“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək .....                     Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər .....                     Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır .....                     Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... .....                     Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... .....                     Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... .....                     "Bir banka ki etibar olmadı..." .....                     Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... .....                     Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək .....                     Rusiyanın TASS üzərindən TƏXRİBATI... .....                     ETSN dövlətə olan borcunu ödəmir .....                     İrana qarşı beynəlxalq koalisiya qururuq? .....                     Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... .....                     "Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" .....                     Binəqədidə tikinti xaosu DAVAM EDİR .....                     İqtidar yeni dövrə hazırlaşır .....                     `Azəriqaz` işçisi ittiham səsləndirdi və... .....                     Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur .....                     Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb .....                     Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” .....                     Cənab nazirin bu kadrdan xəbəri varmı? .....                     "Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" .....                     "Azərbaycanda kasıb adam yoxdur" .....                     Repetitorluq təhsili necə iflic edir? .....                     İrəvan KTMT-dən niyə çıxa bilmir? .....                     Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı .....                     "Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" .....                     İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası .....                     Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” .....                     Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi .....                     Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə .....                     "Əsas meyar güc tətbiqidir..." .....                     BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb .....                     AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub .....                     Kreml Azərbaycanla gərginliyi artırır .....                     `AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... .....                     “İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” .....                     Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi .....                     Qondarma cinayət işləri, qanunsuz həbslər... .....                     “Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər” .....                 

“Cənab prezident bilir ki, hansı məmurlar islahat kursuna maneə törətməyə çalışır, gizli yollarla sabotaj nümayiş etdirir” - Prezidentin köməkçisindən mühüm mesajlar
Tarix: 23-10-2019, 10:37 | Çap et
“Cənab prezident bilir ki, hansı məmurlar islahat kursuna maneə törətməyə çalışır, gizli yollarla sabotaj nümayiş etdirir”
“Azərbaycan polisi həmin o Avropanın, dünyanın mərkəzləri olan Paris, Amsterdam, Madrid və Barselonadakı qeyri-qanuni aksiyalarda tətbiq edilən tədbirlərdən artıq hərəkət etməyib”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Şuranın 19 oktyabrda şəhərin mərkəzində keçirməyə cəhd etdiyi razılaşdırılmamış aksiya və bundan sonra baş verənlərlə bağlı APA-ya müsahibəsində maraqlı açıqlamalar verib.

Əli Həsənov bildirib ki, aksiyanın təşkilatçıları çox qeyri-konstruktiv, qanunların və hüquq-mühafizə orqanlarının tələblərini qulaqardına vuraraq, təkidlə şəhərin insanların sıx olduğu meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd etdilər, qanun keşikçilərinə meydan oxumağa qalxdılar: “Bakı Şəhər İcra Hakimiyyəti onların mitinq keçirmək istəyini nəzərə alaraq müvafiq yer ayırmışdı. Əvvəlki dövrlərdə də həmin yerdə Azərbaycanın bəzi siyasi partiyaları aksiya keçirmişdilər. Bu meydanda mitinq keçirmək, çıxış etmək üçün hər cür şərait var. Amma, təəssüf ki, özlərini Milli Şura adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası, bu qurumların rəhbərləri qeyri-konstruktiv yol seçərək hakimiyyətlə bilərəkdən qarşıdurmaya getdilər. Həmin gün Bakı şəhərində, xüsusən də ”28 May" metrostansiyası ətrafında 200 minə qədər insanın ritmik həyatı pozuldu. Nəqliyyatdan, o cümlədən, metrodan istifadə etmək imkanları məhdudlaşdırıldı, meydanın ətrafındakı bütün ticarət obyektlərinin, kommersiya müəssisələrinin, institutların, məktəblərin ahəngdar fəaliyyəti pozuldu. Həm əhaliyə hərəkət üçün kifayət qədər problemlər yaratdılar, həm də bütövlükdə Azərbaycan cəmiyyətində qarşıdurma ovqatı yaratmaq üçün hüquq-mühafizə orqanları ilə bilərəkdən qarşıdurmaya getdilər. Hər bir sivil dövlət öz inkişafını, vətəndaşlarının təhlükəsizliyini, dövlətin və şəhərlərin asayişini hər şeydən üstün tutur. Lazım gəldikdə isə qanun keşikçiləri istənilən metodlardan istifadə edərək asayişi qoruyurlar, bərpa edirlər, yaxud da asayişi pozmaq istəyənlərə qarşı hüquqi və fiziki tədbirlər görürlər. Bu, bütün dünya ölkələrində belədir. Müvafiq olaraq Azərbaycanda da eyni proses həyata keçirildi".

Prezidentin köməkçisi beynəlxalq təşkilatların bəzilərinin hadisəyə reaksiyasına belə münasibət bildirib: “Biz dövlətimizi beynəlxalq təşkilatlar üçün deyil, Azərbaycan vətəndaşları üçün qurmuşuq. Azərbaycan hakimiyyətinin əsas vəzifəsi ona səs verən, hakimiyyəti formalaşdıran, hakimiyyətin rəhbərini, parlamentini seçən və öz iradəsini ortaya qoyaraq onlardan özünün təhlükəsizliyi, firavan həyatı və digər məsələlərdə sabitliyi tələb edən Azərbaycan xalqı qarşısında hesabat verməkdir, onun maraqlarını ifadə etməkdir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, xarici tərəfdaşlarımızla, o cümlədən region dövlətləri ilə əlaqələr- bunların hamısı Azərbaycan dövlətinin və xalqının maraqlarını ifadə etmək anlamında bizim üçün əhəmiyyətlidir. Ona görə hansısa beynəlxalq təşkilatın bu məsələlərə bildirdiyi münasibət Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınır, onların çağırışları, tövsiyələri öyrənilir, müvafiq olaraq dəyərləndirilir, ən məqbulları qəbul olunaraq bizim fəaliyyətimizdə nəzərə alınır. Amma biz bütün ölkələrdə olandan artığını etməmişik. Azərbaycan polisi həmin o Avropanın, dünyanın mərkəzləri olan Paris, Amsterdam, Madrid və Barselonadakı qeyri-qanuni aksiyalarda tətbiq edilən tədbirlərdən artıq hərəkət etməyib”.

Əli Həsənov deyib ki, polisin davranışı tam adekvat, kifayət qədər qətiyyətli idi, qanunlar çərçivəsində tənzimlənirdi və təmin olunurdu. Ona görə də polisi burada günahlandırmaq doğru deyil: “Əlbəttə, polis orqanlarının əməkdaşlarının da hansınınsa hərəkətində kiminsə xoşuna gəlməyən hallar ola bilər. Amma polislə toqquşmaq, qarşıdurmaya getmək istəmirsənsə, o zaman polisin qanuni tələblərinə əməl etmək lazımdır. Polisin qanuni tələblərinə əməl etməyən insanlara qarşı, xüsusən də asayişin təmin olunması mənasında istənilən hüquqi çərçivədə addımlar gözləmək olar. Polisin həyata keçirdiyi tədbirlər oradakı insanların nümayiş etdirdiyi hərəkətə adekvat olur”.

Hakimiyyət rəsmisi bildirdi ki, AXCP sədri Əli Kərimlinin, Tofiq Yaqublu və digərlərinin də təzyiqə məruz qalması ilə bağlı iddiaları barədə araşdırma aparılır və müvafiq məlumatlar yayılacaq: “Mən şahidi olmamışam ki, onlar aparıldığı, saxlanıldığı yerdə hansısa təqibə və təzyiqə məruz qalıblar. Onların bu hərəkətlərinin qarşısını almaq üçün polisin gördüyü tədbirlər hamının gözünün qarşısında olub. Əvvəlcə onları qayda-qanuna dəvət ediblər, sözsüz ki, tabe olmayanda, israrlı şəkildə meydana daxil olmaq istiqamətində hərəkətlər nümayiş etdirəndə polis onları izolyasiya etməli, müvafiq bölmələrə apararaq hərəkətlərinə hüquqi qiymət verməlidir. Əminəm ki, onlar təcrid edilərkən polisin hərəkətində qeyri-adekvat və ya qeyri-qanuni xüsusi bir hal baş verməyib”.

“Müxalifətin bundan sonra Bakının mərkəzində mitinq keçirmək tələblərinə münasibət necə olacaq? Bu məsələ ətrafında müzakirələr olubmu” sualını isə Ə.Həsənov belə cavablandırıb ki, hakimiyyət heç bir müxalifət partiyasına, hərəkata, təşkilata, quruma qanunları pozaraq fəaliyyət göstərməyə, hansısa razılaşdırılmamış aksiyalar keçirməyə imkan verməyəcək: “Yəni biz hakimiyyət olaraq bütün müraciətlərə adekvat münasibət bəsləyəcəyik, qanuni tələblər yerinə yetiriləcək, insanların mitinq, yürüş keçirmək , öz tərəfdarları ilə bir araya gəlib fikir mübadiləsi aparması üçün hakimiyyət onlara müvafiq yerlərdə şərait yaradacaq. Amma onların hakimiyyət, qanun üzərində öz ambisiyalarını reallaşdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb, bundan sonra da alınacaq. Bu hakimiyyəti kimsə öz iradəsindən daşındırmağa, çəkindirməyə qalxmasın”.

“Prezident İlham Əliyev son müşavirəsində məmurlar arasında çəkişmələrin media müstəvisinə daşınmasından danışıb, islahatlara mane olmaq istəyən məmurlara xəbərdarlıq edib. Sizcə, dövlət başçısı kimləri nəzərdə tutur” sualını isə Əli Həsənov belə cavablayıb: “Burada konkret ad sadalamaq mümkün deyil. Digər tərəfdən də, cənab prezident bilir ki, hansı məmurlar islahat kursuna maneə törətməyə çalışır, gizli yollarla sabotaj nümayiş etdirir. Əlbəttə, bunları cənab prezident bilir, zamanı çatdıqca da bu insanlar öz cəzasını alacaqlar. Prezidentin irəli sürdüyü islahatlar kursu bir ildən artıqdır ki, sözün həqiqi mənasında, ölkədə öz nəticələrini göstərməkdədir...

Dövlətin siyasi iradəsi ortadadır. Heç kim buna mane ola bilməz. Əgər belələri aşkarlanarsa, onlar cəzalandırılacaqlar. Bəzən mübarizə aparmaq üçün mətbuatdan da istifadə edirlər. Ayrı-ayrı saytlarda, xüsusən də reket saytlarda başqa-başqa insanlar, o cümlədən islahatları həyata keçirən qurumlar haqqında müəyyən materiallar yayırlar. Belə hallara qarşı Azərbaycan prezidenti və iqtidarı ciddi iradə meydana qoyub. Bu iradənin də nəticəsi olaraq bu tipli neqativ hallar tezliklə aradan qaldırılacaq".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sumqayıt Avtomotoservis” ASC-nin rəhbərliyi seçiləcək
Bu gün, 10:30
Regionda Türkiyə və Azərbaycanın qarşısını yalnız bu ölkə ala bilər - Köçəryan xortladı
Bu gün, 10:24
Qanunvericiliyə əsasən,manat ölkədə yeganə hüquqi ödəniş formasıdır - AMMA...
Bu gün, 10:20
Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ... - "Ömrümüz belələri üçün fəda olsun!"
Bu gün, 10:05
Qusarda bələdiyyə sədri vətəndaşa qarşı... - TƏFƏRRÜAT
Bu gün, 09:56
Putin SSRİ-ni bitirən səhvi təkrarladı, 4 ölkə geri çəkildi... - Rusiya üçün parçalanma anonsu
Bu gün, 09:40
"Bir banka ki etibar olmadı..." - ETİRAZ VAR...
Bu gün, 09:33
Pezeşkian Azərbaycanla münasibətləri düzəltmək istəsə də... BU, ÇƏTİN OLACAQ!
Bu gün, 09:29
Bu şirkət məktəbləri yüksəksürətli internetlə təmin edəcək - 6,7 MİLYONLUQ TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 09:25
Rusiyanın TASS üzərindən TƏXRİBATI... - Görünəni odur ki...
Bu gün, 09:21
ETSN dövlətə olan borcunu ödəmir - SƏN DEMƏ...
Bu gün, 09:18
İrana qarşı beynəlxalq koalisiya qururuq? - NƏ BAŞ VERİR?
Bu gün, 09:14
Vergidən yayınmaları bir yana... qiymət də oxuyurlar... - FOTOFAKT
Bu gün, 09:12
"Əgər yalan məlumatdırsa, dekanı niyə işdən çıxmağa məcbur etmisiniz?" - QALMAQAL
Bu gün, 09:04
Binəqədidə tikinti xaosu DAVAM EDİR - DAHA BİR FAKT
Bu gün, 08:35
İqtidar yeni dövrə hazırlaşır - “kadr bankı”nda dəyişiklik
Bu gün, 08:30
`Azəriqaz` işçisi ittiham səsləndirdi və... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur - İNCƏLƏMƏ
Bu gün, 08:15
Trampın işiini aparan prokurora qarşı istintaq başladılıb - “New York Post”
Bu gün, 07:22
Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 07:03
Cənab nazirin bu kadrdan xəbəri varmı? - İTTİHAM VAR...
Bu gün, 07:01
"Bir gün tariximizin dəmir qapısı Dərbənddən çıxıb bir daş atarıq, Rusiyanın şüşə qapıları sınar" - REAKSİYA
Bu gün, 06:55
"Azərbaycanda kasıb adam yoxdur"
Bu gün, 06:53
Repetitorluq təhsili necə iflic edir? -DOSENTDƏN İLGİNC DETALLAR
Bu gün, 06:43
İrəvan KTMT-dən niyə çıxa bilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
Qohumbazlıqla "seçilən" məktəb və bağça direktorlarının özbaşınalığı - AKTUAL
Bu gün, 06:31
"Ukraynanın Azərbaycana qarşı təxribat törətməsi real görünmür" - Komitə sədrindən Rusiya XİN-ə CAVAB
Bu gün, 06:29
İkili yanaşma və İranın qəribə Azərbaycan taktikası - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:24
Köçəryandan şok açıqlama: “10 noyabr Bəyanatının...” - İLGİNC
Bu gün, 06:21
Rusiya ilə sərhəddə yeni təhlükə: dövlət hərəkətə keçdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:18
Kremlin kompromis axtarışı və dəyişməyən sülh şərtləri: Moskva gözləmədə - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
"Əsas meyar güc tətbiqidir..." - ÇÜNKİ...
Bu gün, 01:37
BQXK-nın Azərbaycan Nümayəndəliyinin missiyası yekunlaşıb
Dünən, 18:40
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Dünən, 18:36
Kreml Azərbaycanla gərginliyi artırır - KİV
Dünən, 16:29
`AZƏRİQAZ`a bacarqılı işçi lazım deyil... - ÇÜNKİ...
Dünən, 16:23
“İrəvana Güney azərbaycanlılar yox, təcrid narahatlıq yaradır” - “Common Space”
Dünən, 16:08
Əliyev və Ərdoğan razılaşdı, SOCAR hərəkətə keçdi – Bakı İsraili düşməni ilə barışdıra bilər
Dünən, 16:06
Qondarma cinayət işləri, qanunsuz həbslər... - Moskvanın bəhanələri bitmir
Dünən, 15:56
“Anamla qardaşım məni öldürtmək istəyirdi, saçımdan sürüdü, səhnədə hücum etdilər”
Dünən, 15:31
Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsindən imtina edilə bilərmi? – “Milli maraqlarımızın pozulmasına imkan verməyəcəyik”
Dünən, 15:25
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 15:16
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Dünən, 15:11
Mingəçevir İcra Hakimiyyətinin tenderi nyə ləğv edilib?
Dünən, 13:10
Ruslar Azərbaycan Evinə BELƏ ZİYAN VURDU - FOTO
Dünən, 13:03
“Səba”nın törəmə şirkətinin kapitalından 6,4 milyon manat geri götürülür
Dünən, 12:58
İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”
Dünən, 12:56
5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar - Makronun mühafizəçisinin Bakıdakı məhkəməsi
Dünən, 12:29
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:23
“Azərbaycanda məzhəbçilik qadağan olunmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru