Britaniya Ukraynaya kontingent göndərə bilmir .....                     "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." .....                     Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı .....                     Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib .....                     Avropa lider böhranı ilə üzləşib .....                     İrəvanda ilk Azərbaycan səfiri .....                     Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar .....                     Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı .....                     Dövlət Xidməti 6 milyon manata nələr alır? .....                     Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib .....                     Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib .....                     Kremlin soyuq müharibəsinin yeni dalğası: .....                     "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib .....                     Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb .....                     Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm .....                     Adəm Məmmədovun vəkilliyinə xitam verildi .....                     Ermənistanda köhnələr HOQQA VERİR .....                     Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib .....                     Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub .....                     Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı .....                     "Vasmoy" bazarında .....                     Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib .....                     Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir .....                     "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                     “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır .....                     “Kontakt Home”dan şikayətlər səngimir .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin .....                     Anam etsəydi, Prezidentə müraciət etməzdim .....                     “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? .....                     38 dərəcə isti olacağı gözlənilir .....                     Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi .....                     Saç ustası liposaksiya əməliyyatını necə edir? .....                     "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" .....                     Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi .....                     Qod Nisanovun övladının şad gününə onlar da qatılıb .....                     Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA .....                     London Zelenskini devirməyə çalışır? .....                     Tramp Ermənistanı “Albaniya” adlandırdı .....                     Mandatını və partiyasını qızına miras qoyan ATA .....                 

Onlar üçün də yolun sonu görünür... - Gəlişmə
Tarix: 5-05-2017, 09:07 | Çap et
Onlar üçün də yolun sonu görünür...
Gündəmi zəbt edən məhkəmə işləri - “MTN işi” və “Rabitə işi”ndə son günlər çox ilginc ifadələr ortaya çıxıb. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun komandasının əsas üzvlərindən olmuş, Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişən polkovnik İlqar Əliyevin ibtidai istintaqa ifadəsini əsas götürüb onun eks-şefini sakitcə həbsə yollaya bilərlər.

İ.Əliyevin ifadəsində çox ilginc məqamlar var. İş adamı Maqsud Mahmudovun başına gətirilən müsibətlərin təfərrüatlarını İ.Əliyev istintaqçılara deyibmiş.

İ.Əliyev ifadəsində Maqsud Mahmudovun haqlı olduğunu deyib. Bildirib ki, Eldar Mahmudov Tərlan adlı şəxs barəsində ittihamedici material toplamaqları barədə idarə rəisi Elçin Quliyevə şifahi göstəriş verib. Elçin Quliyev də bu məsələ ilə məşğul olmağı ona tapşırıb: “Mən də Tərlanın istifadəsində olan telefon danışıqlarına dair məlumatları əldə edərkən, onun Mark Şamilov adlı şəxslə konfliktinin olduğunu müəyyən etdim. Bundan sonra Markı nazirliyə dəvət etdik və Tərlanın qanunsuz əməlləri barədə məlumat aldıq. Bu barədə nazirə məruzə edildi. Daha sonra Tərlan Bakı Şəhər Prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək köməklik etməsini xahiş etdi. Bununla bağlı Mark ərizə yazdı. Daha sonra Elçin Quliyevə məruzə edərək razılığını aldıqdan sonra Maqsud Mahmudovu MTN-ə dəvət etməsini Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyevə tapşırdım”.

İ.Əliyevin ifadəsinə görə, M.Mahmudov MTN-ə çağırılıb və ondan 200 min dollar tələb olunub. Bu məbləğin ondan alınmasını isə nazir Eldar Mahmudov tapşırıbmış. İ.Əliyev ifadəsində bildirib ki, bir qədər sonra Azər yenidən gələrək Maqsudun 150 min ABŞ dollarından artıq pul verə bilməyəcəyini deyib: “Mən də Elçin Quliyevin yanına gedərək bu barədə məruzə etdim. Elçin Quliyev də mənim yanımda sabiq nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min ABŞ dolları verə biləcəyini bildirdi. Eldar Mahmudov da razılıq verərək, Maqsudun MTN-dən çıxmasına icazə verdi. Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirərək Azərə verdi. Eldar Mahmudov isə həmin puldan 70 min ABŞ dollarının köməkçisi Vüqar Mahmudova verməsini, qalan 50 min dolları isə baş idarə daxilində bölməsini istəyib. Elçin Quliyev də 70 min ABŞ dollarını Vüqar Mahmudova göndərdi, 20 min ABŞ dollarını özü götürdü, 10 min ABŞ dollarını mənə verdi, 10 min ABŞ dollarını bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova verdi, 10 min ABŞ dollarını isə ərizəçi Mark Şamilova verdilər”.

Bu ifadəni vermiş İ.Əliyev dünyasını dəyişsə də, onun iştirakı ilə iş adamına qarşı törədilmiş cinayətin təfərrüatları, iştirakçıları haqda müfəssəl məlumatlar ortalıqdadır. İfadənin indiki zamanda yayılmasını da təsadüf hesab etmək olmaz. Belə görünür ki, hakimiyyət MTN-dəki qəfil yoxlamalar və sonrakı həbslərin toz-tozanağının çəkilməsini, suların durulmasını səbirlə gözləyib. Artıq həbslərin gerçəkləşməsi üçün məqam yetişib.

Bu baxımdan, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikirləri də əhəmiyyətlidir. Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən konfransda Ə.Həsənov keçmiş MTN-çiləri sərt tənqid edib. Eldar Mahmudovu və onun komanda üzvlərini nəzərdə tutaraq deyib: “Azərbaycanın təhlükəsizlik sistemini gözdən salan sizin bəzi keçmiş sələfləriniz ziyalı ailələrində dünyaya gəlsələrsə də, nə peşəkar çekistə çevrilə, nə də milli ziyalıların sırasına qoşula bilmədilər”.

Belə görünür ki, hakimiyyət daxilində E.Mahmudovun, onun kimi cinayətə bulaşmış digər məmurların birdəfəlik cəzalandırılması üçün ciddi hazırlıq prosesi yekunlaşmaq üzrədir.

“Rabitə işi”ndə də çox ilginc ifadələr verilməkdədir. Heç bir cinayət törətmədiyini, amma ictimaiyyətdə cinayətkar kimi göstərildiyini söyləyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov günahının verilən tapşırıqları icra etməsi olduğunu diqqətə çatdırıb.

“Belə ki, mənə verilən tapşırıqları yerinə yetirmişəm. Çünki bunu dövlət üçün etmişəm. Buna görə Allah günahımdan keçsin. Dəymiş ziyanı ödəmək istədim, lakin buna imkan vermədilər. Hazırda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu işlərdə daha çox günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək, keçmiş nazir Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Əli Abbasovun yerinə keçmək istəyən İltimas Məmmədov niyə həbs edilməyib? Ən azından o, məhkəmədə gəlib şahid qismində ifadə verməli idi. Çünki pulların çoxu ona çatmışdı”.
V.Zeynalov İ.Məmmədovun ondan daha artıq “paket” aldığını, qanunsuz fəaliyyət göstərmiş Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB), “AzİnTelecom” “Azərpoçt” MMC-nin və çoxsaylı digər böyük gəlir gətirən qurumlara kuratorluq etdiyini açıqlamaqla faktiki olaraq onun həbsinə yol açan ifadə verib. Deyib ki, İ.Məmmədovun baş verən yeyintilərdən xəbərsiz olması mümkünsüzdür. O baxımdan ki, “Azərpoçt” MMC-nin İdarə Heyəti Müşahidə Şurasının sədri İltimas Məmmədov olub.
V.Zeynalov bildirib ki, İ.Məmmədov ondan 2 dəfə artıq “paket” alıb, 3 dəfə ondan çox məsul vəzifəsi olub. Tapşırıq yerinə yetirən şəxs kimi onu həbs ediblərsə, müstəqil qərar verən, böyük yeyintilərə yol verən İltimas Məmmədov niyə həbsdə deyil?

“Rabitə işi” aylardır ki, davam edir. Ötən müddətdə araşdırılması gərəkən bir xeyli korrupsiya faktları ortaya çıxıb. İndi isə həmin korrupsiya əməllərinin başında dayananlardan biri İ.Məmmədovun adı çəkilir. Mümkündür ki, bu faktların da ortaya çıxması hakimiyyətin planlarının tərkib hissəsidir. Yaxınlarda iki iri məmurun - Eldar Mahmudovla İltimas Məmmədovun həbsinə şahidlik edə bilərik.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Dünən, 17:12
Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Dünən, 17:07
Ermənistanda köhnələr HOQQA VERİR
Dünən, 16:07
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Dünən, 15:51
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Dünən, 15:46
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Dünən, 15:44
"Vasmoy" bazarında ÖLÜM
Dünən, 15:39
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Dünən, 15:32
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Dünən, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Dünən, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Dünən, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Dünən, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Dünən, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Dünən, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Dünən, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Dünən, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Dünən, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Dünən, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Dünən, 12:11
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Dünən, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Dünən, 12:00
London Zelenskini devirməyə çalışır? - KİV
Dünən, 11:58
Tramp Ermənistanı “Albaniya” adlandırdı
Dünən, 11:56
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Dünən, 11:54
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Dünən, 11:52
Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:38
Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Dünən, 11:36
Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Dünən, 11:30
“Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Dünən, 11:24
Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:21
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Dünən, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Dünən, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Dünən, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Dünən, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru