Kürdəmirdə camaat özünə dolanışıq qura bilmir... - GİLEY
Tarix: 28-04-2023, 08:00 |
Çap et
DİA.AZ: - "Kürdəmir Rayon Məşğulluq Mərkəzi üzərinə düşən işin öhdəsindən layiqincə gəlmir... Burada hər şey tanışlıqladır". DİA.AZ bildirir ki, bu barədə reddaksiyamıza rayon sakinıləri adından edilən müraciətdə qeyd olunur.
Daha sonra müraciət müəllifləri yazır: "Anladıq iş yeriniz yoxdur.... Olsa idi, ali təhsilli mühəndisə kücə süpürgəçi təklif etməzdiniz.
Bu faktın təsdiqlənməsi üçün ötəri bir monitorinqin aparılması da yetərlidir".
Daha sonra sakinlərin adından edilən müraciətdə bildirilir ki, Kürdəmir Rayon Məşğulluq Mərkəzində hər şey tanışlıq üzərində qurulub və yaxını, tanış məmuru olmayanlar sözügedən qurumdan əliboş qayıdır, dövlətin qayğısından istifadə edə bilmir:
"Adamın şəraiti, tövləsi var. Ona saxlamaq ücün niyə mal-qoyun vermirsiniz? Onlarla belə fakt var. Siz yetim-yesirə yox, imkanlılara arxa-dayaq olursunuz..."
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...