"Mən hər gün atasızlığı hiss edirəm..." .....                     "Qayınanadan ayrı yaşamaq gözəldir" .....                     Gizlənən məktəb direktoru görün, NƏ DEDİ... .....                     Lavrov İrəvanda Paşinyana ultimatum verib: .....                     Sarkisyanı məhkəmədə sıxırlar .....                     Paşinyan Lavrovla görüşüb .....                     Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? .....                     “Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var .....                     Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? .....                     "JEK" 31 ədəd qaloş alır .....                     "Evimin təmirinə 100 min pul qoymuşam" .....                     201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb .....                     Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur .....                     Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? .....                     Sizi DAYANDIRANMI VAR? .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi .....                     Polkovnik Şahin Quliyev həbs edildi .....                     Azərbaycan diqqətli olmalıdır: .....                     “300 milyon müsəlman ayağa qalxa bilər” .....                     İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar .....                     Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır .....                     Bank of Baku-da təyinat olub .....                     “Rabitəbank”da yeni təyinat .....                     "Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" .....                     Həmin zabitə 11 il həbs verildi .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub .....                     MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub .....                     Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu .....                     "Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                 

Sabiq əməkdaşından nazirə ŞOK İTTİHAMLAR: - Rüşvətxor, qohumbaz…
Tarix: 16-05-2017, 08:57 | Çap et
Sabiq əməkdaşından nazirə ŞOK İTTİHAMLAR:
Aqrar sahədə yaranmış kritik vəziyyət təhlükə yarada biləcək səviyyəyə, sistemli böhran yaradacaq həddə çatıb. Mövcud problemlər uzun müddət həllini tapmadığından dərinləşməkdə davam edir.“Cümhuriyət” qəzeti bu sahədə yaranmış qüsurlara, nöqsanlara, üst-üstə yığılmış problemlərə Kənd Təsərrüfatı Nazirliyinin sabiq idarə rəisi Sabir Vəliyevlə cavab tapmağa çalışıb. O, Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasətlə bağlı sərt tənqidi fikirlər səsləndirib.

“Nazir kənd təsərrüfatı sahəsinə dair heç nə bilmir”

- Sabir müəllim, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri, “Agro Business Group” şirkətinin təsisçisi Əli Bayramov mətbuata açıqlamasında kənd təsərrüfatında yaranmış problemli vəziyyəti kadr çatışmamazlığı ilə izah edib. O, bildirib ki, Sabir Vəliyev kimi mütəxəssislər kənarda qaldığı halda aqrar sahəyə qeyri-peşəkar kadrlar rəhbərlik edir. Sizə, kənd təsərrüfatının inkişaf etməməsi sırf kadr problemi ilə bağlıdır, yoxsa başqa səbəb var?

- Kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin ixtisaslı kadrların çıxarıb, yerinə institutu yenicə bitirmiş maliyyəçiləri ixtisası kənd təsərrüfatına uyğun olmayan adamları nazirliyə gətirib. Burada adi şöbə müdirləri belə düzgün seçilməyib.Onların bəziləri nazirin qohumlarıdır, çoxu da rüşvətlə işə götürülüb.Bu, kənd təsərrüfatını çox böyük tənəzzülə aparır.Yəqin ki, ölkə başçısı, I vitse prezident bunları oxuyur və olanlardan xəbərdardır.Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyində rəhbər işçilərin heç biri mütəxəssis deyil. Məsələn, nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsinə dair heç nə bilmir. Müavini İlham Quliyev kiminsə yaxın adamıdır. O, tikinti işçisidir, nazirlikdə təftişi, maliyyəni ona veriblər. Onun kənd təsərrüfatından anlayışı yoxdur, ümumiyyətlə, bu sahədən başı çıxmır.Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbova 17 institut tabedir. O kənd təsərrüfatında elmi-tədqiqat aparılması işlərini nə bilir ki, elmi müşavirə keçirib, istiqamət versin? O, baytarlığın, bitki mühafizəsinin, eləcə də elmin digər sahələri üzrə alimlərə nə deyə bilər? Heç nə bilməyən mütəxəssisləri gətirib nazir müavini qoymağın mənası yoxdur.

Mən 48 il dövlət qulluğunda işləmişəm. 1973-cü ildə mərhum prezident Heydər Əliyev məcburən məni Krımdan Azərbaycana gətirdi. O vaxtlar Yalta şəhərində Ümumittifaq Üzümçülük və Şərabçılıq “Maqaraç” Elmi-Tədqiqat İnstitutunun əyani bölməsinə aspiranturaya daxil olmuşdum. Heydər Əliyevlə görüşəndə demişdim ki, Azərbaycanda mütəxəssis yetişdirmək çox çətindir.Hətta təklif etmişdim ki, xarici dövlətlərdə təhsil alanları Azərbaycana cəlb etmək lazımdır.Cəlb etdi, amma nə olsun?!Heydər Əliyev sağ olsaydı, heç vaxt İsmət Abbasovu Kənd Təsərrüfatı Naziri qoymazdı.Son illər Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində nazir olan adamlar qeyri-mütəxəssis olduğu üçün peşəkar adamları oradan uzaqlaşdırır ki, ona maneçilik törətməsin.Heydər Əsədov rəhmətlik Çingiz Fərəcovu, məni, eləcə də digər işini bilən mütəxəssisləri nazirlikdə müşavir qoya bilməzdimi?Çünki hərəsi həm istehsal, həm də emal sahəsinə dərindən bələd idilər.Bu isə gələcəkdə potensiallı yeni kadr hazırlığına təkan verərdi.

“Maliyyəçinin kənd təsərrüfatında nə işi var?”

- Hazırda kənd təsərrüfatının hansı sahələr üzrə daha çox kadr çatışmazlığı hiss olunur?

- Ümumiyyətlə, tərəvəzçilik, bitkiçilik, üzümçülük, şərabçılıq, eləcə də elmi-tədqiqat sahələrinin digər sahələri üzrə mütəxəssis yetişdirmək lazımdır. Bu sahələr sıradan çıxıb. Bu sahə üzrə təhsil alanlar da özlərinə başqa sahələrdə iş axtarırlar. Çünki kənd təsərrüfatına peşəkar adamlar rəhbərlik etmir.Maliyyəçinin kənd təsərrüfatında nə işi var?Getsin, hansısa bir şirkətin prezidenti olsun.Onların kənd təsərrüfatından xəbəri yoxdur.İlham Quliyev, Seyfəddin Talıbov, Heydər Əsədovun arxasında duranlardan soruşmaq lazımdır ki, Azərbaycanı niyə dağıdırlar?

Vaxtilə üzümçülük və şərabçılıq dövlət büdcəsinin 45 faizini təşkil edirdi.Belə bir sahəni məhv etmək lazımdırmı? Yaxınlarda dövlət başçısı Nazirlər Kabinetinin iclasında dedi ki, şərabçılıq beş dəfə artırılmalıdır. Amma necə, kim? Bu işlə məşğul olan mütəxəssis biokimya, kimya, fiziologiya elmlərini bilməlidir.“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əli Bayramovu çıxarıb yerinə fermer qoyublar.Ora rəhbər olan şəxs hər bir texnikadan xəbərdar olmalıdır, bitki mühafizəsindən məlumatlı olmalıdır.Bunların hamısı ölkə üçün önəmli bir sahədir.

Əgər Kənd Təsərrüfatı Nazirliyinə peşəkar adamlar təyin edilsə, dövlət büdcəsinin böyük hissəsini kənd təsərrüfatı məhsulları ödəyərdi.Yüngül sənayeyə yer ayırmaq lazımdır.Pambıqçılıq inkişaf etdirilməlidir, toxuculuq fabrikləri tikmək lazımdır.Həmçinin yüngül sənaye nazirliyi yaradılmalıdır ki, pambıqdan və digər bitkilərdən parça toxunsun, istehlak malları istehsal olunsun. Pambıqçılıq inkişaf etsə də, bu sahələrə bələd olmayan adam onu məhv edəcək. Hər rayonda bu sahəni bilən mütəxəssislər seçilməlidir.Yerlərdə prezidentin sərəncamı ilə kənd təsərrüfatı idarələri açılıb, amma Heydər Əsədov ora qeyri-peşəkar adamları yığıb.Yerlərdə yaradılan kənd təsərrüfatı idarələrinə mütəxəssisləri idarə rəhbəri özü təyin etməlidir.Amma ora adamları Heydər Əsədov təyin edir. Bu sahə üzrə 48 il işlədim, Heydər Əliyev heç vaxt kimi işə götürmək məsələsinə qarışmadı. O, həmişə bu prinsipdə olub ki, idarə rəhbəri özü mütəxəssis götürməlidir, özü də cavabdeh olmalıdır. Kadrlar idarəsində işə götürülənlər rüşvətdən başqa heç nə bilmir.İdarə rəislərinin hamısından 60-70 min manat pul alıblar.Ora pul verib girən adamların hamısı da peşiman olub.Əvvəllər belə şey olmamışdı.Bu, biabırçılıqdı.Belə nazirlik olmaz.

“Azər Əmiraslanovun özünə dərs keçmək lazımdır”

- Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi indiyə qədər kənd təsərrüfatı sahəsində hansı işlər görüb?

- Açığı deyirəm, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov mütəxəssis deyil. Heç bir iş də görməyib. Ümumiyyətlə, o, aqrar sahəni bilmir.Onun özünü öyrətmək, dərs keçmək lazımdır.Orada mütləq aqronom olmalıdır.Torpağın mexaniki tərkibindən başlamış emal sənayesinə qədər bütün bitkilərin istehsal və emalını bilən mütəxəssis olmalıdır.Həmçinin, bütün ticarət sisteminə nəzarət olunmalıdır.İnsanların çoxu marketlərdə olan ərzaq məhsullarının keyfiyyətsizliyindən əziyyət çəkir.Bunun hamısına Aqrar siyasət məsələləri şöbəsi nəzarət etməlidir.Yerlərə yoxlamalar göndərilməlidir.Onlarda bu funksiya olsa da, işə girişmirlər. Heydər Əliyev vaxtında Aqrar siyasət məsələləri şöbəsinin icazəsi olmadan heç kimistədiyi məhsulu istehsal edə bilməzdi. Onlar hamısına razılıq verirdi, daha sonra nəzarət olunurdu.Prezident Administasiyasında Nəzarət şöbəsi olsa da, nəzarət yoxdur. O zaman bu şöbələrin müdirləri nəyə görə bu qədər maaş alır? Ümumiyyətlə, bütün sahələrdə nəzarət sistemi olmasa, onu idarə etmək çox çətindir.Dünyanın hər yerində nəzarət formalaşıb, Azərbaycanda isə tənəzzülə gedir.Məsələ məni bu yaşımda çox narahat edir.Kənd Təsərrüfatı Nazirliyində şöbə yox, baş idarə olmalıdır.Belə qanun yoxdur.Dünyanın heç bir yerində şöbə yoxdur, ancaq departamentlər var. İdarəetmə sisteminin təkmilləşməsi haqqında yeni fərman olmalıdır.Buna Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi qarışmalıdır. Onun icazəsi olmadan yerlərdə heç kim işdən çıxarılmamalıdır. Heydər Əliyevin vaxtında kənd təsərrüfatına 11 komitə baxırdı.İndi təkcə Kənd Təsərrüfatı Nazirliyi baxır.

- Kənd təsərrüfatı sahəsi spesifik sahədir. Əvvəlki uğurunu, hətta ondan da yüksək nəticəni əldə etmək üçün ilk növbədə nədən başlamaq lazımdır?

- Yalnız kadr siyasətindən başlamaq lazımdır. Kadr düzgün yetişdiriləndən sonra kənd təsərrüfatının istehsalını əvvəlkindən də yüksək səviyyəyə çatdırmaq olar. Əvvəllər kimyəvi maddələr, gübrələr çox az idi. İndi daxildə hər şeyi nizamlamaq olar.İstehlak mallarının istehsalını əvvəlkindən də yaxşı səviyyəyə qaldırmaq olar.Hazırda meyvə-tərəvəz məhsullarının qiymətləri ərşə qalxıb.Bunların qiymətini 10 dəfə aşağı salmaq olar.Nəyə görə pomidorun qiyməti 3.50-4 manat olmalıdır?Uzaqbaşı 10-15 qəpik olmalıdır.Çünki hər yerdə bostan bitkiləri əkmək olar.Qiymətləri elə nizamlamaq olar ki, əvvəlkindən də yaxşı olar.

