Xalq artisti Aygün Kazımova və gənc müğənni Rəsul Əfəndiyev növbəti iş birliyinə imza atacaqlar.
diaaz.space xəbər verir ki, bu barədə gənc müğənni şəxsi səhifəsində duet ortağı ilə foto paylaşaraq məlumat verib. O, yayımladığı şəkilə “Yeni duetimizə çox- çox az qalır” qeydini yazıb.
Xatırladaq ki, sənətçilər bir müddət əvvəl “Dola mənə qolunu” mahnısını duet şəklində səsləndirmişdilər.