“Özümüzün əlimizə şans düşüb ki, torpaqlarımızı azad edək...”
Tarix: 12-10-2020, 09:27 | Çap et
 “Biz guya beş rayonumuzu, daha sonra iki rayonumuzu almalıyıq və sonra səsvermə olmalıdır. Əgər bunlar olacaqdısa, biz niyə müharibə edib şəhidlər verdik? Deyilənə görə Dağlıq Qarabağda işğala qədər 75 faiz erməni, 25 faiz isə azərbaycanlı yaşayıb. Lap onların hamısı geri qayıtsa belə, 25 faiz Azərbaycanlı əhalisi 75 faiz erməni əhalisinə referendumda necə qalib gələ bilər?”
Bunu Moderator.az-a açıqlamasında aktyor Qorxmaz Əlilicanzadə deyib. Aktyor düşmənə güzəştə getməyin mənasız olduğunu bildirib:
“Əvvəla, mən bütün bu hadisələrə görə çox həyəcanlanıram və yanıram. Amma bununla yanaşı, zövq aldığım məqamlar da odur ki, biz torpaqlarımızı almaqla qələbə çalıb sevinc hisslərini yaşayırıq. Moskva görüşündə isə aldanmamız bizi təəssüfləndirir. Bizim xarici işlər nazirimiz Ceyhun Bayramov, Moskvada, danışlıqlarda iki erməniylə danışıq apardı. Birincisi, atəşkəsin vaxtı yazılmadığı üçün çox məyusam, ya 12, 24, ya da 72 saat olmalıydı. Bundan başqa təzədən Madrid prinsipinin ortaya atılması məni çox narahat edir. Söhbət hansı Madrid prinsipindən gedir? Biz guya beş rayonumuzu, daha sonra iki rayonumuzu almalıyıq və sonra səsvermə olmalıdır. Əgər bunlar olacaqdısa, biz niyə müharibə edib Şəhidlər verdik. Deyilənə görə Dağlıq Qarabağda işğala qədər 75 faiz erməni, 25 faiz isə azərbaycanlı yaşayıb. Lap onların hamısı geri qayıtsa belə, 25 faiz Azərbaycanlı əhalisi 75 faiz erməni əhalisinə referendumda necə qalib gələ bilər? Absurddur. Bu o deməkdir ki, sonda ermənilər qalib olacaq, Qarabağımızda qondarma ikinci erməni dövləti yaradacaqlar.
Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun bu işə qoşulmasına qarşıyam. Cənab prezident dedi ki, Ermənistanın prezidenti bizdən üzr istəməli və torpaqlarımızdan çıxmalıdır. Amma bunların heç birisi olmadı. Biz otuz ildir hələ də bilmirik ki, kimlə vuruşuruq? Biz hələ bilmirik ki, düşmən bizə qarşı informasiya müharibəsi apararaq dünya ictimaiyyətinə yalan məlumatlar verir, bizim mülki şəxslərə raket atdığımızı iddia edir?
Mən bir şeyə də məəttələm ki, bizim Şeyxülislam Hacı Allahşükür Paşazadə niyə danışmır? Bütün dünya müsəlmanlarına müraciət etməliyik. Əgər ərəblər bizim arxamızda durmursa, onda biz niyə özümüzü müsəlman sayaq? İran ikili oyun aparırsa, biz ona necə dost, qardaş deyək? Belə çıxır ki, bizi nə xristian, nə də müsəlman ərəb-fars dövlətləri qəbul etmir. İncəsənət adamlarına da səslənirəm, onlar baş verənlərə öz münasibətlərini bildirsinlər. Biz düşmənlə heç bir danışığa getməməliyik. Ermənistan bizimlə atəşkəs elan etsə də, mənim yenə buna qorxum var. Əgər biz müharibənin sonunda yenə muxtariyyət söhbəti danışacağıqsa, bunun nə mənası var? Biz bu qədər şəhidlər veririk ki, axırda ermənilərə muxtar respublika verək? Ermənilər azərbaycanlılara olmazın zülmlərini ediblər. Əgər ermənilər bizim torpaqlarda yaşayacaqsa, bəs biz niyə İrəvandan, Zəngəzurdan qovulan soydaşlarımızın haqqını tələb etmirik? Məni yandıran odur ki, niyə biz bu sahədə birliyimizi dünya ictimaiyyətinə çatdıra bilmirik. Rusdan bizə dost olmayacaq. Putin açıqlamasında bildirdi ki, bizim siyasətdə dostumuz yoxdur. Düşünürəm ki, Putin bizdən Ermənistana qarşı istifadə edir ki, Rusiyadan qaçmasın, Emənistandan da bizə qarşı istifadə edir ki, biz Türkiyəyə yaxınlaşmayaq. Gəncə terrorundan sonra düşmənə şans verməməliyik. Onların bu namərdliyinə son qoymalıyıq. Özümüzün əlimizə şans düşüb ki, torpaqlarımızı işğaldan azad edək. Bizim ermənilərlə yenidən bir torpaqda yaşamağımızı qəbul edə bilmirəm. Bizə əsrlər boyu zülm edən bir millətlə çörək kəsə bilmərik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47 |
|
|
|
• “Sobsan” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 12:44 |
|
|
|
• Fəzail Ağamalı sədr postunu qızına təhvil verir - AÇIQLAMA
Bu gün, 12:43 |
|
|
|
• Trampın yarpızı və İran yuvası - Ədalət Verdiyevin şərhi
Bu gün, 12:41 |
|
|
|
• Trampdan Putinə təcili Qafqaz mesajı – “Bunu Azərbaycan bacardı”
Bu gün, 12:34 |
|
|
|
• Petrosyandan Zəngəzur açıqlaması: -İran məni çaşdırdı
Bu gün, 12:31 |
|
|
|
• Klassik sülh müqaviləsi mümkün deyil - RƏY
Bu gün, 12:30 |
|
|
|
• Rusiya ilə hava atəşkəsini müzakirə etməyə hazırıq - Ukrayna PA
Bu gün, 12:27 |
|
|
|
• “Sea Breeze” MMC-nin vergi borcu var
Bu gün, 12:24 |
|
|
|
• Əməyin mühafizəsi qayda tədbirlərinin maliyyələşdirilməsi... - Ekspert danışır...
Bu gün, 12:21 |
|
|
|
• Zamin hansı halda ödənişi etməyə bilər? - AKTUAL
Bu gün, 12:16 |
|
|
|
• “1 saata ölməsən, yenə vuracam” - 27 yaşlı Aynur 11 il həbsdə qalacaq...
Bu gün, 11:55 |
|
|
|
• Kollecdə qalmaqal - Direktor hüquqşünası məhkəməyə verdi
Bu gün, 11:51 |
|
|
|
• Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Zaur Mikayılov 10 ayda “T.T.Ş.-İnşaat” MMC-yə 127 milyon manatlıq tender verdi – Daimi müştərisidi
Bu gün, 11:43 |
|
|
|
• Ermənistan konstitusiyasını dəyişəcək - Tarixlər AÇIQLANDI
Bu gün, 11:37 |
|
|
|
• Aytən Səfərovanın qəzasında ölən gəncin qardaşı nələr yazdı? - FOTO
Bu gün, 11:34 |
|
|
|
• Bakı və Vaşinqton: praqmatizmdən strateji zərurətə doğru - İNCƏLƏMƏ
Bu gün, 11:30 |
|
|
|
• Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
• Cəmil Ünal da Bakıya qarşı çıxdı - Nəyi anlamır?
Bu gün, 11:24 |
|
|
|
• Naxçıvanda 13 milyonluq tikinti tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:18 |
|
|
|
• Paşinyan hökuməti Samvel Karapetyana qarşı kampaniya HAZIRLAYIR
Bu gün, 11:15 |
|
|
|
• 345 nömrəli uşaq bağçasında DÖZÜLMƏZ DURUM - GİLEY
Bu gün, 11:06 |
|
|
|
• İrandan naxçıvanlı sürücülərə TRAMP MARŞRUTU İŞGƏNCƏSİ... - BAŞLARI QAÇIB...
Bu gün, 10:59 |
|
|
|
• Suraxanı məhkəməsindən saxtakarlıq - hakimdən Mehriban Əliyevaya şikayət edildi
Bu gün, 10:54 |
|
|
|
• Ruslar cəbhədə yenidən irəliləyib - "Wall Street Journal"
Bu gün, 10:27 |
|
|
|
• Azərbaycanla Vaşinqton Sülh anlaşmasından sonra Rusiya erməni konyakını qəbul etməyə başladı...
Bu gün, 10:26 |
|
|
|
• AHİK-də “yenilik” şousu və reallığın acı üzü - BU NƏDİ BELƏ?
Bu gün, 10:24 |
|
|
|
• "Defence Express” eksperti Azərbaycanın Ukraynaya silah verə bilmək qərarını dəyərləndirdi... - TƏFƏRRÜAT
Bu gün, 10:18 |
|
|
|
• FHN-in tabeliyində olan institut laboratoriya avadanlıqlarının profilaktikası xidmətinə 65 min sərf edcəcək
Bu gün, 10:16 |
|
|
|
• "Qərar çıxarıblar ki, mən pul ödəməliyəm: Bunlar dələduzdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:13 |
|
|
|
• BİRBANK: Bir maraq var... o da bankın marağı... - AXI NİYƏ?
Bu gün, 10:04 |
|
|
|
• Bu institutlar birləşdirilir - İşçi qrupu yaradıldı
Bu gün, 09:57 |
|
|
|
• Rus bölmələrində həyəcan təbili: “Buna məcbur qalırlar” – Xəbərdarlıq
Bu gün, 09:53 |
|
|
|
• 8 avqust razılaşması Azərbaycanı Qafqazın aparıcı gücünə çevirdi - FAKT BUDUR!
Bu gün, 09:51 |
|
|
|
• Rusiyadan Vaşinqton razılaşması ilə bağlı İRƏVANA İSMARIC
Bu gün, 09:49 |
|
|
|
• Paşinyan Zəngəzurla bağlı göstəriş verdi - “Hraparak”
Bu gün, 09:46 |
|
|
|
• Suriya XİN rəhbəri bu gün Türkiyəyə səfər edəcək
Bu gün, 09:41 |
|
|
|
• Zəhra Ərşadi İran XİN-in ABŞ ilə əlaqələr üzrə idarəsinə direktor təyin olunub
Bu gün, 09:40 |
|
|
|
• Lombard Azərbaycanda ən gəlirli işdir: cəmi 4 işçi ilə - BİR İLƏ MİLYON MANAT GÖTÜRÜB
Bu gün, 09:39 |
|
|
|
• Avropa Şurasının Azərbaycan həbsxanaları hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 09:26 |
|
|
|
• QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR...
Bu gün, 09:23 |
|
|
|
• Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan ən müxtəlif bəhanələrlə onların qalmasını istəyirdi, amma... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:59 |
|
|
|
• Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir... - AYNA şefi belə pul qazanır...
Bu gün, 08:57 |
|
|
|
• Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 08:54 |
|
|
|
• Bakı ilə əldə olunan strateji tərəfdaşlıq sənədi Moskvanı narahat edir - Kremlin iki adamından isterik reaksiya
Bu gün, 08:40 |
|
|
|
• SOCAR-da QANUNAZİDD KADR SİYASƏTİ... - BU NƏDİ BELƏ?!!
Bu gün, 08:35 |
|
|
|
• Trampın təminat verdiyi ZƏNGƏZUR DƏHLİZİ... - sülh və rifah naminə...
Bu gün, 07:24 |
|
|
|
• Pezeşkianın Tehranı silkələyən Azərbaycan açıqlaması – “Real İran” başlayır!
Bu gün, 07:20 |
|
|
|
|