“150 min dollara kombayn gətirirlər. O qədər pulu bir texnikaya vermək olmaz”

- Ötən il pambıq yığımına çoxlu sayda həkimlər, müəllimlər, şagirdlər, ASAN-Xidmət və digər dövlət orqanlarında fəaliyyət göstərən işçilər cəlb edilmişdi. Rəsmi məlumatlara görə Azərbaycanda 50 min tondan çox pambıq tədarük edilib...

- 2016-cı ildə pambıq yığımında göstərilən nəticə heç bir rayonun payı deyil. Vaxtilə 1 milyon ton pambıq istehsal etmişdik.İndi MKT şirkətləri yəni, “alverçi”lər rayonlarda pambıq emalının ələ alıblar.Pambıq sənayesində emalçılar yerlərdə özləri qəbul etməlidir, hətta istehlak bazarına qədər nəzarət etməlidir.Alverçilər pambığı camaatdan ucuz götürür.Nəticədə maraq ölür, emal aşağı düşür.Ona görə də müəllimləri, həkimləri sahələrə töküb pambıq yığdılar.Bu, ayıbdır.Bizim kifayət qədər fəhlə sinfimiz var. O vaxtı Özbəkistandan xüsusi pambıqyığan maşınları gətirirdik.Dərman vururduq pambığın yarpaqlarını tökürdük.Həmin maşınlar pambığın təmiz şəkildə 90 faizini yığırdı.

Qalan 10 faizi isə işçi qüvvəsi cəlb olunaraq yığılıb təhvil verilirdi.İndi bunları etmək daha asandır.Bu gün görürük ki, Almaniyadan 150 min dollara pambıqyığan texnika gətirirlər. O qədər pulu bir texnikaya vermək olmaz. Bu, Heydər Əsədovun öz uydurmasıdır ki, o pulu “yesin”.Texnikanın öz qiymətini ödəyib yarısını “yeyirlər”.Problem ondadır ki, buna da nəzarət yoxdur.Adam göndərib yerində həmin texnikanın qiymətini öyrənmək lazımdır.Bu qədər vəsaiti dağıtmaq olmaz.Çindən Azərbaycana tut tingi gətiriblər.Ölkənin istənilən regionunda tut ağacının tingini əksən, bitəcək.Bunun üçün dövlət büdcəsindən o qədər vəsait ödəmək düzgün deyil.

- Sabir müəllim, uzun müddət kənd təsərrüfatının müxtəlif sahələri üzrə rəhbər vəzifələrdə çalışmısız. Dövlət mükafatları, fəxri-fərmanlarla təltif olunmusuz, bu gün də təqaüddəsiz.Sizcə, bu gün təqaüdə çıxanlara lazımi diqqət və qayğı göstərilirmi?Yəni, keçmiş ənənələr davam etdirilirmi?

- Adətən, pensiyaya çıxanları nazir qəbul edib təşəkkür etməlidir. Amma kənd təsərrüfatında 48 il işləyən adamları pensiyaya göndərəndə Heydər Əsədov gəlmədi. Əvəzində İlham Quliyevi göndərib bizi pensiyaya yola salırdı.İlham Quliyev kimdir ki, peşəkar adamları təqaüdə göndərsin?Dünyanın dörd bir yanından yaşıdlarım zəng vurub təqaüdə çaxmağımızı təəccüblə qarşılayırdı.Bu, Azərbaycan üçün biabırçılıqdır.Əvvəllər insanları pensiyaya göndərəndə təbrik edirdilər, təntənəli iclas keçirirdilər. O vaxtı “Şərəf nişanı” ordeni və “Əmək şöhrəti” medalı ilə təltif olunmuşam, “Əməkdar Kənd Təsərrüfatı işçisi” fəxri adı almışam. Bir sıra beynəlxalq fəxri adlara layiq görülmüşəm.

Amma indi laqeydlik var. Təqaüdə çıxmış insanları qiymətləndirmək Azərbaycan kimi ölkə üçün nədir ki?Təcrübəli mütəxəssislərə qiymət verilməyəndə gələcək nəslin dövlətə qarşı inamı da itir.Bunların hamısı prezidentin üzərinə düşməməlidir.Bunun üçün kifayət qədər şöbələr, qurumlar var. Uzun müddət dövlət qulluğunda gecəsini gündüzünə qatıb çalışan insanlara prezident təqaüdü verilməyəndə kimə verilməlidir?Prezident təqaüdünü təkcə artistlər, müğənnilərmi almalıdır?Bizə verilən pulla nə müalicə etdirmək, nə də istirahətə getmək olur.İnsan ona qiymət verilməyəndə onun yaşamağının heç bir əhəmiyyəti olmur.Heç kəsə inam qalmır.Bu zaman da vətənpərvərlik olmaz.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən hər gün atasızlığı hiss edirəm..."
Bu gün, 00:17
"Qayınanadan ayrı yaşamaq gözəldir"
Bu gün, 00:13
Gizlənən məktəb direktoru görün, NƏ DEDİ... - AÇIQLAMA
Bu gün, 00:06
Lavrov İrəvanda Paşinyana ultimatum verib: - Rusiya Ermənistanın “kupça”sını istəyir
Dünən, 19:08
Sarkisyanı məhkəmədə sıxırlar
Dünən, 18:24
Paşinyan Lavrovla görüşüb
Dünən, 18:13
Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir? - GƏLİŞMƏ
Dünən, 18:11
“Arkoz Qazax Sement Zavodu”nun dövlətə 5 milyon manata yaxın vergi borcu var
Dünən, 18:08
Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib? - AKTUAL
Dünən, 18:02
"JEK" 31 ədəd qaloş alır
Dünən, 17:54
"Evimin təmirinə 100 min pul qoymuşam"
Dünən, 17:51
201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb - AÇIQLAMA
Dünən, 17:44
Əmisi tərəfindən məhkəməyə verilən məşhur iş adamının şirkətləri ləğv olunur - TƏFƏRRÜAT
Dünən, 17:41
Azərbaycanın daşınmaz əmlak bazarındakı bahalaşma səngiyəcəkmi? - ARAŞDIRMA
Dünən, 17:36
Sizi DAYANDIRANMI VAR? - AKTUAL
Dünən, 17:32
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi - Kapitan Novruzluya ağır cəza verildi
Dünən, 17:27
Polkovnik Şahin Quliyev həbs edildi
Dünən, 17:24
Azərbaycan diqqətli olmalıdır: - Lavrovla Mirzoyanın görüşü erməni əsilli iki nazirin görüşü təəssüratı yaradır
Dünən, 16:05
“300 milyon müsəlman ayağa qalxa bilər” – Bu ölkə ilə bağlı kritik qərar
Dünən, 16:02
İçməyənlər də bu həftə “vurmağa” başlayacaqlar – ŞƏRHLİ
Dünən, 16:00
Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
Dünən, 15:54
Bank of Baku-da təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:49
“Rabitəbank”da yeni təyinat - FOTO
Dünən, 15:44
"Ərim məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı" - TƏFƏRRÜAT
Dünən, 15:37
Həmin zabitə 11 il həbs verildi
Dünən, 15:33
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olunub
Dünən, 15:26
MN-nin 400 min manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən maliyyə xidmət rəisinə hökm oxunub
Dünən, 15:24
Müharibə iştirakçısı medalı alan müğənni qazidən şikayətçi oldu - QALMAQAL BÖYÜDÜ
Dünən, 13:04
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Dünən, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Dünən, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Dünən, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Dünən, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Dünən, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Dünən, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Dünən, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Dünən, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Dünən, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Dünən, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Dünən, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Dünən, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Dünən, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Dünən, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Dünən, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Dünən, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Dünən, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Dünən, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru