Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... .....                     Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır .....                     Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU .....                     ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib .....                     Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları .....                     Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq .....                     20 Sentyabr - Dövlət Suverenliyi Günüdür .....                     Bakıya və Trampa qarşı xain plan .....                     İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu .....                     Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı .....                     Rusiyanın gündə min dronunu məhv edəcəyik .....                     Zaur Mikayılovun YUMOR HİSSİ... .....                     Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır .....                     Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI .....                     Ağdaş sakinindən İTTİHAM YAĞIŞI .....                     Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi .....                     5 il əvvəl yanmış evinə təzminat ala bilmir .....                     Gömrükdəki tenderlər: özgəsinin nə işi var? .....                     Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... .....                     "Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" .....                     Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik .....                     Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? .....                     ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... .....                     SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... .....                     "Heç kəs bilmədi ki, mənim nə problemim var" .....                     “Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? .....                     Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina .....                     Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… .....                     Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı .....                     Pezeşkian şayiələrə son qoydu: .....                     "Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" .....                     İsrail bu tarixdə İrana zərbə endirəcək .....                     “Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" .....                     "Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" .....                     “Rabitəbank” və "Kommersant.az": nələr baş verir? .....                     Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA .....                     Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı .....                     Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib .....                     Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” .....                 

Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmişвЂ¦
Tarix: 12-06-2019, 09:12 | Çap et
Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri
Məlum olduğu kimi, bir müddət əvvəl ölkənin bank sektoru ilə əhali arasında ciddi problem yaranmışdı. Ölkədə baş verən gözlənilməz iki devalvasiya hadisəsindən sonra əhalinin çox böyük bir təbəqəsi dollarla olan kreditləri banklara geri qaytarmaqda çətinliklər çəkdi. Bunun da nəticəsində ölkədə problemli kreditlərdən əziyyət çəkən böyük bir vətəndaş ordusu yarandı.

Həmin müddət ərzində banklar əhaliyə heç bir güzəşt etməmək yolunu tutdular. Onlar əhalidən müxtəlif üsullarla pullarını geri almaq üçün baş sındırırdılar. Bunların heç biri fayda vermədikdə isə vətəndaşlar məhkəmələrə verilirdi. Həmin müddət ərzində əmlakı müsadirə edilən, hətta krediti ödəmədiyinə görə həbsə salınanlar da olub. Nəhayət, problemin ciddi xarakter aldığını görən ölkə rəhbərliyi bu məsələyə əncam çəkmək yolunu tutdu. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə vətəndaşların kredit borcları ilə bağlı ciddi güzəştlər tətbiq edildi. Devalvasiyadan sonra bankların əhalidən aldığı pulun böyük hissəsi kompensasiya şəklində vətəndaşlara qaytarıldı.

Ancaq buna qədərki dövrü tədqiq edəndə məlum olur ki, banklar onlara borcu olan vətəndaşlara qarşı çox böyük qanunsuzluqlara yol veriblər. Belə hərəkətlərin də əksəriyyəti vətəndaşla bank arasında borcun alınması üçün istifadə edilən kollektor şirkətlər tərəfindən edilib. Həmin vaxt ölkədə banklarla bağlı geri qaytarılmayan kredit və borc problemi həll edilmədikcə, kollektorlarla bağlı dəhşətli nüanslar ortaya çıxırdı. Edilən şikayətlərdən məlum olurdu ki, kollektorlar banklarla əlbir olaraq kreditini geri qaytara bilməyən vətəndaşa hədə-qorxu gəlmək və başqa qanusuz üsullarla pulu tələb edirdilər. Ən maraqlısı isə budur ki, banklar bu qanunsuz fəaliyyətə qoluzorlu idmançıları, hətta bir neçə dəfə residiv əməl törətmiş keçmiş məhkumları da cəlb edirdilər. Aparılan araşdırmalar zamanı məlum olub ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslər borclu vətəndaşlara qarşı olmazın cinayətlər ediblər. Borclu olan xanımları ofisə dəvət edib, onlara qarşı nalayiq hərəkətlərə yol verib, sonra videoya çəkib, “borcunu qaytarmasan bunu yayacayıq” deyənlər də olub. Vətəndaşı yolun ortasında avtomobilindən düşürüb, sonra döyüb avtomobilini əlindən alanlar, heç bir məhkəmə sanksiyası olmadan, borclunun evinə girib istədiyi əşyanı götürüb aparanlar da qanunsuz fəaliyyət göstərən banka məxsus qoçu dəstələrin əməlləri sırasına aiddir. Maraqlıdır ki, ölkədə kollektorların fəaliyyəti qanunla tənzimlənməsə də, vətəndaşa qarşı təzyiq və təhdidlərlə məşğul olan həmin qurumlar edilən şikayətlərə baxmayaraq, hər hansı məsuliyyətə də cəlb olunmurlar. Bu sahənin ekspertləri hesab edirlər ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslərin əməlləri qanunsuzdur. Çünki banklar problemli borc işini kollektor qurumuna verəndə bank sirrini pozmuş olurlar. Həm banklar haqqında qanuna, həm də Mülki Məcəlləyə görə, bankla olan istənilən əməliyyat haqqında, kredit haqqında məlumatı yalnız müştərinin özünə vermək olar, bir də müəyyən dövlət orqanlarına. Kollektor qurum olaraq bunların heç birinə aid deyil. İlk növbədə burada bank sirri pozulur. Digər ölkələrdə icazə verilir ki, kollektora həmin məlumatlar verilsin. Amma həmin ölkələrdə də kollektorların fəaliyyəti qanunla tənzimlənir. Xarici ölkələrin iş prinsiplərindən məlumdur ki, hər kəs kollektor işi ilə məşğul ola bilməz. Birinci növbədə onun özünün pulu olmalıdır. Müəyyən nizamnamə kapitalı olmalıdır ki, bilinsin, bu insanlar ciddi insanlardır, quldurlar, residivist cinayətrkarlar deyil. İkinci məsələ odur ki, kollektorların təhsilinə, təcrübəsinə qanun müəyyən tələblər qoyur, qanunda müəyyən məhdudiyyətlər olur. Hansısa cinayətə görə məhkum olunmuş şəxs kollektor işləyə bilməz. Yəni bütün bu məhdudiyyətlərə cavab verən şəxslər xaricdə kollektor ola bilərlər. Xaricdə qanunlar tənzimləyir ki, kollektor hansı yolla, hansı üsullarla hansı vətəndaşlardan borcu tələb edə bilər, gün ərzində vətəndaşa neçə dəfə zəng etmək hüququna malikdir, necə danışmalıdır və sair. Hətta orada vətəndaşa da ixtiyar verilir ki, kollektorla olan görüşünü videoya çəkə bilsin. Qanun bunların hamısını tamamilə tənzimləyir, bizdə bunların heç biri yoxdur. Azərbaycanda kollektorun nizamnamə kapitalı yüz manatdır, yəni pulları yoxdur. İlk gündən ona istiqamətləniblər ki, camaatın pulunu əllərindən alsınlar. İstədikləri vaxt vətəndaşlara zəng edirlər, söyürlər, qorxudurlar, evinə gedirlər, döyürlər, saxlayırlar. Hətta ölkədə kollektorlardan biri bir müddət əvvəl vətəndaşdan böyrəyini satmağı istəmişdi. Bu baxımdan, kollektor fəaliyyətinin tənzimlənməsi ortaya ciddi məsələ kimi çıxır. Problermli kreditlərin mövcudluğunun ən qızğın vaxtında kollektorlar borcluların başına min oyun açıb və təəssüf ki, bütün bunlar cəzasız qalır. Kollektorların müştərilərin başına açdığı oyunlara hansı formada hüquqi qiymət verilməlidir?

Aydın Hüseynov: “Belə hərəkətlər olubsa…”
Millət vəkili, iqtisadçı Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə rəhbərliyi tərəfindən vətəndaşların problemini aradan qaldırmaq istiqamətində ciddi addımlar atılıb: “Bilirsiniz ki, Prezidentin müvafiq fərmanı ilə 10 min dollara kimi borcu olan vətəndaşlarla bağlı çox humanist addım atıldı. Bununla bağlı olan bütün prosedurlar birtərəfli qaydada ləğv edildi. Hətta problemli kreditlərlə bağlı məhkəmələrin gedişinə belə son qoyuldu. O ki, qaldı bankların həm keçmişdə, həm də indiki dönəmdə öz borclarını qanunsuz üsullarla tələb etməsinə, bu yolverilməzdir. Banklarımız bu cür məsələlərdə qanuni tələblərə riayət etməlidirlər. Vətəndaşın bank qarşısında hər hansı öhdəliyinin olması heç də o anlama gəlmir ki, ondan pulu qanunsuz elementlərin təzyiqi ilə almalısan. Bunun üçün qanunun tələbləri mövcuddur. İnsanı hədələmək, şantaj etmək isə cinayətdir. Banklar çalışmalıdırlar ki, müştəri ilə dil tapsınlar. Ölkə rəhbərliyi belə humanist addım atırsa, banklar nədən sərt və hətta cinayət üsullarından istifadə etməlidir? Bu heç də o demək deyil ki, müştərilər də götürdüyü öhdəlikləri yerinə yetirməkdən əsaslı səbəblər olmadan boyun qaçırmalıdırlar. Vətəndaşa hədə-qorxu gəlmək, onunla başqa üsullarla danışmaq qəti şəkildə yolverilməzdir. Belə hərəkətlər olubsa, onu edənlər, mütləq mənada, qanun qarşısında cavab verməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallını qarət edənlər RAHAT-RAHAT GƏZİRLƏR... - GÖZ YUMULACAQMI?
Bu gün, 10:22
Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır - Partiya sədri
Bu gün, 10:19
Xankəndidə təmir işləri aparacaq şirkətlərin adları MƏLUM OLDU - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 10:18
ABŞ Konqresində Azərbaycan əleyhinə düzəlişlər rədd edilib - TƏFƏRRÜAT
Bu gün, 10:13
Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”
Bu gün, 10:07
Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq
Bu gün, 10:05
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür - MƏQALƏ
Bu gün, 09:24
Bakıya və Trampa qarşı xain plan - bədnam layihə qəbul olunsa...
Bu gün, 09:19
İradənin Zəfəri: 30 illik mübarizənin 23 saatlıq sonu - AKTUAL
Bu gün, 09:10
Gülüstan Əliyeva türkdilli layihəyə imza atdı - FOTO
Bu gün, 09:06
Rusiyanın gündə min dronunu məhv edəcəyik - Şmıqal
Bu gün, 07:05
Zaur Mikayılovun YUMOR HİSSİ... - ƏCƏB DƏ ŞƏNDİR...
Bu gün, 07:04
Ər-Riyad ABŞ-a etimadını itirib, təhlükəsizlik sahəsində yeni tərəfdaşlar axtarır - KİV
Bu gün, 06:59
Növrəst Cəfərovun şübhəli TENDER ORTAĞI - AXI NİYƏ?..
Bu gün, 06:57
Ağdaş sakinindən İTTİHAM YAĞIŞI - "Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər"
Bu gün, 06:54
Şəhid ailəsi keyfiyyətsiz mənzilə görə nazirliyi və tikinti şirkətini məhkəməyə verdi - yekun qərar onun xeyrinə oldu
Bu gün, 06:46
5 il əvvəl yanmış evinə təzminat ala bilmir - GİLEY
Bu gün, 06:44
Gömrükdəki tenderlər: özgəsinin nə işi var? - TƏFƏRRÜAT
Bu gün, 06:40
Azərbaycanda QARA MÜHASİBATLIĞA dönüş... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:35
"Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:32
Şagirdlər gözləyir, cədvəl isə yoxdur: Bakı Məktəbində gərginlik - BU NƏDİ BELƏ?
Bu gün, 06:29
Çörəyimizin üstünə hansı yağı sürtürük: BİLİRİKMİ? - İLGİNC FAKTLAR
Bu gün, 06:25
ƏT BAHALAŞIR: Bazara nəzarət əldən çıxa bilər... - vətəndaş narahatdır...
Bu gün, 06:22
SÜLH ÜÇÜN... uzağa getmək lazım deyil... - AKTUAL
Bu gün, 06:19
"Heç kəs bilmədi ki, mənim nə problemim var" - Xalq artisti
Bu gün, 06:17
“Pomidor müharibəsi”nin davamı: Əlaqələr kəsiləcəkmi? - NƏ ETMƏLİ?
Bu gün, 06:14
Kiriyenkonun uğursuzluğu: sadə həqiqəti dərk etməkdən inadla imtina - GƏLİŞMƏ
Bu gün, 06:12
Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… – DİQQƏT
Bu gün, 06:07
Səs yazısı yayılan məktəb direktoru ilə bağlı araşdırmalara başlanıldı - rəsmi
Bu gün, 00:05
Pezeşkian şayiələrə son qoydu: - Mən fəxr edirəm ki, türkəm!
Bu gün, 00:00
"Büdcə planlarını dolduran qurumlar həm əhalinin, həm sahibkarın maddi vəziyyətini çətinləşdirəcək" - NƏ ETMƏLİ?
Dünən, 17:08
İsrail bu tarixdə İrana zərbə endirəcək - ŞOK İDDİA
Dünən, 16:51
“Bu addım Trampın sülh səylərinə açıq sabotajdır" - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:46
"Layihələri elə sıralamaq olar ki, borc götürmədən və vaxtı bir qədər uzatmaqla borcsuz icra etmək olar" - ŞƏRH
Dünən, 16:43
“Rabitəbank” və "Kommersant.az": nələr baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:39
Quru sərhədlərin açılması barədə vacib AÇIQLAMA - “Tasnim”
Dünən, 16:34
Özünə Türkiyədə 45 min manata saat və qolbağ aldı - FOTO
Dünən, 16:30
Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:24
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEOFAKT
Dünən, 16:14
“Vergi güzəşti ləğv olunsa belə, həm sahibkarın, həm də işçinin rifahına mənfi təsirlər yaratmayacaq qaydalar tətbiq olunacaq” - deputat
Dünən, 16:05
Bakıda ögey anasının qorxusu altında qalan qız evdən qaçdı: "Gecə saat dördə işləmiş..." - TƏFƏRRÜAT
Dünən, 15:55
Azərbaycanda sığorta şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:53
Nazirin də şikayətləndiyi dərslikləri kim hazırlayır? - RƏSMİ
Dünən, 15:50
Dövlət qurumu kuryer poçt xidmətləri üçün şirkət tapmadı - SATINALMA LƏĞV OLUNDU
Dünən, 15:48
Məhkəmədə qalmaqal: - Təranə Səmədovanın işi başqa hakimə verildi
Dünən, 15:45
Kilsənin siyasi maraqlara bağlılığı Ermənistandakı stabilliyi təhlükəyə atır - GƏLİŞMƏ
Dünən, 15:43
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Dünən, 15:34
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Dünən, 15:29
Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Dünən, 15:23
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru