Qarabağda müharibə hədəsi və ya TƏHLÜKƏLİ SAKİTLİK
Tarix: 8-07-2016, 12:02 | Çap et
 Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməli işlər hələ də yoxdur. Bunun əksini sübut edəcək bir arqument yoxdursa, deməli, heç bir addım atılmayıb.
Son günlərin ən real addımlarından biri cəbhə xəttində mövcud olan nisbi sakitlikdir. Prezidentləri Vyana görüşündən dərhal sonra bütün cəbhə boyu nisbi sakitlik yarandı. Amma bir neçə gün əvvəl bu sakitliyə də, ciddi yanaşmağın əbəs olduğunu sübut edən fakt qeydə alındı. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri erməni snayper tərəfindən vuruldu.
Bunu gərginliyin ilk simptomu hesab etmək olar. Amma məsələnin digər maraqlı məqamları da var. ABŞ və Almaniya Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın dominant olduğunu bir daha etiraf etdi və həm də bu etiraf mövcud reallıqla barışmaq idi. Həm kansler Merkel, həm də prezident Obama Rusiyanın daha fəal olmasını dilə gətirdilər. Mövqelər ortadadır. Və bu mövqelərin fonunda Azərbaycan və Ermənistan prezidentlərinin müzakirəsinə verilmiş Rusiyanın təklifləri var. Əldə olan informasiyalara görə, başqa bir həll planı nə gündəlikdə, nə masa üzərində, nə də müzakirədə yoxdur. Deməli, Rusiya bütün ipləri əlinə yığa bilib.
Amma bu da Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış situasiyanın tam mənzərəsi deyil. Məsələ ondadır ki, Vyana görüşündən sonra atəş xəttində nisbi sakitlik olsa da, müharibə reallığının hər an gündəmə gəlməsi proqnozları var.
Bu proqnozlar əsasən, Qərbdən və Ermənistanda üzü Qərbə baxan ekspertlərdən gəlir. Ən ciddi belə proqnoz Beynəlxalq Böhran Qrupundan (BBQ) oldu. Azərbaycanın yenidən hərbi əməliyyatlara başlayacağını və hətta istifadə olunacaq raketlərin tipini də xəbər verən hesabatında BBQ sanki həyəcan təbili çaldı.
Başqa bir ciddi bəyanat isə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salber səsləndirib. “Azadlıq” radiosuna müsahibəsində avropalı diplomat Qarabağ münaqişəsi cəbhəsində gərginliyin artması ehtimalının çox olduğunu bildirib: “Əgər problem həll olunmasa, yeni zorakılıq qığılcımının başlanması mümkündür”.
Cəbhədə mövcud olan sakitlik fonunda müharibə qorxusunu ifadə edən təkcə beynəlxalq güc mərkəzləri deyil. İndi Ermənistanda da, tez bir zamanda müharibənin ola biləcəyini proqnozlaşdıranlar var.
Regional Araşdırmalar Mərkəzinin rəhbəri Rimard Kirokasyan hesab edir ki, yaxın zamanlarda Azərbaycan bir neçə rayonu azad etmək üçün hücuma keçə bilər. Kirokasyan Azərbaycanın bu addımlarının qarşısını almaq üçün beynəlxalq birliyin mexanizmlərinin olmadığını bildirir: “Rusiya, Fransa və ABŞ nə qədər güclü dövlətlər olsalar da, münaqişə tərəflərinə təsir mexanizmləri yoxdur”.
Bəli, doğrudan da, tərəflərə real və rəsmi təsir mexanizmləri yox səviyyəsindədir. Əslində, bu, reallıqdır. Amma bu gün Qarabağın başı üzərində Domokl qılıncı kimi asılan müharibə hədəsinin aradan qaldırılmasına yönəldilmiş bəyanatlar Azərbaycanın haqlı davasına qarşı vahid cəbhənin açıldığını bir daha göstərir. İndi Azərbaycan rəsmiləri hansı addımlar atacaqları ilə yanaşı, hansı ritorikanı seçəcəklərini də ciddi götür-qoy etməlidir.
ASƏF Quliyev


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48 |
|
|
|
• Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39 |
|
|
|
• Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30 |
|
|
|
• “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17 |
|
|
|
• Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11 |
|
|
|
• “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55 |
|
|
|
• Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46 |
|
|
|
• "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44 |
|
|
|
• İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41 |
|
|
|
• İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11 |
|
|
|
• Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05 |
|
|
|
• “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01 |
|
|
|
• Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48 |
|
|
|
• Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15 |
|
|
|
• Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10 |
|
|
|
• Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57 |
|
|
|
• Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54 |
|
|
|
• Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37 |
|
|
|
• "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34 |
|
|
|
• “Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18 |
|
|
|
• "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11 |
|
|
|
• AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09 |
|
|
|
• Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06 |
|
|
|
• "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
• Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52 |
|
|
|
• Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50 |
|
|
|
• Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49 |
|
|
|
• “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45 |
|
|
|
• ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39 |
|
|
|
• Xalq artisti yatağa düşdü
Bu gün, 10:31 |
|
|
|
• “Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27 |
|
|
|
• “Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17 |
|
|
|
• 7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12 |
|
|
|
• Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02 |
|
|
|
• Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55 |
|
|
|
• Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41 |
|
|
|
• Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29 |
|
|
|
• "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19 |
|
|
|
• ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06 |
|
|
|
|