Azərbaycan nəyə və niyə hazır olmalıdır? .....                     Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb .....                     FTB Con Boltonun evində axtarış aparıb .....                     12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? .....                     Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? .....                     Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi .....                     Azərbaycanda internet tam kəsiləcək? .....                     Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ .....                     “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş .....                     Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib .....                     Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? .....                     “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” .....                     Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri .....                     “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... .....                     Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                     Ukraynanın taleyi ABŞ-nin masasındadır .....                     Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... .....                     Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                     Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                     "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." .....                     "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                 

Səhiyyə Nazirliyinin 200 milyon ötürdüyü offşor şirkətlər ortaya çıxdı - ARAŞDIRMA
Tarix: 24-06-2016, 11:05 | Çap et
Səhiyyə Nazirliyinin 200 milyon ötürdüyü offşor şirkətlər ortaya çıxdı
AzToday.az portalı olaraq Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tenderlərlə bağlı araşdırma aparanda, doğrusu hər daşın altından çıxan məmur tayfası ilə burada da "qarşılaşacağımızı” proqnozlaşdırmırdıq, sadəcə diqqətimizi tenderlərin miqyası cəlb eləmişdi. Amma indi məlum olur ki, bahalı müsabiqələri dolayısıyla yüksək çinli məmurlara məxsus şirkətlər "ələ keçirir”. Yeri gəlmişkən, Azərbaycanda bu gün korrupsiyalaşma səviyyəsinə görə satınalma prosesləri yalnız özəlləşdirmə ilə "rəqabət” apara bilər və hər ikisi də məmurların əlindədir.

57 milyonluq tenderi qazananın nə satdığı bilinmir

"Farm-Qafur” MMC də əvvəlki yazıda adını çəkdiyimiz "AvroMed Company”, "Arash Medical Company” (və ya "Araş Medikal”) və "Güllübulag” MMC-lərdən satınalma sayına görə geridə qalmır. Şirkət İnnovasiya və Təchizat Mərkəzinin xəttilə cəmi üç ildə ümumi dəyəri 45 829 891,98 manat olan sifariş alıb. Hər halda rəsmi rəqəmlər bu qədərdir, daxili müqavilə ilə əlavə satınalmaların ola biləcəyi də istisna edilmir. 2010-cu ildə İnnovasiya Mərkəzindən 5 992 712,69 manat, digər səhiyyə müəssisələrindən də 652 731,85 manatlıq sifariş alıb. 2011-ci ildə ümumi sifarişlərin dəyəri 31 870 959,74 manat təşkil edib. Bunun 31 265 805,62 manatı yenə mərkəzin, qalanı da digər səhiyyə qurumlarının payına düşür. Həmin il bir müqavilə ilə 12,2 milyon manatlıq dərman vasitələrinə dair satınalma var, başqa bir müqavilə üzrə eyni məqsədlə 6,7 milyon manatlıq sifariş olub. Daha dörd müqavilənin dəyəri də ayrılıqda 2-4 milyon manat arasındadır. 2012-ci ildə qazanılan tenderlərin məbləği 18 757 384,77 manat təşkil edib. Bunun 8 571 373,68 manatı mərkəz, 10 186 011,09 manatı da fərqli səhiyyə qurumlarından sifariş alınıb. Amma 2013-cü ildən bu şirkətlə əməkdaşlıq edilməyib, sanki qadağa qoyulmuş kimi heç bir səhiyyə qurumundan rəsmi olaraq tender almayıb. Ən azından reyestr məlumat bazasından belə görünür. "Farm-Qafur” MMC üç ildə nazirlik üzrə 57 273 789,04 manatlıq 51 sifariş götürüb. Bunun elə 45 829 891,99 manatı İnnovasiya Mərkəzindəndir. Bütün nüfuzlu şirkətlərdən fərqli nə web-saytı var, nə də sosial şəbəkələrdə səhifəsi. Medportalda Y.SУ™fУ™rov küçəsi 17 ünvanda, MУ™rkУ™zi NeftçilУ™r XУ™stУ™xanasının strukturunda göstərilir, müxtəlif saytlarda adı çəkilir, ismi satınalmalarda keçir, amma dediyimiz kimi nə satdığı, neçəyə satdığı internet resurslarındakı axtarışlarımızda bəlli olmadı.

Türk şirkətinin bazara girməklə 13,6 milyonluq iş götürməsi bir olub

"Osteosintez-Bakı” ETİB-dən 10 114 311,88 manat, "Albatros Healthkeyr” ("Albatros Health Care”) MMC-dən də 4 485 668,2 manatlıq alış-veriş edilib. Bu şirkətlərin də adları bir sıra saytlarda çıxır. Mövcud olmağına mövcuddurlar. Kataloqda adres, elektron adres, telefonları var, amma web-resurslarda özlərinin saytı olduğuna rast gəlinmir.

2013-cü ildə bazara adından da bəlli olduğu kimi Türkiyədə yaradılmış "MTC Medikal Ürünleri Sanayi ve Ticaret Anonim Şirketi” daxil olub. Mtcmedikal.com/tr saytında yazılır ki, "2005-ci ildə Türkiyədə qurulan MTC Medikal Azərbaycanda bir çox xüsusi xəstəxana, müxtəlif dövlət səhiyyə təşkilatları ilə əməkdaşlıq edir. Şirkətin əsas fəaliyyəti tibbi cihaz və məhsulların ixracatı, satış sonrası texniki xidmət təmin etmək üzərinədir”. Niyə təkcə Azərbaycan? Bu, şirkətin sadəcə Azərbaycandakı tenderləri qazanmaq üçün yaradıldığı rəyi formalaşdırır. Bizim bazara yeni girib, amma "quşu da gözündən vurub”, üç ildə şirkətə cəmi 4 tenderdə 13 599 781,25 manatlıq sifariş verilib. Bir müqavilə ilə satın alınan tibbi təyinatlı vasitələr 6 051 999,1 manat olub. Qalan tenderlər də 2-3 milyon arasındadır. Sifarişlərin hamısını mərkəzdən aldığını yazmağa ehtiyac qalırmı?

İnnovasiya Mərkəzinin 2014-cü ildən əməkdaşlığa başladığı "Labservis” LTD iki ildə 4 188 574,16 manat dəyərində sifariş alıb. Hər sifarişin məbləği yarim-bir milyon arasındadır. Bundan əvvəlki illərdə Səhiyyə Nazirliyi və bəzi qurumların satınalmalarını qazanıb. Şirkətlərin siyahısında adı var, avadanlıq gətirdiyi deyilir. Bihe.az-da haqqında bir qədər məlumat oxuduq, o da sərgidə iştirak etdiyi üçündür. Yazılır ki, "Labservis” LTD 1991-ci ildən laboratoriya avadanlıqlarının təchizatı üzrə fəaliyyət göstərir. Bir də facebook səhifəsi var. Tarixi uzun deyil, paylaşma da yox dərəcəsindədir. Və buradan firmanın səhifəsinə çıxa bildik – labservis.com. saytı ingiliscədir. Qazandığı layihələr göstərilmir ki, bağladığı müqavilələrin dəyərini öyrənək. Məhsulları barədə də məlumat tapılmadı.

Gah "itən” gah "bitən” firma milyonları sözün həqiqi mənasında "udub”

"Frezenius İNC”. Bu, Səhiyyə Nazirliyinin əməkdaşlıq etdiyi ən maraqlı şirkətlərdən biridir. 2011-2012-ci illərdə 15,7 milyon manat dəyərində sifariş alıb. Sonundakı "İNC” (Incorporation (business)) yazısından bəllidir ki, xaricdə yaradılıb. Bir müqavilənin dəyəri 8 142 375,7 manat, başqa birininki 5 532 914,37 manat olub. Sonrakı illərdə şirkət "itir”, yerində müvəqqəti olaraq (yenə iki illik) "Fresenews Limited” adında bir firma "bitir”. Eyniadlı şirkətdir, sadəcə birinin adı ingilis, o birininki bizim dildə yazılıb. Bir müqaviləsinin dəyəri yenə 8 868 630,067 manat olub. Sonrakı ildə də təkcə bir tenderdə 11 168 159,9 manatlıq iş alıb. Amma növbəti ildə bu şirkət təzədən "yoxa çıxıb”, iki oxşar adla "peyda olub”. "Fresenius General Trading LLC” bir müqavilə ilə 12 905 518,23 manatlıq hemodializdə istifadə olunan tibbi vasitələr üzrə satınalmanı götürüb, "Freseeneral Trading LLC” (bəlkə də operator səhv yığlb) də 206 427,74 manatlıq periton dializdə istifadə olunan dərman və tibbi təyinatlı vasitələr satıb. Bu şirkətlərin mənşəyi bəlli deyil, amma "götürdükləri” tenderlərin hər birinin dəyəri 8-12 milyon arasındadır. Ümumi tender məbləği 50 011 504,34 manat təşkil edib.

"151 milyonluq podratçı”nın web-resurslarda izi-tozu yoxdur

Gələk nazirliyin böyük pullar ötürdüyü "Pharmex Healthcare Porducts” LTD şirkətinə. AzToday.az portalına bəlli olub ki, bu firma ilə Səhiyyə Nazirliyinin ən az beş illik işbirliyi var. Şirkətə İnnovasiya Mərkəzi tərəfindən 151 390 758,19 manatlıq sifariş verilib. Elə 5 ildə əməkdaşlığı da sadəcə bu qurumla olub, mərkəzdən başqa onu tanıyan yoxdur. Bağlanan müqavilələrin dəyəri yüksəkdir. 2012-ci ildə şirkətlə imzalanan bir müqavilə 10,8 milyon manat, daha iki müqavilənin hər biri 6 milyon, qalanlar da iki-üç milyon dəyərindədir. 2013-cü ildə bir müqavilənin qiyməti 12 949 054,23 manat olub, yerdə qalanlar əsasən üç-altı milyon civarındadır. 2014-cü ildə də tender qiymətləri bu həddə dəyişir. Keçən il ən yüksək dəyərdə tender alan (45,1 milyon-red.) şirkətin müqavilələri yenə milyonların üzərində olub. Yalnız bahalı sifarişlər qəbul edən "Pharmex Healthcare Products LTD”-nin Britaniya şirkəti olduğu yazılır. Həqiqətən də axtarışlarda Britaniyada belə bir şirkət 11 ildir mövcuddur. 2004-cü ilin oktyabrında təsis olunub. İlk adresi The Courtyard 30 Worthing Road Horsham RH12 1TU, son adresi The Courtyard 30 Worthing Road Horsham West Sussex RH12 1SL göstərilir. Vəssalam. Nə telefonu var, nə də tibbi vasitələr satdığına bir işarə. Web-saytı da yoxdur. Fəaliyyətinə dair yazılanlara inansaq tibbdən başqa nə ilə desəniz məşğuldur – kənd təsərrüfatından tutmuş moda agentinə qədər (http://www.firstreport.co.uk/Company/05253169/PHARMEX-HEALTHCARE-PRODUCTS-LIMITED). Amma bu adda şirkətlə Səhiyyə Nazirliyi arasında 2011-2015-ci illər üzrə ümumilikdə 150 926 456,17 manat dəyərində imzalanan 64 müqavilə müsabiqə reyestrlərində əksini tapıb. 2011-ci ildə keçirilən 4 tenderdə sifariş məbləği ümumilikdə 6 900 576,75 manatdır. Tenderin 3-ü 2 milyonun üzərindədir. Həmin pullara kimyəvi maddələr, dezinfeksiya və deratizasiya vasitələri, vərəmlə mübarizə üzrə tədbirlər proqramına uyğun nəzərdə tutulmuş dərman preparatları, qanın, qan komponentlərinin , donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramına uyğun nəzərdə tutulmuş tibbi təyinatlı vasitələr alındığı qeyd olunur. Yeri gəlmişkən, Britaniya da offşor şirkətlərin "vətənidir”.

Müqayisə üçün deyək ki, "Pharmex Healthcare Pte LTD” adında bir şirkət Sinqapurdadır, amma bu şirkətin medicalsupplies.com.sg adında saytı da var, feysbuk səhifəsi də. Satdığı tibbi məhsullar və tibbi vasitələri səhifəsində nümayiş etdirir, rekvizitləri ilə birlikdə. Məhsulların da qiyməti üstündə. Görünür digərini açanda bu şirkətin adına oxşatmağa çalışıblar. Bütün bunlar o qənaət yaradır ki, 151 milyonluq sifariş verilən şirkətin mənşəyinin Britaniya olduğu deyilsə də, bəlli ki, yalnız Azərbaycandan aldığı sifarişlərə görə mövcuddur. Xaricdə yaradılan bu tip şirkətlərin müsabiqələrdə necə iştirak etdikləri, hansı üstünlüklərinə görə seçildikləri də maraqlıdır. Görəsən fərqli nə satırlar? Heç nə. Yerli şirkətlər də həmin preparatları gətirirlər. Korrupsiyadırsa, qoy onu elə məlum şirkətlərlə eləsinlər ki, pul da ölkədə qalsın, sonra ölkədə pul qıtlığı yaranmasın…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:01
Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Bu gün, 15:59
FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Bu gün, 15:54
12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Bu gün, 15:49
Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Bu gün, 15:44
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Bu gün, 15:20
Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Bu gün, 15:18
Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06
“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39
Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17
Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11
“Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru