Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                     5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR .....                     Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                 

Ziya Məmmədov dövlət büdcəsini şəxsi vəsaitinə necə çevirir... - TALAN VAR...
Tarix: 7-08-2015, 10:12 | Çap et
Ziya Məmmədov dövlət büdcəsini şəxsi vəsaitinə necə çevirir...
Bakıda, eləcə də ölkənin digər regionlarında təmirə ehtiyacı olan yollar barədə dəfələrlə ətraflı məlumat vermiş, bununla bağlı geniş reportajlar hazırlamışıq. Lakin buna baxmayaraq, hələ də paytaxtın bir neçə küçə və prospekti, həmçinin magistral yollar bərbad vəziyyətdədir.

Belə ki, Nəqliyyat Nazirliyinin müvafiq qurumları, əsasən də "Azəryolservis" ASC tərəfindən qismən də olsa yamanan yollar qısa müddətdən sonra həm piyadaların, həm də avtomobillərin hərəkəti üçün yararsız hala düşür, dağılır. Bunun məsuliyyəti isə nəqliyyat naziri Ziya Məmmədovla yanaşı, "Azəryolservis" ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədovun üzərinə düşür. Çünki məhz onlar ölkədə yolların çəkilməsi prosesini həyata keçirirlər. Lakin görünən odur ki, bu proses zamanı dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə ayrılan külli miqdarda vəsait əbəs yerə xərclənir, yəni batır. Mövzu ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, ölkənin ümumi istifadədə olan yol infrastrukturunda təmir və yenidənqurma işləri aparılsa da, aidiyyəti qurumların diqqətindən kənarda qalan magistral yolların sayı kifayət qədərdir. Ən qəribəsi odur ki, diqqətdən kənarda qalan yolların bir çoxu respublika əhəmiyyətli magistraldır. Məhz bu, onu deməyə əsas verir ki, bu gün Azərbaycan yolları komadadır. Bu sözü əbəs yerə demədik. Diqqət yetirsəniz görərsiniz ki, hazırda paytaxtın əksər küçə və prospektlərində avtomobil yolları ya yenidən qurulur, ya da həmin yollarda cari və əsaslı təmir işləri aparılır. Bu isə öz növbəsində, uzun müddətli tıxacların yaranmasına, insanların əsəb gərginliyi keçirməsinə səbəb olur. Elə bu səbəbdən də Bakıda yaşayan, avtomobili olan və ya olmayan hər kəsin bir ortaq problemi var ki, bu da tıxacdır. Maraqlı fakt ondan ibarətdir ki, paytaxtın əsas küçə və prospektlərində tıxaclar yalnız mərkəzdə və pik saatlada deyil, şəhərin istənilən yerində, istənilən saatlarda müşahidə olunur. Odur ki, tıxac problemi insanları vəziyyətdən çıxmaq üçün yeni üsullara əl atmağa vadar edir. Məsələn, kimisi şəxsi nəqliyyat vasitəsindən az istifadə etməyə, kimisi də metrodan istifadəyə üstünlük verir. Amma təbii ki, bu problemin həlli deyil. Tıxacların yaranma səbəblərini araşdırdıqda məlum olur ki, bu işdə də Nəqliyyat Nazirliyi ilə yanaşı, "Azəryolservis" ASC-nin üzərinə böyük məsuliyyət düşür. Çünki Ziya Məmmədov və Saleh Məmmədov vəzifələrini lazımi səviyyədə icra etmədiklərindən hər salınan yeni yol qısa müddətdən sonra yararsız hala düşür və nəticədə həmin yol yenidən təmirə bağlanır. Bakıda yolun təmirə bağlanması isə saatlarla çəkən tıxacın yaranması ilə nəticələnir. Halbuki yollar bağlanarkən dislokasiya qorunmalı, alternativ yollar öncədən hesablanmalı və bu barədə vətəndaşlara ətraflı məlumat verilməlidir. Əslində müvafiq qanunvericilikdə bu, öz əksini tapıb. Məsələn, ötən ilin sonlarında Nazirlər Kabineti "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nı təsdiq edib. Həmin qaydalarda qeyd olunur ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin ediləcək. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən aşağıdakı hallar təşkil edir: yenidən qurulma və təmir; dövlət tədbirlər keçirilərkən və qəzalar baş verərkən. Gördüyünüz kimi, qanunvericiliyə görə, Nəqliyyat Nazirliyi bağlı yollarla bağlı vətəndaşları dərhal məlumatlandırmalıdır. Lakin hələ də bu tələbə əməl olunmur. Elə buna görə də insanlar qızmar yay aylarında saatlarla tıxacda qalmağa məcbur olurlar. Bu isə Ziya Məmmədovun piyada və sürücüləri infarkt həddinə çatdırması anlamına gəlir. Bəlkə səhv deyirik?..

Bu arada, ekspertlər də qeyd edirlər ki, əlaqəsiz olaraq dövlət qurumlarının yolları qazması və təmir-tikinti işləri aparması tıxacın yaranmasına səbəb olur. Ən böyük problem də elə budur. Çünki həm dövlət vəsaiti talanır, həm də insanların əsəb sistemi pozulur. Sözügedən problemin həlli üçün mütləq yollar genişləndirilməlidir. Nəqliyyat yolları bağlanarkən sürücülərin normal hərəkəti üçün alternativ yollar açmaq lazımdır. Nəqliyyat Nazirliyi isə bunu etmir. Ziya Məmmədov sadəcə yolları bağlatdırır və bununla da işini bitmiş hesab edir. Yolların yararsız vəziyyətə düşməsinə gəlincə, mütəxəssislərin fikrincə, paytaxtın mərkəzi küçələrində yollar ona görə tez-tez yararsız vəziyyətə düşür ki, həmin yollarda asfalt-beton örtüyü keyfiyyətsiz salınır. Bundan başqa, hər hansı küçədə və ya prospektdə avtomobil yolu salınarkən və ya təmir edilərkən aidiyyətı qurumlarla məsləhətləşmələr aparılmır. Yəni Nəqliyyat Nazirliyi, eləcə də "Azəryolservis" avtomobil yolu salınmazdan əvvəl kommunikasiya xətlərinin çəkilməsi üçün müvafiq orqanlarla birlikdə işləməlidir. Ziya Məmmədov və Saleh Məmmədov isə bu cür önəmli məsələyə laqeyd yanaşdıqları üçün sonda ziyan yenə də sadə vətəndaşlara dəyir. Təxminən, bu mövqedən çıxış edən ekspertlər hesab edirlər ki, Bakının, eləcə də ölkənin digər şəhər və rayonlarının avtomobil yollarının keyfiyyətsiz olması yolların standartlara uyğun, keyfiyyətli şəkildə çəkilməməsi, yolların salınması zamanı texniki qaydalara düzgün əməl olunmaması ilə bağlıdır.

Bundan başqa, əksər mütəxəssislər bu qənaətdədirlər ki, yolların çəkilişinə əsasən payız və qış aylarında başlanılması büdcədən ayrılmış vəsaitləri tez-tələsik ilin sonuna kimi işlətmək naminə edilir. Qeyd edək ki, bu həm də yolun keyfiyyətsiz çəkilişinə səbəb olur. Çünki payız və qış aylarında yol nəm və soyuq olur, asfalt yaxşı bərkimir. Araşdırmalar da göstərir ki, əsas problem asfaltın qruntun üzərinə soyuq tökülməsi ilə bağlıdır. Keyfiyyətli yol əldə etmək üçün asfalt yola 120-130 dərəcə altında tökülməli və həmin temperatur altında preslənməlidir. Bunun üçün isə asfalt zavoddan 160 dərəcə altında çıxmalıdır. Bu, yolun gələcəkdə həm yüksək yüklənməyə, həm də yüksək şaxtalara dözümünü təmin edir. Hazırda bəzi ölkələrdə 180 dərəcə altında tökülən asfalt texnologiyası tətbiq edilir ki, bunun şaxtaya və ağırlığa dözümü daha artıqdır. Belə yol 10 dərəcə şaxtaya dözür və istismar müddəti 30 ilə qədərdir. Bizdə isə bahalı olduğundan bu texnologiyadan yollarda tətbiq edilmir. Hələ bu, harasıdır. Bakıda şəhərdaxili yollar çəkilərkən ucuz asfaltdan istifadə olunması hallarına da rast gəlmək mümkündür. Ekspertlər iddia edirlər ki, bu cür asfaltda parafinin səviyyəsi yüksək olur. Sovet illərində tərkibində parafin yüksək olan bitum asfalt üçün yararsız sayılırdı və Bakının Balaxanı kəndinin yaxınlığında çalaya tökülürdü. Çünki təbii bitumu parafindən təmizləmək xüsusi texnologiya tələb edən bir prosesdir və bitumun qiymətini artırır. SSRİ-də belə texnologiya yox idi və asfalt parafinsiz bitumdan hazırlanırdı. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra məsələyə fikir verən olmadı və Balaxanı yaxınlığındakı çökəklikdən tullantı bitum daşınaraq asfalt düzəldildi. Nəticədə, bu ucuz asfaltla çəkilən yollar şaxtaya, qızmar günəşə dözmür və qısa müddətdə dağılır.

Bir qədər öncə də qeyd etdiyimiz kimi, artıq Bakının mərkəzi küçələrində hərəkətin təmirlə bağlı dayandırılması adi hala çevrilib. Avtomobillərin intensiv hərəkət etdiyi yolların bağlanması isə müəyyən problemlər yaradır, narazılıqlara səbəb olur. Maraqlıdır ki, paytaxtın mərkəzində yerləşən yollara hər il asfalt döşəndiyi halda, şəhərkənarı yollar, xüsusilə də qəsəbə yolları bərbat vəziyyətdədir. Bu yolların çala-çuxur olmasına baxmayaraq, onların nə vaxt təmir olunacağı məlum deyil. Bu barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, yolların tez-tez təkrar təmiri dövlətin pulunu sağa-sola səpələməkdir: "Bu sərvət xalqındır və düzgün xərcləyə bilmirsinizsə, başqa işlə məşğul olun. Sovet dövründə dövlət əmlakını külli miqdarda mənimsəyənləri məhkəmənin qərarı ilə güllələyirdilər. Bunu real olaraq bərpa etmək lazımdır. Mənimsəmək deyəndə söhbət təkcə pulu saxta sənədlərlə özünküləşdirməkdən getmir. Dövlət büdcəsinin pulu səmərəli xərclənməlidir. Yol tikinti materiallarının öz standartı var, onlara riayət etmək lazımdır. Məsələn, yol çəkilərkən ən çox işlədilən asfalt-beton qarışığı yüksək keyfiyyətdə olmalıdır. Dünyadakı müasir texnologiyalardan istifadə edilməklə hazırlanmalıdır ki, nəzərdə tutulmuş müddətdə dözsün. Onu tətbiq etməyin də standartı var. İşin standartı isə mürəkkəb deyil. Yəni özündən nə isə kəşf etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, işin hansı qaydada görülməsini bilmək lazımdır. Əgər yolun dözümlülüyü standartlara uyğun olarsa, niyə dağılsın ki? Kimsə yolu dağıtmır. Yol maşın təkərləri altında dağılır. Bu necə yoldur? Demək ki, yol hazırlanarkən bütün standartlar nəzərə alınmır və ona görə də tez sıradan çıxır. Yol elədir ki, bir hissəsində nə isə problem olursa, təbəqə-təbəqə dağılma gedir. Ona görə də yolu çəkməyə məsul şəxslər və ya şirkətlər məsuliyyət daşımalı, keyfiyətsiz işə görə cavab verməlidirlər". Ekspertin sözlərinə görə, yolun təmirində şəhərin mərkəzi və kənar hissəsi arasında fərq qoyulmamalıdır: "Yolların hamısı normal vəziyyətdə olmalıdır və bunun üçün yaxşı vəsait də ayrılır. Vəsaitlər müxtəlif istiqamətdə ayrılır. Əsaslı tikintidirsə, dövlət büdcəsindən ayrıca maddələrlə pul ayrılır. Azərbaycanda avtomobil yolları üçün büdcənin tərkibində ayrıca fond da var. Hər il onun tərkibində 200 milyon manata yaxın vəsait toplanır. Həmin o pullar cari təmir üçündür. Məsələn, yolun hansısa hissəsində problem yaranıbsa, aradan qaldırılmalıdır. Pullardan səmərəli istifadə olunsa, şəhərdaxili və şəhər kənarında olan yollar normal vəziyyətdə saxlanıla bilər. Şəhərin hər bir yerində yol normal olmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru