“Chevrolet” şirkəti müştərisini “oyuna salıb” - "...pullarımı qaytarmır"
Tarix: 20-04-2017, 09:37 | Çap et
 Son illər banklarla müştəriləri, bəzi şirkətlərlə ayrı–ayrı şəxslər arasında yaşanan qalmaqallar, uzanan məhkəmə çəkişmələri və s. nəinki əksər mətbu nəşrlərin, hətta televiziya kanallarının da gündəmini zəbt edən mövzulardan birinə çevrilməkdədir. Belə bir problemlər haqda az-çox araşdırmalar apardıqda o da bəlli olur ki, yaşanan olayların əmələ gəlməsində hansısa tərəfin birbaşa günahı olmur. Bəzən də elə hallar olur ki, bank tərəfi, yaxud da şirkətlər üzərinə düşən öhdəlik prinsipləri lazımınca yerinə yetirmədiyindən, son anda tərəflər arasında qarşıdurmalar da əmələ gəlir. Məsələn, bir neçə gün bundan öncə Goranboy rayonu Qazanbulaq qəsəbə sakini Kərimov Səbuhi Füzuli oğlu, “Gündəm Xəbər”ə ünvanladığı müraciətində qeyd edir ki, “mən 2015-ci ilin dekabr ayında “Chevrolet” şirkətindən 2265 manat ilkin ödəniş etməklə, hər ay da 370 manat ödəmək şərtilə üç il müddətinə, dövlət nömrə nişanı 99-AU-975 olan “AEVO” markalı nəqliyyat vasitəsini kreditə götürdüm. 2016-cı ilin noyabr ayına kimi müəyyən hallarda gecikmələr olsa da, üstüstə 2200 manat kredit pul da ödədim. Nəqliyyat vasitəsini kreditə götürdükdən sonra, onun nömrəsini almağa 300 manat xərcim də çıxdı. Ötən ilin başlanğıcından manatın devolvasiyaya uğraması, şəxsi həyatımda əmələ gələn müəyyən çətinliklər səbəbindən, aylıq kreditimi heç cür ödəyə bilmədim. Müəyyən gecikmələr əmələ gəldiyindən “Chevrolet” şirkətinin əməkdaşı Araz adlı şəxs mənə zəng edərək “kreditini ödəyə bilmirsənsə maşını gətir sataq və sənin pullarını qaytaraq” desə də, mən onun təklifinə razı olmadım. Qarşı tərəfin etdiyi telefon zəngindən sonra qohum-əqrəbadan pul axtarmağ başladım ki, gecikmiş kredit borclarımı ödəyə bilim. Təəssüflər olsun ki, həmin günlərdə az məbləğdə pul tapa bildim ki, bu da kecikmiş borclarımı ödəməyə imkan vermədi. Mənim qarşı tərəflə telefon danışığımdan bir neçə gün sonra, təqribən 15-20 gün bundan öncə Araz adlı şəxs bir neçə şəxslə, müvəqqəti yaşadığım Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ev-65, mən-54 ünvana gələrək, kreditə götürdüyüm “Chevrolet”i gecə saat 3-4 radələrində aparır. Onu da vurğulayım ki, nəqliyyat vasitəsinin aparılması üçün ortada hər hansı məhkəmə qərarı olmayıb. Belə bir addımın atılması da, olduqca ciddi qanun pozuntusu olur. Hətta əldə etdiyim şifahi məlumatlara görə, avtomobilimi aparan şəxslər çox keçmir ki, onu başqa bir şəxsə də satırlar. İndi şirəkətin əməkdaşı Araz adlı şəxs vaxtilə verdiyi vədinə əməl etmir və pullarımı da qaytarmır. İndi mən nə etməliyəm, onu bilmirəm? Belə olan halda üstüstə verdiyim 5165 manat pulum da batır. Axı, mən imkansız şəxsəm, bu gün güc-bəla ilə dolanışığımı birtəhər təmin edirəm”. Səbuhi Kərimovun “Gündəm Xəbər”ə ünvanladığı müraciətini əsas tutaraq, üç-dörd gün bundan öncə “Chevrolet” şirkətinin əməkdaşı Araz adlı şəxslə əlaqə saxladıq ki, problemlərin varlığına münasibətini öyrənə bilək. Düzdür, o, telefon zəngimizə cavab verdi və “mən şirkətdə işləyirəm, amma Səbuhi Kərimov adlı şəxsi tanımıram” dedi. Onun belə bir cavabı, bu gün də bizi düşündürməkdədir. Çünki, şikayətçi şəxsin bildirdiyinə görə o, dəfələrlə Araz adlı şəxslə danışıb və kredit ödənişləri, yaxud da digər məsələlərlə bağlı müzakirələr də aparıblar. Bu da onu söyləməyə əsas verir ki, qarşı tərəfin “mən şirkətdə işləyirəm, amma Səbuhi Kərimov adlı şəxsi tanımıram” cavabı, olduqca ciddi şübhələrə yol açır. Odur ki, bir mətbu orqan olaraq yaşanan problemin varlığını diqqətdə saxlayıb, müəyyən araşdırmalarımızı da aparacağıq. Çalışacağıq ki, növbəti saylarımızda daha ətraflı açıqlamalarla çıxış edək. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24 |
|
|
|
• Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21 |
|
|
|
• Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15 |
|
|
|
• Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08 |
|
|
|
• Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54 |
|
|
|
• Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52 |
|
|
|
• Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49 |
|
|
|
• Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47 |
|
|
|
• Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38 |
|
|
|
• Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26 |
|
|
|
• “Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24 |
|
|
|
• Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14 |
|
|
|
• ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24 |
|
|
|
• "1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22 |
|
|
|
• "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16 |
|
|
|
• Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01 |
|
|
|
• Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44 |
|
|
|
• Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40 |
|
|
|
• Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35 |
|
|
|
• Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34 |
|
|
|
• Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31 |
|
|
|
• Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29 |
|
|
|
• Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27 |
|
|
|
• "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24 |
|
|
|
• Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20 |
|
|
|
• Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17 |
|
|
|
• Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11 |
|
|
|
• İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09 |
|
|
|
• Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06 |
|
|
|
• Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02 |
|
|
|
• Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00 |
|
|
|
• Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56 |
|
|
|
• Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53 |
|
|
|
• Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51 |
|
|
|
• "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50 |
|
|
|
• Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16 |
|
|
|
• Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Dünən, 17:12 |
|
|
|
• Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Dünən, 17:07 |
|
|
|
• Ermənistanda köhnələr HOQQA VERİR
Dünən, 16:07 |
|
|
|
• Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Dünən, 15:51 |
|
|
|
• Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Dünən, 15:46 |
|
|
|
• Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Dünən, 15:44 |
|
|
|
• "Vasmoy" bazarında ÖLÜM
Dünən, 15:39 |
|
|
|
• Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Dünən, 13:02 |
|
|
|
• "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Dünən, 12:58 |
|
|
|
• “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Dünən, 12:57 |
|
|
|
|