Sahil Babayevin işçilərinin DƏFN PULU özbaşınalığı... - NARAZILIQ...
Tarix: 18-09-2020, 10:02 | Çap et
 Saatlının Sarıcalar kənd orta məktəbində uzun illər Azərbaycan dili və ədəbiyyatdan dərs deyən Həmayə Vəlişova iyunun 13-də vəfat edib. Amma onun yaxınları dəfn pulunu ala bilmədiklərini deyirlər. DİA.AZ-ın məlumatına görə, həmayə müəllimənin oğlu Anar Vəlişov danışır ki, anasının qırx mərasimi başa çatmamış Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə müraciət edib. Ona gecikdiyini bildiriblər. Anar Vəlişovun bütün cəhdləri boşa çıxıb: “Əlbəttə, mənə anam lazım idi, pulu yox. Amma adamı yandırır. Mənə təsir eləyən odur ki, gör neçə adamı aldadırlar. Cəmi 46 manat 10 qəpik verdilər. Guya pensiya alınandan üç gün sonra ölüb deyə, o günləri hesablayıb veriblər. Sosial Müdafiə Fondunun rayon şöbəsinə getdim, dedilər, gərək tez gələydiniz. Necə tez gələydim?! Mənim ölüm ortalıqda idi. Pul haqqında düşünmək vaxtı deyildi. Bir az baş açılandan sonra getdim. Hətta dedim ki, heç olmasa, yarısını verin. Dedilər, düzələn məsələ deyil. Qulaq asan olmadı. Eşitdim ki, 600 manat verilməsi normativi çıxıb. Biz heç bu pulu da görməmişik”.
Anar Vəlişov deyir ki, anası əvvəl 968 manat təqaüd alırmış. Sonra məbləğ bir az da artıb. Qadın vəfat edəndə aylıq təqaüdü təxminən 990-995 manat imiş.
“2016-cı ildə həm staja, həm də üç uşağa görə təqaüdə çıxmışdı. 968 manat dəqiq yadımda qalıb. Pensiyanın baza hissəsi 10 ildən bir artır. Onda məbləğ 1000 manata yaxınlaşmışdı. Məktəbdən hesablaşanda da hər şeyi nəzərə almışdılar. Necə lazımdısa, sağollaşmışdılar. Çox vicdanlı davranmışdılar. Hətta artıq verdilər. Götürmək də istəmirdik. Dedilər ki, hesab eləyin, yas xərclərinə kömək eləmişik”, - Anar Vəlişov belə deyir.
Onun sözlərinə görə, vəfat edən şəxsin təqaüdünün üç misli qədər dəfn pulu verilməlidir.
Həmayə Vəlişovanın 65 yaşı tamam olubmuş. Amma müqavilə ilə işini davam etdirirmiş. Azı bir il də məktəbdə işləməliymiş: “Hər ay neçə yerə pul ödəyirdi. Bu məsələlərə çox həssas yanaşırdı. İşini vicdanla görürdü. İndi halal pulunu istəyirik, başlarını tuturlar. Deyirlər ki, qanun dəyişib. Eşitdim ki, pensiya fondu məktəbin üstünə atıb. Amma fond üzərinə düşəni eləməliydi. Heç kimdən bizə düşməyən pulu istəmirik. Qanunlar nə deyirsə, o cür olsun”.
Anar Vəlişov anasının yas mərasimləri bitəndən sonra da bir dəfə də Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə gedib. Rəhbərliklə görüşmək mümkün olmayıb: “İki əməkdaşla görüşdüm. Adları yadımda qalmayıb. Yenə onu eşitdim ki, düzələn məsələ deyil. Adam var, dirənir. Mən elə davranmaq istəmədim. Yəni hansısa mənada abrımı gözlədim. Belə də olmaz. Artıq pul istəmirik axı. Haqqımız çatanı versinlər...”
diaaz.space xatırladır ki, bir müddət əvvəl anoloji şikayətlə Qazax rayon sakini Qocayeva Nərmin Cəlil qızı da yaşadığı rayonda Dövlət Sosial Müdafiə Fondunun işçilərindən şikayətçi olduğunu bildirmişdi. DİA.AZ-a bu barədə müraciət edən narazı vətəndaş bildirirdi ki, bu il ərzində atası ilə anasını itirib.
"Onsuz da dərdimiz bizə yetərlidir, bir yandan da DSMF işçilərinin özbaşınalığı bizi təngə gətirib. Mərhum atam Qarabağ qazisi olub, artıq qırxı çıxıb. Bunların şərəfsizliyinə bax ki, mərhum atamın 17 ay pensiya almasını qanunsuz elan edərək bu gün bizə düşən ölüm pullarını ödəməkdən imtina edirlər.
Bu azmış kimi, bizi hətta hədələyirlər ki, mərhum atam Qəcayev Cəlil Hüeynəli oğlu guya ki, qanunsuz olaraq 17 ay pensiya alıb və buna görə hüquqi araşdırma başlaya bilər. Halbuki atam bir Qarabağ qazisi olaraq, zabit olaraq məhz bu gün DSMF-də çalışan özbaşına məmurların səbəbindən öz hüquq və imtiyazlarından yararlana bilməyib".
DİA.AZ vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edən Nərmin Qocayeva DSMF işçilərinin cəzalandırılmasını, mərhum valideynlərinin ölüm faktlarına görə nəzərdə tutulan müavinətin verilməsini tələb edir.
Mövzu diqqətimizdədir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Efirlərə avaraları dəvət edirlər” - VİDEO
Bu gün, 18:16 |
|
|
|
• Azərbaycan Rusiyadan 1,7 milyardlıq mal almasa: - NƏ BAŞ VERƏR?
Bu gün, 18:12 |
|
|
|
• İranın hava sahəsi qismən bağlandı
Bu gün, 18:07 |
|
|
|
• Rusiyanın Zaxarovanın dili ilə burcutmaqlığı... - AKTUAL
Bu gün, 18:03 |
|
|
|
• Texnoloji yeniliklərin verdiyi imkanlar medianı silaha çevirib - Rəşad Məcid
Bu gün, 18:01 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlıların nədə “ittiham” olunduqları açıqlandı - DETALLAR
Bu gün, 17:58 |
|
|
|
• Bəylər Eyyubovu əvəz edən Fərid Əsgərovla bağlı maraqlı faktlar - TƏFƏRRÜAT
Bu gün, 17:56 |
|
|
|
• Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 17:53 |
|
|
|
• Moskva-Bakı xəttində gərginlik və: ağıllarını itrimişlərin hücum çağırışları - GƏLİŞMƏ
Bu gün, 17:47 |
|
|
|
• “Rabitəbank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:43 |
|
|
|
• Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, digəri riskli vergi ödəyiciləri siyahısına daxil edildi
Bu gün, 17:41 |
|
|
|
• Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Rusiyanın UKRAYNA BƏHANƏSİ... - ŞƏRH
Bu gün, 17:33 |
|
|
|
• Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşıittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 17:30 |
|
|
|
• AZAL-ın təyyarəsi ilə bağlı vəziyyətin təhrif edilməsi cəhdləri qəbuledilməzdir - Rəsmi Bakı
Bu gün, 17:26 |
|
|
|
• Faciəvi şəkildə ölən Könül qazi xanımı imiş - FOTO
Bu gün, 17:22 |
|
|
|
• Rusiyanın Azərbaycan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Bu gün, 17:17 |
|
|
|
• Ofislərində 2 milyon manat aşkarlanan kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:16 |
|
|
|
• Səhiyyəyə ayrılmış 2,5 milyonluq satınalma dayandırıldı - DETALLAR
Bu gün, 17:09 |
|
|
|
• Gəncə şəhər stadionu yenidən qurulur - 90 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 17:07 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 17:03 |
|
|
|
• “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Bu gün, 16:15 |
|
|
|
• "Zaura pul verib efirə çıxım, it kimi mahnı oxutdursunlar?"
Bu gün, 16:11 |
|
|
|
• Keçmiş direktorun "prava" dələduzluğu - TƏFƏRRÜAT
Bu gün, 16:07 |
|
|
|
• Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
Bu gün, 16:03 |
|
|
|
• "Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər"
Bu gün, 15:58 |
|
|
|
• "Onları məndən qabaq qəbiristanlığa göndərməyin"
Bu gün, 15:36 |
|
|
|
• Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:28 |
|
|
|
• Makrondan vaxtuzatma oyunları: - Avropanın müharibəni dayandırmağa siyasi gücü yoxdur
Bu gün, 15:26 |
|
|
|
• Rusiya türk ölkəsinə qarşı da eyni addımı atdı – Azərbaycandan cavab gəldi
Bu gün, 15:17 |
|
|
|
• Ermənistan Rusiyaya xəbərdarlıq etdi
Bu gün, 15:11 |
|
|
|
• ABŞ-ın Azərbaycan və Ermənistana bağlı planı...
Bu gün, 15:09 |
|
|
|
• “Expressbank”dan “AccessBank”a transfer - BUNDAN SONRA...
Bu gün, 15:08 |
|
|
|
• Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar - VİDEO
Bu gün, 14:57 |
|
|
|
• Məhkəmə zalında dəhşətli SPİD etirafı – Bakıda kuryer tanış olduğu qadınları ölümcül xəstəliyə yoluxdururmuş
Bu gün, 14:51 |
|
|
|
• Rusdilli məktəblərin bağlanması gündəmdə - "Ciddi dövlət nəzarəti olmalıdır"
Bu gün, 14:47 |
|
|
|
• Serj Sarkisyana qarşı yeni ittiham irəli sürülüb
Bu gün, 14:44 |
|
|
|
• Rusiyadan daha bir RƏZALƏT - Azərbaycanlı ailə deportasiya edildi
Bu gün, 13:15 |
|
|
|
• "İş tapa bilmirəm, ər çörəyi yeyirəm"
Bu gün, 13:12 |
|
|
|
• Azər Qasımlının məhkəməsindən YENİ XƏBƏR
Bu gün, 13:06 |
|
|
|
• Doğrudanmı, Azərbaycan Rusiyadan uzaqlaşır? - Bahəddin Həzi yazır...
Bu gün, 13:02 |
|
|
|
• Paşinyandan GÖZLƏNİLMƏZ ADDIM – Gürcüstan ssenarisi Ermənistanda da REALLAŞACAQ?
Bu gün, 12:56 |
|
|
|
• Kəbirə Məmmədova klinikasını satdı
Bu gün, 12:52 |
|
|
|
• Əməkdar artist xəstəxanadan evə buraxıldı
Bu gün, 12:42 |
|
|
|
• Daha bir ölkədə AZƏRBAYCANLI OVU DAVAM EDİR - Rejissorumuz həbs olundu
Bu gün, 12:36 |
|
|
|
• Media haqqında qanuna daha bir ƏLAVƏ
Bu gün, 12:34 |
|
|
|
• Rus bölmələrini bağlayın, Çin bölmələri açın! - Çağırış
Bu gün, 12:23 |
|
|
|
• Güzəştə getsək, Rusiya daha ağır şərtlərlə üstümüzə gələcək - Cəlaloğlu
Bu gün, 12:20 |
|
|
|
• Paşinyan sülhdən, keşişlər müharibədən danışır - NƏ BAŞ VERİR?
Bu gün, 12:14 |
|
|
|
• "Bu tur şirkətinə inanıb, aldanmayın..." - ÇAĞIRIŞ
Bu gün, 12:09 |
|
|
|
|