İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? .....                     Atası partiyanı Günay Ağamalıya təhvil verir? .....                     Dövlət qurumları avtomobilləri kimdən alırlar? .....                     Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək .....                     "Amma qəlbləri yoxdur axı..." .....                     ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA .....                     Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir .....                     Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı .....                     Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS .....                     Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb .....                     Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər .....                     “Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” .....                     Sərxoş kişi yarışda idmançıları geridə qoydu .....                     "Buna susa, göz yuma bilmərəm" .....                     Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı .....                     İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? .....                     İş adamı Süleyman Babayev həbs edilib .....                     Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq .....                     Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? .....                     “Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” .....                     Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb .....                     Zakir İbrahimov nazir təyin olunur? .....                     Şərtlərə cavab verən təklif tapılmadı .....                     Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? .....                     Azərbaycanlı turist bir meyvəyə görə .....                     Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: .....                     "Razin"dəki "Akkord"un binasında FACİƏ: .....                     Qaro Paylan Ərdoğana müraciət etdi .....                     Doğrudanmı, sülh sazişi gecikib? .....                     Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? .....                     Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir .....                     Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı .....                     Pezeşkianın sözləri SEPAH-ı silkələdi: .....                     İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi .....                     Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? .....                     Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub .....                     Bakı 127 illik plana razılaşdı: şifrələr açılır .....                     İrəvana 2 “ev tapşırığı”: .....                     Bahalı təhsil, şəffaf olmayan hesablar .....                     Azərbaycan, Ermənistan və Gürcüstanda BYD neçəyə satılır? .....                 

AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?
Tarix: 16-02-2019, 12:33 | Çap et
AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ”
Azərbaycan dərsliklərindəki nöqsanlar haqda mətbuatda dəfələrlə yazılıb. Amma çox təəssüf ki, dərsliklərin səviyyəsinə görə birbaşa məsuliyyət daşıyan Təhsil Nazirliyi bu tənqidlərdən heç bir nəticə çıxarmayıb. Nöqsanlar azalmaq əvəzinə, daha da çoxalıb, özü də rüsvayçı bir vəziyyət alıb. Bu günlərdə bütün medianı silkələyən mənzərə bunu bir daha təsdiq etdi.

Artıq neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan bir fotoşəkil müzakirə obyektinə çevrilib. Adıçəkilən fotoşəkildə В«Azərbaycan TarixiВ» dərsliyinin üz qabığı əks olunub.

Bu tarix dərsliyinin üz qabığındakı rənglər Ermənistan bayrağı ilə eyniyyət təşkil edir. Paylaşılan fotoşəkilə yazıla rəylərdə bildirilir ki, Ermənistan bayrağının rənglərinin В«Azərbaycan TarixiВ» dərsliyinin üzərinə vurulması təsadüf deyil.

Azərbaycan dərslikləri ilə bağlı daha bir acınacaqlı məqam da günün mövzusuna çevrilib. Belə ki, 5-ci siniflər üçün hazırlanmış Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində siqar çəkən Dədə Qorqudun rəsmi yer alıb.

Ölkəmizdə tütün məmulatlarının reklamı qadağan olunduğu halda, orta məktəb dərsliyində belə bir rəsmin verilməsi təəssüf doğurur. Bu, siqaretin, tütün məhsullarının şüuraltı təbliğatının aparılmasıdır. Halbuki məktəblilər arasında bunun əks-təbliğatı aparılmalıdır.

Sözügedən rəsmdə Dədə Qorqudun iki barmağının arasında siqar tutması və kiçik qızartı açıq-aşkar görünür. Bir də ki, bəyəm, Dədə Qorqudun zamanında siqar istehsal olunurdu? Bu rəsm 5-ci sinifdə oxuyan azyaşlı məktəblilərdə tarixi gerçəkliklə bağlı çaşqınlıq yaradır, üstəlik el ağsaqqalı, ulu Dədəmiz Qorqudun yaşına, el arasındakı nüfuzuna uymayan oturuş tərzi də təəssüf doğurur.

Maraqlıdır ki, sözügedən xoşagəlməz məqamlar nədən Təhsil Nazirliyinin diqqətindən kənar qalıb? Təhsil Nazirliyi susur, yoxsa susdurulur? Buna nə ad vermək olar: təsadüf, səhlənkarlıq, ya arvadı erməni olan məmurların növbəti təxribatı?

Sözügedən məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilovla söhbətimizi oxucularımıza təqdim edirik:

- Nadir müəllim, yəqin mətbuatı izləyirsiniz və son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilən dərsliklərlə bağlı problemdən xəbəriniz var. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.

- Son vaxtlar dərdsliklərlə bağlı o qədər məsələ gündəmə gəlir ki, oxuyub çatdıra da bilmirsən. Əvvəllər dərsliklərdəki nöqsanlardan təhsil sahəsinin mütəxəssisləri, ekspertlər danışırdı, indi isə valideynlər, hətta şagirdlər də bu nöqsanlar haqda sosial şəbəkələrdə yazır, Youtube kanalında dərsliklərdəki biabırçılıqları ifşa edən video görüntülər paylaşır.

Biz bir qayda olaraq dərsliklərlə bağlı bütün nöqsanlarda Təhsil Nazirliyini günahlandırırıq. Çünki təhsil sahəsində dövlətin əsas aparıcı qüvvəsi Təhsil Nazirliyidir. Amma mən bu cür yanaşmanı yanlış hesab edirəm.

Sovetlər dönəmində bütün dərsliklər Moskvada çap olunurdu və müttəfiq respublikalarda tərcümə olunub, məktəblərə paylanırdı. Amma Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və coğrafiyası ilə bağlı dərsliklər, eləcə də ayrı-ayrı mətnlər respublikamızda hazırlanırdı.

İndi isə dərslik hazırlamaq hüququ tender yolu ilə müəyyənləşdirilir. İstənilən vətəndaş həmin tenderdə iştirak edə və dərslik buraxmaq hüququ qazana bilər.

- Hər halda Təhsil Nazirliyində bu məsələyə nəzarət edən bir qurum olmalıdır.

- Təbii ki, Təhsil Nazirliyində dərslikləri qiymətləndirmə şurası və s.kimi qurumlar var.

- Sizcə, bu gün haqqında danışdığımız faktlar təsadüfdür, ya ölkəmizdə bu işdə maraqlı tərəflər var? Axı bu Ermənistan bayrağının Azərbaycan dərsliklərində ilk təsviri deyil. Sizcə, Ermənistan bayrağındakı bir-birinə uymayan rənglər kitab naşirlərini nə ilə cəlb edə bilər? Axı təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları var.

Birdə ki, əgər dərsliklərimizdə, xüsusilə də Azərbaycan tarixini öyrədən dərsliklərdə hansısa bayrağın təsvirinə ehtiyac varsa, nədən bu Azərbaycan bayrağı olmasın? Bayrağımızdakı bütün rənglər göz oxşayır, bir-birinə də gözəl yaraşır.

Zənnimizcə, Azərbaycan tarixindən bəhs edən bir kitabın, özü də dərsliyin üz qabığının Ermənistan bayrağına boyanması təsadüf ola bilməz, burda düşmən əli var. Sizin buna münasibətiniz necədir?

- Bax bunu analmaq bir az çətindir. Bu bilərəkdənmi edilir, ya təxribatdır, yaxud sırf təsadüfdür?

- Təsadüf bir dəfə ola bilər, sözügedən məsələ isə dəfələrlə gündəmə gəlib.

- Bilirsiniz, bu cür anlaşılmazlıqlar çox olur. Xatırlayırsınızsa, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "Ermənistan bayrağı"nın təsviri olan şiferi qırdığını düşündüyü halda (icra başçısını çaşdıran bayraq maketində narıncı rəngin yanlış çalarından istifadə olunması idi), şifer parçasının üzərindəki rənglərin əslində Kolumbiya bayrağına məxsus olduğu bəlli olmuşdu və Azərbaycanda yerli hakimiyyət rəsmisinin bayraq maketini yumruqla qırması hətta Kolumbiya mediasında da müzakirəyə çıxarılmışdı.

- Heç kəs üçün sirr deyil ki, ermənilərin əlifbası da, mətbəxi də, musiqisi də, bayrağı da, elə hazırda Ermənistan adını qoyub yaşadıqları ərazi də əslində özlərinə məxsus deyil. Onların oğru olduğunu əsrlər əvvəl dahi rus şairi Aleksandr Sergeyeviç Puşkin də öz əsərində açıq-aşkar ifadə edib. Amma bu bizə haqq vermir ki, rəsmən Ermənistan bayrağı kimi qəbul olunan dövlət atributunun rənglərindən dərsliklərimizdə, televiziya verilişlərinin tərtibatında, lap elə adicə geyimimizdə bir arada istifadə edək.

- Dediyim kimi, belə hallar olub. Misal üçün, iki il öncə orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin ərazilərinin təsvir olunması və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilməsi həm mətbuatda, həm də ümumilikdə cəmiyyətdə böyük qalmaqala səbəb olmuşdu.

“Təhsildə dövlət strategiyası” deyilən bir sənəd hazırlanıb, ölkə başçısı da həmin sənədi təsdiq edib. Adıçəkilən sənəddə kifayət qədər təqdirəlayiq məqamlar var. Amma təəssüf ki, gərəkli qanunlar qəbul edilsə də, onların işlək mexanizmi, planı olmadığından həmin qanunlar elə kağız üzərində də qalır.

Təssəvvür edin, 200-300 yaşı olan Amerika Konstitusiyasına barmaq sayı qədər dəyişiklik edilib, amma bizim bir tək Təhsil Qanununda görün bir ildə nə qədər dəyişiklik edilir.

- Təbii ki, təhsilsiz heç bir sivil ölkənin gələcəyini təsəvvür belə etmək olmaz. Odur ki, təhsil sisteminin təkmilləşdirilməsi çox önəmlidir. Özəlliklə də ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara, xalqımızın milli-mənəvi dəyərlərinə dövlət səviyyəsində xüsusi diqqət ayrılmalıdır.

Biz övladlarımıza düzgün istiqamət verməliyik, onlarda milli-mənəvi dəyərlərimizə, dövlət atributlarımıza hörmət və sevgi aşılamalıyıq.

- Tamamilə razıyam sizinlə. Amma dediyim kimi, bütün neqativ hallara görə Təhsil Nazirliyini qınamaq yanlışdır. Bu gün televiziya kanallarımızda, mətbuatda klassiklərimizin, hətta azdalıq carçısı kimi tanınan şəxsiyyətlərin adını ləkələyən çıxışlar, yazılar yer alır. Xalq qəhrəmanlarımıza şər-böhtan atılır.

Məşhur rus alimi, ictimai xadim Sergey Kapitsanın deyirdi ki, televiziya bulka sexi deyil, onu özəlləşdirmək olmaz. Bizdə isə bu gün özəl televiziyalar bildiyini edir, heç bir məsuliyyət daşımadan mənəviyyatsızlığı, əxlaqsızlığı təbliğ edir, tarixi şəxsiyyətlərimizi müzakirə obyektinə çevirir.

- Ölkə teleməkanının hazırkı vəziyyəti ayrıca bir söhbətin mövzusudur. Amma təhsil, özəlliklə də dərslik məsələsi birbaşa dövlət nəzarətindədir.

- Doğrudur, dərsliklərlə bağlı uzun müddət müzakirələr aparılsa da, göründüyü kimi, bu gün də nöqsanlar aradan qaldırılmayıb. Sizin sözünüzə qüvvət, bəyəm rəng qəhətdir ki, məhz bədxah qonşularımızın dövlət bayrağının rənglərindən istifadə olunur dərsliklərdə? Mən də bunun təsadüf olduğunu düşünmürəm. Çünki o rənglər ayrı-ayrılıqda da heç zövq oxşamır, bir arada isə ümumiyyətlə çox zövqsüz görünür. Üstəlik, Azərbaycanda Ermənistan bayrağını tanımayan adam tapmaq çətindir.

Toxunduğunuz məsələlərin hər biri aidiyyati dövlət qurumları tərəfindən dərhal araşdırılmalıdır, özü də çox ciddi şəkildə araşdırılmalıdır və bu işdə günahı olanlar cəzalandırılmalıdır, özü də cəmiyyətə bu haqda məlumat verilməlidir. Nə qədər ki, bizdə cəzasızlıq sindromu hökm sürür bu kimi hallar qaçılmazdır.
Hurriyyet.org

P.S. Təhsil Nazirliyinin mətbuat xidməti “daha böyük işlərlə” məşğul olduğu üçün, təəssüflə qeyd edirik ki, hər zaman olduğu kimi, bu qurumun mövqeyini öyrənə bilmədik. Mövzunu gündəmdə saxlayacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir? - ŞƏRH
Bu gün, 04:50
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Bu gün, 04:47
Dövlət qurumları avtomobilləri kimdən alırlar? - ARAŞDIRMA
Bu gün, 04:45
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:38
"Amma qəlbləri yoxdur axı..."
Bu gün, 04:35
ABŞ siyahı yaydı: Azərbaycan ilk SIRADA - SİYAHI
Bu gün, 04:31
Azərbaycan - Ermənistan Bəyannaməsi Tramp üçün çox vacibdir - Dövlət Departamenti
Bu gün, 04:24
Elşad Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq başa çatdı - TƏFƏRRÜAT
Dünən, 18:28
Vaşinqton anlaşmasında nəzərə çarpan MÜHÜM NÜANS - AYDIN OLUR Kİ...
Dünən, 18:25
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Dünən, 18:10
Rusiya acizlikdən Azərbaycana qarşı yalnız çirkli oyunlar oynaya bilər - Mixail Qonçar
Dünən, 18:08
“Rusiya Cənubi Qafqazı asanlıqla itirməyəcək” - İranın Azərbaycandakı keçmiş səfiri də “xoruzlandı”
Dünən, 18:03
Sərxoş kişi yarışda idmançıları geridə qoydu - GÖZLƏNİLMƏZ
Dünən, 17:59
"Buna susa, göz yuma bilmərəm"
Dünən, 17:54
Artak Beqlaryandan Bakıdakı erməni məhbuslarla bağlı ÇAĞIRIŞ
Dünən, 17:52
İmtahan müəmması: Suallar satılıb, yoxsa şagirdlər bir-birindən köçürüb? - BU NƏDİ BELƏ?
Dünən, 17:48
İş adamı Süleyman Babayev həbs edilib - Milyonlarla vergidən yayınma ittihamı
Dünən, 17:44
Azərbaycanın Ukraynaya humanitar dəstəyi davamlı olacaq - ÇÜNKİ...
Dünən, 17:39
Misir Mərdanov yeni vəzifəyə təyin oluna bilərmi? - ÖZÜ DEYİR Kİ...
Dünən, 17:33
“Ermənicə bilirəm, İrəvanda səfir işləməyə hazıram” – Hafiz Hacıyev
Dünən, 17:31
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi 1 aylıq dayandırılıb - SİYAHI
Dünən, 17:23
Zakir İbrahimov nazir təyin olunur? - İLGİNC İDDİA
Dünən, 17:20
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:18
Sülh sazişindən sonra müharibə filmləri necə çəkilməlidir? - “Mənə görə deyil”
Dünən, 17:13
Azərbaycanlı turist bir meyvəyə görə BIÇAQLANDI
Dünən, 17:10
Ermar Məmmədyarov İrəvana səfir gedə bilər: - "Necə məsləhətdir..."
Dünən, 17:07
"Razin"dəki "Akkord"un binasında FACİƏ: - 17 yaşlı qız 10-cu mərtəbədən düşüb öldü
Dünən, 15:44
Qaro Paylan Ərdoğana müraciət etdi - “Ermənistanla sərhədi dərhal açın”
Dünən, 15:39
Doğrudanmı, sülh sazişi gecikib? - İNCƏLƏMƏ
Dünən, 15:35
Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi? - ŞƏRH
Dünən, 15:33
Yay bitməyə tələsir: Bazara da bahalaşma gəlir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:23
Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı
Dünən, 15:22
Pezeşkianın sözləri SEPAH-ı silkələdi: - Bakıya görə İrana gözlənilməz zərbə
Dünən, 15:18
İran Zəngəzur dəhlizinin adının dəyişdirilməsinə etiraz etdi - KİV
Dünən, 15:12
Bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq? – ASTROLOQDAN PROQNOZ
Dünən, 15:08
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub - FOTO
Dünən, 15:05
Bakı 127 illik plana razılaşdı: şifrələr açılır – Türk dünyasında həyəcan
Dünən, 14:47
İrəvana 2 “ev tapşırığı”: - Müşahidə Missiyası gəldiyi yerə qayıdır
Dünən, 14:43
Bahalı təhsil, şəffaf olmayan hesablar - Universitetlərdə narazılıq böyüyür
Dünən, 14:37
Azərbaycan, Ermənistan və Gürcüstanda BYD neçəyə satılır? - TƏFƏRRÜAT
Dünən, 14:31
Saleh Məmmədov rəisi işdən çıxardı - ƏMR
Dünən, 14:28
Onlayn xidmət budursa... - GİLEY
Dünən, 14:20
Paşinyan Antonio Koşta ilə Minsk qrupunun ləğvini MÜZAKİRƏ ETDİ
Dünən, 14:09
“ƏTİN QİYMƏTİ 20 MANATI KEÇƏCƏK” – “Qazaxıstan, Qırğızıstan diri heyvan ixracını dayandırıb”
Dünən, 13:06
Bir generalın təhdidi, yüz generalın cavabı – NATO və Kreml arasında “Kalininqrad döyüşü”
Dünən, 13:00
Lənkəranda yolların təmirinə 1.5 milyon manat ayrıldı
Dünən, 12:56
Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir – Regionu hansı təhlükələr gözləyir?
Dünən, 12:48
Məhbus jurnalistdən məktub var: -"Cənab Prezidentlə fəxr edirik"
Dünən, 12:44
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar
Dünən, 12:42
Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib - “Kommersant”
Dünən, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru