 |
|
|
|
• Tehranda su qıtlığına görə daha bir problem: - İctimai tualetlər bağlanır
Dünən, 15:29 |
|
|
|
• Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 15:25 |
|
|
|
• Həbsxanada dustaqdan 2 ədəd biz tapıldı - Nə üçün hazırlamışdı?
Dünən, 15:21 |
|
|
|
• Putin-Tramp dialoqu: Dünya buna köklənib... - Görünəni odur ki...
Dünən, 15:18 |
|
|
|
• Bolqarıstandan azərbaycanlı iş adamına AĞIR ZƏRBƏ
Dünən, 12:54 |
|
|
|
• Dünyanı gəzdi, Azərbaycan-Gürcüstan sərhəddində ilişdi… - deputatdan AÇIQLAMA
Dünən, 12:51 |
|
|
|
• Rusiya Köçəryanı yenidən aktivləşdirir: - Xocalı canisi Moskvanı Ermənistanın “keçəlinə dərman” kimi təqdim edir
Dünən, 12:48 |
|
|
|
• “Baku Steel Company”nin rəhbəri Kamal İbrahimovun bahalı maşın kolleksiyası - FOTO
Dünən, 12:32 |
|
|
|
• ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək
Dünən, 12:28 |
|
|
|
• Azərbaycan təyyarələri Zəngəzur üzərində: ermənilər təşvişə düşdü – FOTO
Dünən, 12:23 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:19 |
|
|
|
• Ənvər Seyidov vəfat etdi
Dünən, 12:16 |
|
|
|
• "İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı" - ETİRAZ
Dünən, 12:12 |
|
|
|
• “Rusiya diplomatiyası ölüb, yeganə dilləri müharibədir” - FAKT BUDUR...
Dünən, 11:47 |
|
|
|
• İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
Dünən, 11:41 |
|
|
|
• Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ - TƏFƏRRÜAT
Dünən, 11:37 |
|
|
|
• Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə edir? - Rəsmi açıqlama
Dünən, 11:35 |
|
|
|
• Krım türkləri Moskvanı yandırdı... - Tofiq Zülfüqarovun şifrəli mesajının açması...
Dünən, 11:28 |
|
|
|
• Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir - GİLEY
Dünən, 11:24 |
|
|
|
• "Eyyub Yaqubov və Brilliant Dadaşovanın repertuarı bizi toy bazarına saldı…"
Dünən, 11:16 |
|
|
|
• Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı - Hələ də vəzifədədir
Dünən, 11:13 |
|
|
|
• 17 milyardlıq müharibə hazırlığı: - Tətiyi kim çəkəcək?
Dünən, 11:07 |
|
|
|
• Kiyevə silah tədarükünün yeni mexanizmi yaradılır
Dünən, 11:05 |
|
|
|
• “Dəvəli” ASC mənfəətini bölüşdürəcək - YIĞINCAQ
Dünən, 10:55 |
|
|
|
• Naçıvanda SAXTA STOMATOLOQLAR ORDUSU... - NARAZILIQ VAR...
Dünən, 10:51 |
|
|
|
• “Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Dünən, 10:30 |
|
|
|
• Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Dünən, 10:24 |
|
|
|
• Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Dünən, 10:20 |
|
|
|
• Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Dünən, 10:05 |
|
|
|
• Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Dünən, 09:56 |
|
|
|
• Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Dünən, 09:40 |
|
|
|
• "Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Dünən, 09:33 |
|
|
|
• Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Dünən, 09:29 |
|
|
|
• Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Dünən, 09:25 |
|
|
|
• Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Dünən, 09:21 |
|
|
|
• ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Dünən, 09:18 |
|
|
|
• İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Dünən, 09:14 |
|
|
|
• Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Dünən, 09:12 |
|
|
|
|