"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." .....                     Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı .....                     Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib .....                     Avropa lider böhranı ilə üzləşib .....                     İrəvanda ilk Azərbaycan səfiri .....                     Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar .....                     Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı .....                     Dövlət Xidməti 6 milyon manata nələr alır? .....                     Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib .....                     Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib .....                     Kremlin soyuq müharibəsinin yeni dalğası: .....                     "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib .....                     Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb .....                     Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm .....                     Adəm Məmmədovun vəkilliyinə xitam verildi .....                     Ermənistanda köhnələr HOQQA VERİR .....                     Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib .....                     Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub .....                     Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı .....                     "Vasmoy" bazarında .....                     Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib .....                     Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir .....                     "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                     “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır .....                     “Kontakt Home”dan şikayətlər səngimir .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin .....                     Anam etsəydi, Prezidentə müraciət etməzdim .....                     “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? .....                     38 dərəcə isti olacağı gözlənilir .....                     Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi .....                     Saç ustası liposaksiya əməliyyatını necə edir? .....                     "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" .....                     Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi .....                     Qod Nisanovun övladının şad gününə onlar da qatılıb .....                     Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA .....                     London Zelenskini devirməyə çalışır? .....                     Tramp Ermənistanı “Albaniya” adlandırdı .....                     Mandatını və partiyasını qızına miras qoyan ATA .....                     İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb .....                 

İki icra başçısının başı dərddə - adları...
Tarix: 19-04-2017, 08:56 | Çap et
İki icra başçısının başı dərddə
Aprelin 15-də prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisinin dayandırılması ölkə gündəmin əsas müzakirə edilən mövzularından biridir.

Xatırladaq ki, tikinti “A-3 Sənaye Tikinti Korporasiyası” adlanan MMC tərəfindən başlanılıb. Şirkəti mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Bu, ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev sərt reaksiya göstərib, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Rəsmi məlumata görə, ağacların qanunsuz kəsilməsi ilə bağlı şirkətə ümumilikdə 130 min 760 manat cərimə kəsilib.

Məlum olub ki, şirkət “Ovçular evi”nin ərazisində tikintinin icazəsini Bakı Şəhər İcra Hakimiyyətindən alıb. Hazırda “Ovçular evi” İctimai Birliyinin ərazisində qalan 27 ağacın mühafizəsinin təmin edilməsi üçün “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-yə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb.

İddialara görə, ərazidə Milli Məclisin deputatları üçün “Böyük Plaza” adlı yaşayış kompleksi, o cümlədən biznes-ticarət mərkəzinin inşa edilməsi planlaşdırılıbmış.

İndi əsas diqqətlər tikintiyə icazə vermiş Bakı meri Hacıbala Abutalıbova və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin sonrakı taleyinə yönəlib. Çünki bu qanunsuz əməllərdə əsas məsuliyyət əsasən onların üzərinə düşür.

Prezident 2015-ci ildə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiq edib. Məcəlləyə edilən dəyişikliyə əsasən, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərməlidir. Həmin sorğuya 15 gün müddətində rəy bildirilməlidir.

Qanuna görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir.

Şəhərsalma və Tikinti Məcəlləsində icazə verən orqan “müvafiq icra hakimiyyəti” adı altında ümumiləşdirilsə də, aydındır ki, bu cür iri bir tikintinin icazəsi üçün BŞİH başçısının imzası mütləqdir. Məsələn, bir neçə ay əvvəl elə “Ovçular evi”nin bir addımlığında yerləşən Bakı Dövlət Universitetinin tələbələri üçün yataqxana tikintisinə də icazəni H.Abutalıbov imzalamışdı. Qanunda verdiyimiz qısa sitatlar və prezidentin tikintinin dayandırılması barədə qərarı da onu təsdiqləyir ki, müvafiq icra orqanları qanunun tələblərini heçə sayıb. Burada digər tikintiyə məsul qurumların da məsuliyyəti var ki, şübhəsiz, onların da “başı ağrıyacaq”.

Virtualaz.org tikinti aparan şirkətin Adəm İsmayılov adlı deputata məxsus olduğunu yazsa da, hazırda Milli Məclisin tərkibində belə bir şəxs yoxdur. Bizim araşdırmaya görə, A.İsmayılov deputat yox, 2015-ci ildə deputatlığa namizəd olub.

Ölkə mətbuatında hələ Bakıda “tikinti bumu” vaxtı belə xəbərlər vardı ki, 10-16 mərtəbəli bina üçün ən azı 500 min manat rüşvət vermək tələb olunur. Bakıda böyük binaların tikintisi məhdudlaşdırıldığından indi bu “şirinlik” yəqin ki, iki dəfə artıb. Bina deputatlar üçün nəzərdə tutulduğundan ola bilsin ki, müvafiq icazə üçün rüşvət tələb olunmayıb. Amma nəzərə alsaq ki, burada təkcə yaşayış binası deyil, həm də ticarət obyektlərinin tikilməsi də planlaşdırılıb, o halda şübhələr üçün əsas yaranır.

İddialar var ki, tikinti üçün icazə verilməsinin məsuliyyətini 2006-cı ilin sentyabrından hal-hazıra kimi Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan İbrahim Mehdiyevin üzərinə qoymaq istəyirlər. Çünki şirkət cərimələnsə də, ortada cinayət işi, prezidentin iradəsi var.

Son aylar Yasamaldakı söküntü işləri ilə bağlı İbrahim Mehdiyev tez-tez hədəfə çıxır. Mikayıl Müşfiqin heykəlinin sökülməsindən sonra yaranmış qalmaqalı xatırlamaq kifayətdir. İ.Mehdiyev “Sovetski” dəki “Hacı Cavad” məscidin sökülməsi ilə bağlı da narazılığın əsas fiquru idi. İndi isə ortaya daha bir ciddi qanunsuzluq çıxıb...

H.Abutalibovun Bakının icra başçısı vəzifəsindən tezliklə çıxarılacağı barədə çox yazılsa da, o, paytaxtda hələ ki söz sahibi olaraq qalır. Amma ondan da İ.Mehdiyev kimi narazılıq kifayət qədərdir...

Prezident cidd-cəhdlə ölkə iqtisadiyyatında dönüş yaratmaq üçün çalışdığı bir vaxtda bəzi məmurların “qaşınmayan yerdən qan çıxarması” və əhalidə narazılıq yaratması ümumi siyasətə tam ziddir. Təsadüfi deyil ki, son bir həftədə prezident İlham Əliyev iki dəfə-həm “Hacı Cavad”, həm də “Ovçular evi” ilə bağlı yaranmış məsələyə şəxsən müdaxilə etməli olub, hər iki halda əhalini narazı salan söküntü işlərini dayandırmaq barədə göstəriş verib.
“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Dünən, 17:12
Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Dünən, 17:07
Ermənistanda köhnələr HOQQA VERİR
Dünən, 16:07
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Dünən, 15:51
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Dünən, 15:46
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Dünən, 15:44
"Vasmoy" bazarında ÖLÜM
Dünən, 15:39
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Dünən, 15:32
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Dünən, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Dünən, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Dünən, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Dünən, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Dünən, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Dünən, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Dünən, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Dünən, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Dünən, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Dünən, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Dünən, 12:11
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Dünən, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Dünən, 12:00
London Zelenskini devirməyə çalışır? - KİV
Dünən, 11:58
Tramp Ermənistanı “Albaniya” adlandırdı
Dünən, 11:56
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Dünən, 11:54
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Dünən, 11:52
Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:38
Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Dünən, 11:36
Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Dünən, 11:30
“Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Dünən, 11:24
Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:21
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Dünən, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Dünən, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Dünən, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Dünən, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Dünən, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru