Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                 

Azərbaycan FETÖ-sünün diplomatiya ayağı – Kimlər bu şəbəkəyə daxildir?
Tarix: 21-07-2020, 10:12 | Çap et
Azərbaycan FETÖ-sünün diplomatiya ayağı
“Diplomatik korpusda ciddi islahatlar gözlənilir. Hakimiyyət kulislərində gəzən söz-söhbətə görə, budəfəki kadr islahatlarında Ramiz Mehdiyev-Əli Həsənov çetesinin diplomatik uzantıları tamamilə sıradan çıxarılacaq”.

Ovqat.com xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanovun saytımız üçün qələmə aldığı məqalədə belə deyilir.

Maraqlı informasiyalarla zəngin olan məqaləni təqdim edirik.

Prezident İlham Əliyevin Xarici İşlər naziri Elmar Məmmədyarovu işdən azad etməmişdən əvvəl keçirdiyi məşhur müşavirədə səsləndirdiyi bir cümlə bu strukturda aparılacaq kadr islahatlarının əsl səbəbini ortaya qoyur. Xatırlayırsınızsa, diplomatik korpusun yarıtmaz fəaliyyətiylə bağlı danışarkən ölkə başçısı bildirmişdi ki, Azərbaycan XİN-nin bu zamanadək sərgilədiyi mövqe “kiminsə xoşuna gəlmək” məqsədi daşıyıb: “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”.

Prezidentin bu sözlərini dərindən incələyəndə məsələnin təkcə “kiminsə xoşuna gəlmək” olmadığını, Azərbaycan diplomatiyasının həm də başqa ölkələrin direktivləriylə oturub durduğunu, ölkə başçısından çox xarici havadarlarını eşitdiyini anlamaq mümkündür. Bu isə elə öz milli maraqlarının xilafına gedərək, başqa dövlətlərin maraqlarına qulluq etmək, yumşaq desək, “5-ci kolonçuluq” deməkdir.

Üstəlik, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət təkcə sabiq nazirin öz erməni həmkarıyla koronavirus məsləhətləşmələriylə də bitmir. Ölkəmizi xarici dövlətlərdə təmsil edən səfirlərimiz də öz yarıtmaz fəaliyyətilə nazirdən heç də geri qalmayıblar. Bunu Prezidentin həmin iclasda dilə gətirdiyi fikirlərdən aydın sezmək mümkündür: “Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük”.

Ölkə başçısının bu fikirləri XİN-də aparılan təmizləmə əməliyyatının yaxın günlərdə səfirliklərə qədər uzanacağından xəbər verir. Hakimiyyət dairələrindən aldığımız məlumatlar da bu ehtimalı qüvvətləndirir.

Məlumata görə, yaxın günlərdə nazirlikdə başlayacağı gözlənən kadr islahatlarında əsasən Ramiz Mehdiyev-Əli Həsənov çetesinin uzantıları işdən uzaqlaşdırılacaq. Hansı ki, bəzi mütəxəssislər tərəfindən Azərbaycanın “FETÖ”-sü adalandırılan bu çete uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunarkən əllərindəki fürsətdən faydalanıb, bir çox strukturlara öz adamlarını yerləşdirib, sarsılmaz şəbəkə meydana gətiriblər. İddialara görə, XİN-də də bu şəbəkənin güclü dayaqları var. Hakimiyyət kulislərində gəzən söz-söhbətlər əsasında həmin çetenin bəzi üzvlərinin kimliyini ortaya çıxara bilmişəm.

Bunlardan diqqətimizi ən çəkəni isə Nəcəfov qardaşlarıdır. Bəli, bəli, söhbət hansısa siğə oxuyub əhd bağlamış dostlardan yox, dos-doğma qardaşlardan gedir. Azərbaycanda bəzi ailələr prokuror, icra başçısı, iş adamı, nazir və s. istehsal etdiyi kimi, diplomat zavodu olan ailələr də varmış. Nəcəfovlar onlardan sadəcə biridir. Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsinin himayədarlığı ilə Azərbaycandan çox, başqa xarici dövlətə işləyən diplomatik çetenin üzvü olan Nəcəfovlardan biri Rumıniya, digəri Estoniya səfirliyinə rəhbərlik edir. Onların bir başqa qardaşı isə XİN-nin Asiya ölkələri idarəsinin sədr müavinidir.

Nəcəfovların sonbeşiyi Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniyadakı Fövqəladə və Səlahiyyətli Səfiridir. Bundan əvvəl o, Azərbaycanın İsveçrə Konfederasiyasında eyni vəzifəni icra edib. Haqqında üzqızardıcı ittihamlar irəli sürülsə də, biz şəxsi məsələlərə çox qarışmaq istəmədiyimizdən bu barədə susmağa üstünlük veririk.

Murad Nəcəfbəylinin şəxsi dosyesində bir məqam diqqəti xüsusilə cəlb edir. O, 1994-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmaqdadır. Diplomat kimi yetişdirilməsi isə harda baş tutsa, yaxşıdır? - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında. XİN-də işə düzələn kimi, yəni 1994-cü ildə diplomat kimi yetişdirilmək üçün Moskvaya göndərilən Murad Nəcəfbəyli 2 il həmin akademiyada təhsil alıb. Sözsüz ki, bu 2 ildə ona təkcə diplomatiyanın sirləri də öyrədilməyib. Həm də Azərbaycandakı “5-ci kolon”-un nümayəndəsi kimi yetişdirilən Murad Nəcəfbəylinin daha sonra Ramiz Mehdiyev-Əli Həsənov çetesinin sıralarına cəlb olunduğu qeyd edilir.

Murad Nəcəfbəylinin böyük qardaşı Hüseyn Nəcəfov isə bu yolu qardaşından xeyli il əvvəl keçib. Qardaşların “5-ci kolon”-a cəlb olunması da elə Hüseyn Nəcəfovla başlayıb. İddialara görə, 1985-1992-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseyn Nəcəfov məzun olduqdan sonra Rusiya Federasiyası XİN-in Diplomatik Akademiyasında təhsilə başlayıb. Rusiyanın XİN-ə bağlı olan akademiyanı 2 ildən sonra fərqlənmə diplomu ilə bitirən Hüseyn Nəcəfov dərhal Azərbaycana göndərilib və 1995-ci ildə XİN-də işə başlayıb. 3 il nazirliyin müxtəlif şöbələrində işlədikdən sonra 1998-ci ildə olduqca mühüm posta -Azərbaycan Respublikasının NATO yanındakı Daimi Nümayəndəliyinə və Belçika Krallığındakı Səfirliyinə göndərilib. Əvvəl bu diplomatik nümayəndəliklərdə üçüncü katib kimi işə başlayan Hüseyn Nəcəfov qısa ərzində ikinci və birinci katib vəzifəsinə yüksəlib.

Hüseyn Nəcəfovun əsl yüksəlişi isə Elmar Məmmədyarovun nazir təyin olunması dövrünə düşür. 2004-cü ilin aprel ayında həmin vəzifəyə gətirilən sabiq nazirin təqdimatıyla o, Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyində yüksək vəzifəyə təyin olunur. 2008-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “qara qutusu” sayılan Ümumi Katibliyin rəisi vəzifəsini icra edən şəbəkə üzvü 2010-cu ildə ən yüksək diplomatik ünvanla təltif olunur. Prezident İlham Əliyev tərəfindən birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsinə layiq görülür. Elə həmin il Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində Baş Konsulu təyin olunan Hüseyn Nəcəfov 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Linqvistik Təminat İdarəsinin rəisi vəzifəsinə gətirilir. 2018-ci ildən isə Estoniyada səfirlik edir.

Nəcəfovların digər qardaşı Eldar Nizami oğlu Nəcəfov hazırda XİN-nin Avrasiya İdarəsinin rəis müavinidir. İddilara görə, Nazirliyin Avrasiya idarəsi viza maxinasiyalarında ən çox adı hallanan qurumdur. Çünki digər qitələrdən fərqli olaraq, bir sıra Avrasiya ölkələri ilə Azərbaycan arasında e-viza sistemi yoxdur və xarici vətəndaşlara viza verilməsində böyük rüşvət çərxləri fırlanır. DTX-nin son zamanlarda XİN-də apardığı əməliyyatlarda həbs edilənlərin böyük əksəriyyətinin Avrasiya ölkələri ilə viza maxinasiyası ilə uğraşan şəbəkə üzvləri olduğu xəbər verilir.

Əldə etdiyimiz məlumatda eynilə belə deyilir: “Nəcəfov qardaşlarının heç birinin bilik və bacarıqları tutduqları vəzifəyə uyğun deyik, hansı mənsəbə qulluq etdikləri, nə ilə məşğul olduqları, hansı nəticələr əldə etdikləri ciddi araşdırılmalıdır”.

Elçin Qurbanov

P.S. Mehdiyev-Həsənov şəbəkəsinin digər diplomatları barədə daha sonrakı yazılarımızda tanış olacaqsınız.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Bu gün, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Bu gün, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Bu gün, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Bu gün, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Bu gün, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Bu gün, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Bu gün, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Bu gün, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Bu gün, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Bu gün, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Bu gün, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Bu gün, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Bu gün, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Bu gün, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Bu gün, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Bu gün, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Bu gün, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Bu gün, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru