“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” .....                     Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib .....                     Ermənistandan Araz çayı ilə bağlı şok qərar .....                     “PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub .....                     Erməni lobbisi dinc dayanmır: .....                     “Çakır” Milli Məclis deputatı ola bilər? .....                     Sülh istəyirsənsə, müharibəyə hazırlaş .....                     Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək .....                     "İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." .....                     “Mənə 6000 maaş veriləcəyini dedi” .....                     Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri .....                     Tahir Qədəşovun vəziyyəti qəlizləşdi .....                     TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu .....                     Köçəryanla bağlı ŞOK İDDİA .....                     Qadın müəllim başçı müavini oldu .....                     Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub .....                     “Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” .....                     Azərbaycanda regional maliyyə idarələri yaradılıb .....                     Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat .....                     ADY-də yeni sədr müavini təyin edilib .....                     ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR .....                     Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb .....                     Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu .....                     "2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" .....                     "Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Bəstəkarlar süni intellektə QARŞI .....                     Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır .....                     Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat .....                     Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? .....                     “Azparking”in yeni PUL TƏLƏSİ: .....                     Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı .....                     İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? .....                     Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? .....                     Nazir müavini üçün .....                     Hansı partiya birincidir? .....                     Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı .....                     Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı .....                     Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib .....                 

Milyonluq sürət qatarları kimə həvalə olunub? - İTTİHAM VAR
Tarix: 28-03-2017, 09:14 | Çap et
Milyonluq sürət qatarları kimə həvalə olunub?
Dünən Bakı-Sumqayıt sürət qatarının gecikməsi ilə bağlı yayılan məlumat hamının təəccübünə səbəb oldu. Avtomatik olaraq, ağıla bu sual gəldi: məgər, dövlət xərc çəkib sürət qatarını geçikmək üçün alıb?
Az keçmədi ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti adından yayılan açıqlamada gecikməyə səbəb kimi qatar yolundakı elektrik xəttində yaranan problem göstərildi: “Keşlə stansiyası ərazisində elektrik xəttində qəfil problem yaranıb. Nəticədə Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatar 40 dəqiqə gecikmə ilə hərəkət edib. Xətdəki nasazlıq aradan qaldırılıb və qatar mənzil başına çatıb. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, normal qrafiklə hərəkət davam etdirilir”.
Baş verən bu hadisə Azinforum.az olaraq iki il əvvəl xarici ölkələrin birindən bahalı qiymətə alınan və Bakı-Sumqayıt istiqamətində işləyən qatarlarla bağlı müəyyən araşdırma aparmağa vadar etdi.
Elə bu istiqamətdə apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, sözügedən qatarlara göstərilən texniki xidmət heç də ürəkaçan səviyyədə deyil.
Məlumat üçün bildirək ki, İsveçrə istehsalı olan ikimərtəbəli sürət qatarları “Stadler” firmasına məxsus “KİSS” markası kimi tanınır və onlara bütün cavabdehliyi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəhbəri Elyar Muradov daşıyır.

Milyonluq sürət qatarları kimə həvalə olunub?
Foto – Elyar Muradov

Azinforum.az olaraq bildiririk ki, Sumqayıt-Bakı və əks istiqamətdə işləyən sürət qatarı həm də
“EŞ-2” adı ilə tanınır. Bu qatarlar Azərbaycanda 2015-ci ilin sentyabr ayının 15-dən istismar olunmağa başlayıb. Hazırda Elyar Muradovun tabeçiliyində 5 belə qatar var. Onlardan əvvəl 3-ü, sonrakı etapda isə 2-si istismar olunmağa başlayıb. Dəyəri 10 milyon avro civarında ölçülən belə komplektasiyada olan qatarlar dünyanın çox az sayda ölkəsində xəttə buraxılıb. Belə ölkələr sırasında Azərbaycan, Gürcüstan və Rusiyanın adlarını çəkə bilərik. Şimal qonşumuz olan Rusiya hələ ki, bu qatarları tam istismara buraxmayıb, onları “obkatka” edir. Aydındır ki, bu cür bahalı qatarlara yaxşı texniki xidmət göstərilməlidir. Elə bu məqsədlə də qatarlar Azərbaycana gətiriləndən sonra, onlara texniki xidmət göstərmək üçün xüsusi bir qrup yaradılıb. Əvvəllər bu qurumda sırf professionallar təmsil olunsa da, hazırda vəziyyət bir qədər başqadır. Bu da onunla bağlıdır ki, deyilən yerdə əmək haqqı 1000 manat civarında olduğu səbəbindən, bəzi vəzifəli şəxslər hətta dəmir yol və elektik qatarları barədə elementar anlayışları olmayan doğmalarını həmin heyətin içinə zorla qatmaq istəyir. Məsələn, sırf bu sahəni kurasiya edən Elyar Muradovun müavini Hikmət Məmmədov belə bir arzusunu reallaşdıra bilib. Belə ki, o, Orxan Məmmədov adlı kürəkənini texniki servis mərkəzindəki tərkibə sala bilib. Bildirilir ki, Orxan Məmmədovun işi boş-boşuna vaxt keçirməkdən ibarətdi, hətta iş vaxtı əyninə lazım olan uniformanı belə geyinmir.
Hazırda qatarlara texniki xidmət göstərən servis mərkəzində 7 nəfər çalışır. Görün, vəziyyət nə həddə çatıb ki, texniki servis mərkəzinin instruktoru Kərimov Fikrətə edilən təzyiqlər nəticəsində o, işçilərə lazım olan təlimatları keçə bilmir. Səbəb də bundan ibarətdir ki, işinin professionalı olan Fikrət Kərimov rəhbərliyin verdiyi heç bir qeyri-rəsmi göstərişlərə əməl etmir. Nə qədər təəccüblü olsa da, hazırda işçilərə təlimat keçmək səlahiyyəti dəmir yol işindən tamamilə uzaq adam olan, həndbol idmanı üzrə “idman ustası” fəxri adını daşıyan Axundova Fidana tapşırılıb.

Milyonluq sürət qatarları kimə həvalə olunub?

Qeyd edilir ki, dövlətin vəsaiti hesabına alınan bu bahalı qatarlara çox bərbad səviyyədə texniki xidmət göstərilir. Misal üçün bildirək ki, hər qatarda sıxılmış havanı hasil etmək üçün 4 ədəd kompressor quraşdırılıb. Həmin qurğunun normal işləməsi üçün yağı 2200 saatdan bir və ya ildə bir dəfə dəyişdirilməlidir. “EŞ-2 003” qatarının kompressorunun yağları xeyli geçikdirilib. Bunun da nəticəsində həmin qatarın hava sistemi yağ ilə dolub. Bu da ehtiyat hissələrinin tez bir zamanda sıradan çıxmasına səbəb olur. Belə olan təqdirdə Elyar Muradovun işçiləri həmin nasazlıqları zavod xətası kimi sənədləşdirir. Sözügedən qatarlar eyni zamanda bahalı kondisioner qurğuları ilə təchiz edilib. Bakının küləkli şəhər olduğunu nəzərə alsaq, onda bilməliyik ki, həmin kondisionerlərin filtirləri ayda bir dəfə dəyişdirilməlidir. Ancaq birinin dəyəri 12 avro olan filtirlər yalnız bir dəfə 2015-ci ildə dəyişdirilib.
Digər bir faktda göstərilir ki, “EŞ-2 003” qatarının ön şüşəsinin çatını təmir etmək üçün kənardan gətirilən ustaya cəmi 100 manat verilib, ancaq muhasibatlığı hesabatında bu 1100 manat kimi göstərilib. Fəhlələrin vaqonların üstündə işləməsi üçün nəzərdə tutulan təhlükəsizlik kəmərlərinin də qiyməti bazarda 25-30 manat olduğu halda, 150 manat kimi göstərilir.
Qatarlar Azərbaycana yeni gələndə kontakt şəbəkəsində olan nasazlığa görə 6 ədəd cərayan qəbuledicisi sıradan çıxıb. Bunun da səbəbi cərayan qəbuledicilərdəki qoruyucu boruların Məmmədov Hikmətin göstərişinə əsasən lazımi miqdardan çox sıxılması olub.

Milyonluq sürət qatarları kimə həvalə olunub?

Dövətimizin vəsaiti hesabına alınan qatarlara bəslənən laqeyd və səhlənkar münasibət yalnız bu faktlarla bitmir. Müəyyən araşdırmalardan sonra bu mövzu ilə bağlı daha ətraflı məlumat verməyə çalışacayıq.
İnsafən bir faktı da qeyd edək ki, Cavid Qurbanov bu sahəyə rəhbər təyin edildikdən sonra, Bakı Dəmir Yol Vağzalı əsaslı şəkildə təmir edilərək ən müasir dünya standartlarına cavab verəcək vəziyyətə salınıb. Çox güman ki, Cavid Qurbanovun sürət qatarları ilə bağlı yaşanan acınacaqlı vəziyyət barədə məlumatı yoxdur. Ümidvarıq ki, bizim bu faktları ictimailəşdirməyimizdən sonra deyilən istiqamətdə əməli tədbirlər görüləcək və qatarlara texniki xidmət kimi məsuliyyətli iş kimlərinsə qohumları, dostlarına deyil, əsl peşəkarlara həvalə ediləcək. Xatırladaq ki, Elyar Muradov uzun müddətdir ki, bu sistemdə çalışır, sabiq nəqliyyat naziri Ziya Məmmədovun ən etibarlı adamlarından sayılır. Cavid Qurbanov baş dəmiryolçu təyin ediləndən sonra, KİV-lərdə Elyar Muradovun vəzifəsilə vidalaşacağı ilə bağlı çoxsaylı informasiyalar buraxılsa da, hələ ki, o postunu qoruyub saxlamağı bacarıb.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.


Milyonluq sürət qatarları kimə həvalə olunub?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Bu gün, 16:20
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib - TƏFƏRRÜAT
Bu gün, 16:16
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Bu gün, 16:13
“PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 16:12
Erməni lobbisi dinc dayanmır: - Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur
Bu gün, 16:10
“Çakır” Milli Məclis deputatı ola bilər? – Yalnız bir halda...
Bu gün, 16:07
Sülh istəyirsənsə, müharibəyə hazırlaş - Azərbaycan nümunəsi
Bu gün, 16:04
Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Bu gün, 15:58
"İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." - GİLEY
Bu gün, 15:54
“Mənə 6000 maaş veriləcəyini dedi” - STP əməkdaşı iş yoldaşını aldadıb
Bu gün, 15:50
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri - MƏQALƏ
Bu gün, 15:46
Tahir Qədəşovun vəziyyəti qəlizləşdi – iş adamları “Atlant”a mal-material verdiklərini dedilər
Bu gün, 15:40
TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu - TƏFƏRRÜAT
Bu gün, 15:37
Köçəryanla bağlı ŞOK İDDİA – “Hraparak”
Bu gün, 15:12
Qadın müəllim başçı müavini oldu - ƏMR
Bu gün, 14:20
Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 14:16
“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Bu gün, 13:45
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Bu gün, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Bu gün, 13:07
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Bu gün, 13:02
ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:00
ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 12:49
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Bu gün, 12:47
Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Bu gün, 12:44
"2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Bu gün, 12:41
"Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:34
Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Bu gün, 12:32
Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır - DİREKTORDAN REAKSİYA
Bu gün, 12:19
Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat - ƏMR
Bu gün, 12:17
Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:11
“Azparking”in yeni PUL TƏLƏSİ: - “Narazılıq yarada bilər”
Bu gün, 12:07
Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:04
İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? - AKTUAL
Bu gün, 11:59
Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? - GİLEY
Bu gün, 11:57
Nazir müavini üçün ÖZƏL GÜN
Bu gün, 11:49
Hansı partiya birincidir? - SORĞU
Bu gün, 11:47
Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı
Bu gün, 11:45
Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı - FOTO
Bu gün, 11:37
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib - AÇIQLAMA
Bu gün, 11:33
"Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır"
Bu gün, 11:31
Natiq Pənahlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:28
AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... - VİDEOFAKT
Bu gün, 11:24
GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Bu gün, 11:17
Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR - DƏRƏBƏYLİKDİR?
Bu gün, 11:09
“Kişi qadına pul da xərcləyər, amma onu…” - Fatimə KİMƏ ƏSƏBİLƏŞDİ?
Bu gün, 11:02
Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək - “Wall Street Journal”
Bu gün, 10:59
"Bu, çox utancverici bir gediş oldu" - Etibar Məmmədov
Bu gün, 10:49
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin tikintisindən imtina etdi
Bu gün, 10:47
Moskvadan İrəvana xəbərdarlıq və təhdid: - Ermənistan seçim qarşısında
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru