Bir neçə gündür ki, icra başçıları ilə bağlı baş verməkdə olanlar cəmiyyət tərəfindən xüsusi ajiotajla müşahidə olunmaqdadır. "DİA-AZ" xəbər verir ki, bu əsnada sözügedən prosesə özünün ilginc reaksiyası ilə jurnalist Fadil Paşayev diqqətə gəlib. Belə ki, Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovun foto və tərcümeyi halını özünün sosial şəbəkə hesabında paylaşan jurnalist bu rayon rəhbərinin ümumiyyətlə, unudulduğunu qeyd edir.
Jurnalist yazır: "Xızı Rayon İcra hakimiyyətinin başçısı Xəzər Aslanov...
"Unudulan başçı"...
Aslanov Xəzər Qəşəm oğlu, 06 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 04.09.1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 16.02.1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 16.02.1988-ci ildən 31.10.1988-ci ilədək Bakı şəhər Məhkəməsində katib işləmiş, 13.11.1988-ci ildən 30.11.1990-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
25.12.1990-cı ildən 14.02.1992-ci ilədək “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 14.02.1992-03.08.1992-ci illərdə “Fədai” kooperativinin sədri, 03.08.1992-ci ildən 31.01.1994-cü ilədək “Aslan R.Q” k/m-da kommersiya direktoru, 01.02.1994-cü il tarixdən 22.11.1994-cü ilədək “ER-COMPANY LTD”-də mütəxəssis, 30.11.1994-cü ildən 17.04.2002-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində əməliyyatçı, 25.07.2002-ci ildən 21.01.2003-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 13.08.2003-ci ildən 07.06.2005-ci ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 25.06.2005-ci ildən 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək Xanlar rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində, 10.10.2006-cı ildən isə 10.04.2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2138 saylı Sərəncamı ilə Xızı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilmişdir..."
Qeyd edək ki, F.Paşayevin bu paylaşımı maraqlı şərhlərlə müşaiyət olunub.
Jurnalist Ləman Əliəşrəfqızı yazır: "Xımır-xımır yeyir də özü üçün. Mövcudluğundan heç kimin xəbəri yoxdur. Əsas məsələ gözə girmir. Beləcə, eninə-uzununa artır..."
Tanınmış yazar Firuz Mustafa isə belə qeyd edir: "Deyəsən, bunun ali təhsili yoxdur. Atası Qələm Aslanovu tanıyırdım. Jurnalist idi. Sonralar bir neçə rayonda raykom katibi işlədi. Avtoqəzada öldü..."
Ayan Qafqaz adlı sosial şəbəkə istifadəçisi isə belə yazır: "Allah sizdən milyon dəfə razı olsun.
Boooy, bu kişi lap yaddan çıxıb.
Bir müraciət etmişdim, cavab gəlmişdi ki, 2023-cü ildə həllini tapacaq.
O gün-bu gün gözləyirəm.
Bu arada... Xızıda görəsən, 2023-cü il bitməyib hələ?
Deyilənə görə, 2025-ci ilin bitməsinə bir ay yarım qalır, 2026-cı ilə keçirik axı...
Fərdi məsələ deyildi, aşağısı bir 100 nəfərin müraciəti idi.
Deyirəm, qar yağsaydı, Xızı dağları da təmizlənərdi..."
Boooy, bu kişi lap yaddan çıxıb.
Bir müraciət etmişdim, cavab gəlmişdi ki, 2023-cü ildə həllini tapacaq.
O gün-bu gün gözləyirəm.
Bu arada... Xızıda görəsən, 2023-cü il bitməyib hələ?
Deyilənə görə, 2025-ci ilin bitməsinə bir ay yarım qalır, 2026-cı ilə keçirik axı...
Fərdi məsələ deyildi, aşağısı bir 100 nəfərin müraciəti idi.
Deyirəm, qar yağsaydı, Xızı dağları da təmizlənərdi..."












