Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür .....                     Banklarda nağd pul çatışmazlığı yaranıb? .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi .....                     Nazir bu xəstəxanaya direktor təyin etdi .....                     240 Nömrəli məktəbdə nələr baş verir? .....                     Deputatın partiyası da qurultaya gedir .....                     6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: .....                     "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi" .....                     Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib .....                     16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? .....                     "Bu, tamam başqa bir hissdir" .....                     “Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib .....                     İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir .....                     Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? .....                     Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... .....                     Xırda biznesmenlər üçün böyük fürsət .....                     Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib .....                     Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib .....                     Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? .....                     Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib .....                     Putin Ermənistanda “peşka”larını qurban verir .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     “Pozğun qadınların atası da, qardaşı da əri də susur“ .....                     İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” .....                     QANUNDANKƏNAR YASAMAL... .....                     “Baku Electronics” rəqabət qanunvericiliyini pozub .....                     Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik .....                     Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                 

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir? - BU DA FAKT!
Tarix: 6-05-2025, 08:42 | Çap et
Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?
“Azərbaycanda su qıtlığı yoxdur. Amma içməli su problemi var”. Bu ifadə sizə ziddiyyətli görünə bilər. Amma məhz bu ziddiyyət ölkənin su böhranının əsas mahiyyətini təşkil edir. Yeraltı və yerüstü su ehtiyatlarımız ölkənin müxtəlif bölgələrində, kifayət qədərdir — xüsusilə də Abşeron yarımadasında. Lakin problem bu resursların azlığında deyil, onların necə idarə olunmasındadır. Bu problemin əsasında su ehtiyatının çatışmazlığı dayanmayıb. Su siyasətindəki sistemsizlik, infrastrukturda mövcud olan boşluqlar və nəzarətsizlik ölkəni get-gedə daha ciddi bir ekoloji və ictimai təhlükə ilə üz-üzə qoyur.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Bunun ən bariz nümunəsi isə Ceyranbatan gölüdür — ölkənin ən böyük və strateji içməli su ehtiyatı hesab olunan bu göl illərdir paytaxt Bakı və ətraf rayonların su təchizatında əsas rol oynayır. Amma bu gün gəlib elə bir nöqtəyə çıxmışıq ki, Ceyranbatan gölü artıq sadəcə içməli su mənbəyi yox, çirkab sularının, kanalizasiya axıntılarının, heyvan və quş leşlərinin toplaşdığı bir bataqlığa çevrilmək təhlükəsi ilə üz-üzədir. Bu iddia heç də emosional və əsassız deyil. Sosial şəbəkələrdə yayılan kadrlar, ətrafda yaşayan sakinlərin illərdir etdiyi şikayətlər, bəzən isə məsul qurumların verdiyi dolayı etiraflar bu vəziyyəti açıq şəkildə təsdiqləyir. Yeni salınan yaşayış massivlərindən, çoxmərtəbəli binalardan, sənaye obyektlərindən gələn kanalizasiya sularının Ceyranbatan gölünə axıdılması artıq gizli saxlanıla bilməyəcək qədər açıq bir fəlakət halıdır.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Bu göl — hansı ki, onilliklər əvvəl böyük zəhmət və xərclə tikilən su təmizləmə qurğularının mərkəzində yerləşir — öz funksiyasını get-gedə itirir. Çünki bu gün ora tökülən çirkabın miqdarı, təmizləmə sistemlərinin gücündən və texniki imkanlarından qat-qat artıqdır. Sistem sadəcə bu yükü daşıya bilmir. Üstəlik, bu, yalnız texniki yox, ictimai sağlamlıq və ekoloji təhlükəsizlik məsələsidir. İçdiyimiz suyun haradan və hansı yolla gəldiyi artıq təkcə ekspertləri və ekologiyanı düşünənləri narahat etməməlidir — bu, hər bir vətəndaşın həyatına, sağlamlığına təsir edən birbaşa milli təhlükəsizlik məsələsidir.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Bunun paralelində, Azərbaycanın başqa bir təbii sərvəti də, xüsusilə Masazır Duz gölü ekoloji təhdidlərə məruz qalır. Bir zamanlar Masazır Duz gölü Azərbaycanın təbii sərvəti kimi tanınırdı. Qədimdən bəri xalq bu göldən hasil edilən duzu yalnız mətbəxdə yox, həm də müalicəvi məqsədlərlə istifadə edirdi. Amma bu gün həmin gölün adı artıq sağlamlıq yox, zəhərlənmə, laqeydlik və təhlükə ilə yanaşı çəkilir. Masazır gölü indi, kanalizasiya tullantılarının birbaşa axıdıldığı bataqlığa çevrilməkdədir. Ətrafdakı yaşayış massivlərindən, fərdi evlərdən, hətta bəzi sənaye obyektlərindən gələn kanalizasiya suları gölə tökülür. Həmin göldə isə duz hasil olunur — bəli, məhz bizim mağazalarda, restoranlarda, mətbəxlərdə istifadə etdiyimiz duz. İctimaiyyəti sakitləşdirmək üçün bəzən “duz mikrobları öldürür”, – deyə cavab verilir. Bu fikir, ilk baxışda elmi əsaslı görünə bilər. Amma sadə məntiq göstərir ki, məsələ heç də bu qədər sadə deyil. Kanalizasiya sularında təkcə mikroblar deyil, ağır metallar, zərərli kimyəvi maddələr, toksinlər və parazitlər də mövcuddur. Duzun yüksək konsentrasiyası, bəlkə də, bəzi bakteriyaların yaşamasına mane ola bilər, amma bu, həmin duzun tam təhlükəsiz olduğu anlamına gəlmir. Bir duz təbəqəsinin üzərindən kanalizasiya suları axıb keçirsə, o məhsulun gigiyenik keyfiyyəti necə təmin oluna bilər? Həmin duzun emalı prosesi hansı şəraitdə aparılır? Gigiyenik və sanitariya nəzarəti necə həyata keçirilir? Bu suallara isə aydın və ictimaiyyətə açıq cavab verən yoxdur.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Əvvəllər “xəzinə” sayılan Masazır duzu bu gün, bəlkə də, ən təhlükəli qida əlavəsinə çevrilib. Zəhərli tullantılarla qarışmış duzun gündəlik qidalanmada istifadəsi, uzunmüddətli dövrdə orqanizmdə ciddi xəstəliklərin yaranmasına yol aça bilər — mədə-bağırsaq pozğunluqları, xərçəng riskləri, dəri və böyrək problemləri və daha nələr… Burada məsələ təkcə qidanın dadında deyil — məsələ onun təmizliyində, sağlamlıq üçün təhlükə yaratmamasındadır. İndi isə vaxtilə “duz mikrobları öldürür”, – deyərək ictimaiyyəti susdurmağa çalışan bəzi rəsmilərə sual vermək lazım gəlir: Əgər duz mikrobu öldürürsə, bəs görəsən insan sağlamlığını da “öldürürmü”?

Təəssüf doğuran məqam odur ki, vətəndaşlardan hər ay kanalizasiya pulu yığılır, amma bu vəsait nə kanalizasiya sistemlərinin yenilənməsinə, nə də təmizləmə qurğularının qurulmasına yönəlir. Əksinə, bu sistemlər ya mövcud deyil, ya da işlək vəziyyətdə deyil. Məqsəd yalnız pul toplamaqdırsa, bu sistemin adını “xidmət” deyil, “rüsum” qoymaq daha dürüst olar.

Gəlin tarixə bir nəzər salaq. 20-ci əsrin əvvəllərində, imkanlar olduqca məhdud olduğu bir dövrdə Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə Şollar su kəmərini çəkdirərək Bakıya təmiz içməli su gətirdi. O zaman maşın yox idi, texnologiya yox idi, amma niyyət vardı. Bu gün isə texnologiya var, büdcə var, imkanlar saysızdır. Amma nə su təmizdir, nə duz. Sözün açığı, nə də niyyət var. Əhalinin sağlamlığı göz görə-görə bəzi qurumların laqeydsizliyindən təhlükəyə atılır.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

“ƏSAS GÜNAHKAR KİMDİR? Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinə baxan əsas qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Onlar kanalizasiya xətlərinin çəkilişinə, istismarına və tullantı sularının idarə olunmasına məsuldurlar. