Nazirlik "Atlant"dakı bahalığa bir çarə qıla bilərmi? - İstirahət mərkəzindəki qiymətə dövlət müdaxilə edə bilərmi?
Tarix: 11-07-2015, 10:44 | Çap et
 Yay fəslinin xüsusi özəlliyi odur ki, bu fəsildə hər kəs dincəlir. Digər fəsillərlə müqayisədə yayda istirahət edənlərin sayı daha çox olur. Fəqət istirahət arzusunda olub istirahət edə bilməyənlər də var. Bu isə birbaşa maddiyyatla bağlıdır. Qeyd edək ki, ölkəmizdə istirahət məkanlarında dincəlmək bir ailəyə baha başa gəlir. Xüsusilə də dincəlmək üçün bölgələrə daha çox axın olur. Lakin bölgələrdə bir nəfərin bir günlük dincəlməsi çox pul tələb edir.
Qəbələ, İsmayıllı, Lerik, Quba-Qusar ərazilərinə dincəlməyə gələnlər daha çox olur.
Əhalinin ən çox üz tutduğu Nabran istirahət zonasında qiymətlər "əl yandırır". Məsələn, "Atlant" istirahət mərkəzində mövsümün qızğın vaxtı 15 iyun - 1 sentyabr arasında 1 sutka qalmaq 55-85 manatdır. Həm də yeməksiz. Koteclər 110-165 manat. İsveç masasında səhər yeməyi 4, nahar 8, şam 7 manat. Bundan başqa dəfələrlə dincəlmək üçün "Atlant" istirahət mərkəzini seçən insanlar son iki ildir ki, ora getmədiklərini bildirirlər. Çünki oradakı xidmətin səviyyəsindən razı deyillər. Yay mövsümi olduğundan regionlarda istirahət mərkəzləri fəaliyyətini davam etdirir. Bəzilərinin göstərdikləri xidmətlər normal olsa da, bir sıra istirahət mərkəzləri var ki, onlar digərlərindən keyfiyyətli xidməti ilə seçilmir. Belə istirahət obyektlərindən biri də Nabranda yerləşən "Atlant" istirahət mərkəzidir. Əldə etdiyimiz məlumata görə, sözügedən istirahət obyektində antisanitariya hökm sürür. Hovuzun içi vaxtlı-vaxtında yuyulmur.
Havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalın saxlanma rejiminə əməl olunmur. Yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir.
Onu da qeyd edək ki, verilən məlumata görə, həmin istirahət mərkəzində qeyri-peşəkar insanlar işləyirlər. Lakin otellərdə və istirahət mərkəzlərinə kifayət qədər təcrübəsi və təhsili olan mütəxəssislər götürülməlidir. Çünki onlar işlərini dərindən bildiklərinə görə öz işlərinə qarşı məsuliyyətli olurlar. Bundan başqa yay fəsli olduğuna görə orada sanitar gigiyenik qaydalara əməl olunmalıdır. Xüsusilə də yayda qidalara xüsusi nəzarət olmalıdır. Çünki yay fəslində qidalar xarab olmağa meylli olduqlarına görə qidalara nəzarət daha da gücləndirilməlidir. Zəhərlənmə kimi halların baş verməməsi üçün bu hallar nəzərə alınmalıdır. Hovuzlarda su vaxtlı-vaxtında təmizlənməlidir ki, orada istirahət edən şəxslər dəri xəstəliklərinə tutulmasınlar. Lakin bütün bunlara baxmayaraq "Atlant" istirahət mərkəzində qiymətlər əl yandırır. Ödənilən pulun müqabilində göstərilən xidmət sıfıra bərabərdir. Əldə etdiyimiz məlumata görə, sözügedən turizm obyektinə əvvəlki kimi turistlər gəlmir. Bütün bunlar da orada vətəndaşlara göstərilən keyfiyyətsiz xidmətin nəticəsidir.
Ümumiyyətlə, Azərbaycanın turizm zonalarında təhlükəsizlik, xidmət, servis məsələləri də həllini tapmayıb. Belə problemlər var ki, bunlar hamısı ümumilikdə turizmin inkişafını əngəlləyir.
Rəqabət olmadığına görə qiymətlər də bahadır, keyfiyyət də aşağıdır. Bir istirahət mərkəzi 10-15 nəfəri qəbul etməklə özünü dolandırır. Onun üçün qiyməti aşağı salmaq sərfəli deyil. Çünki qiymət aşağı salınsa, gələnlərin sayı artacaq, müştəri çoxalacaq, bu zaman həmin istirahət mərkəzi adamları qəbul edib xidmət göstərə bilməyəcək. Bizim istirahət mərkəzlərinin əksəriyyəti azsaylı müştərilər üçün uyğundur. Çoxsaylı müştərilərə xidmət göstərmək bacarığına malik deyillər. İstirahət mərkəzləri azsaylı müştəri ilə qazanc əldə edir.
Göründüyü kimi, Azərbaycandakı istirahət mərkəzlərində qiymətlər əhalinin gəlirlərinə adekvat deyil. Məsələn, ayda 200-300 manat maaş alan vətəndaşın məzuniyyət maaşı ən yaxşı halda 500 manat ola bilir ki, bu məbləğə heç bir normal turizm mərkəzində 1 həftə istirahət etmək mümkün deyil.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran ballistik raketlərin sayını 8 minə çatdıracaq - Kəşfiyyat
Bu gün, 09:50 |
|
|
|
• Azərbaycanda prokuror müavini vəfat etdi
Bu gün, 09:48 |
|
|
|
• Azərbaycanın bu rayonları təhlükədə – “Görünməz düşmən” hücuma keçə bilər
Bu gün, 09:46 |
|
|
|
• İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov
Bu gün, 09:42 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - GƏLİŞMƏ
Bu gün, 07:04 |
|
|
|
• Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:03 |
|
|
|
• "Bu hərəkətə dözə bilmirəm" - Xalq artisti
Bu gün, 06:45 |
|
|
|
• "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" - deputat
Bu gün, 06:39 |
|
|
|
• İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür - TƏFƏRRÜAT
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-dən İrandaklı amerikalılara müraciət - Azərbaycanla sərhəddən keçib gəlin
Bu gün, 06:34 |
|
|
|
• Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?
Bu gün, 06:29 |
|
|
|
• İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
Bu gün, 06:20 |
|
|
|
• "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" - ANIM
Bu gün, 00:56 |
|
|
|
• Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
Dünən, 23:21 |
|
|
|
• İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır - TƏFƏRRÜAT
Dünən, 23:15 |
|
|
|
• İran İsrailə qarşı kütləvi hücum planlaşdırır - IRIB
Dünən, 23:13 |
|
|
|
• Netanyahunun oğlunun toyu təxirə salındı
Dünən, 18:04 |
|
|
|
• İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
Dünən, 18:01 |
|
|
|
• Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
Dünən, 17:17 |
|
|
|
• İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
Dünən, 17:05 |
|
|
|
• İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
Dünən, 16:57 |
|
|
|
• Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 16:43 |
|
|
|
• İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
Dünən, 16:34 |
|
|
|
• İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
Dünən, 16:32 |
|
|
|
• Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
Dünən, 16:29 |
|
|
|
• İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
Dünən, 16:18 |
|
|
|
• AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
Dünən, 16:17 |
|
|
|
• “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
Dünən, 13:45 |
|
|
|
• Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Dünən, 13:41 |
|
|
|
• Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
Dünən, 13:14 |
|
|
|
• İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
Dünən, 13:08 |
|
|
|
• Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04 |
|
|
|
• İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
Dünən, 13:02 |
|
|
|
• "III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 12:56 |
|
|
|
• “Nur” çörəyin içindən polietilen paket çıxdı - VİDEO
Dünən, 12:52 |
|
|
|
• Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:48 |
|
|
|
• “Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi – Hacıyevdən kritik mesaj
Dünən, 12:43 |
|
|
|
• SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək - Tehran YENƏ HƏDƏLƏDİ
Dünən, 12:37 |
|
|
|
• “Sevimli dad” və “MilkPro” brendləri satılıb - DETALLAR
Dünən, 12:28 |
|
|
|
• Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb - “Polsat News”
Dünən, 12:19 |
|
|
|
• İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı - KİV
Dünən, 12:16 |
|
|
|
• Vəziyyət Rusiya üçün getdikcə kritikləşir: - Kreml daha nə qədər mübarizə apara bilər?
Dünən, 11:55 |
|
|
|
• Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” - TƏFƏRRÜAT
Dünən, 11:52 |
|
|
|
• "Mənim üçün çox çətin bir dönəm başlayır"
Dünən, 11:50 |
|
|
|
• Erməni baş nazir səmimidirsə... - GƏLİŞMƏ
Dünən, 11:42 |
|
|
|
• Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:35 |
|
|
|
• İranın iki raketi İordaniya və Suriyaya düşüb - 12-ci kanal
Dünən, 11:27 |
|
|
|
• YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... - ODUR Kİ...
Dünən, 11:08 |
|
|
|
• Elşən Salahovun BATIRDIĞI XƏZƏR... - MALƏSƏF...
Dünən, 11:06 |
|
|
|
|