“Çəkilişlər 20 saat davam edib. Lalə xanım dörd obrazda oldu. Ən diqqətçəkən anlardan biri də müğənnini hovuza salmağım olub. Lalə ilə eyni universiteti bitirmişik, 20 ildir dostuq. Kimsə Laləni hovuzda klip çəkdirdiyi, soyunduğu üçün qınaya bilər. Biz etik qaydalara riayət etmişik, çərçivədən çıxmamışıq. Laləni çətinliklə razı sala bildim ki, yaxşı alınacaq. Çimərlik geyimini normal qəbul ediriksə, bunu da başa düşməliyik”.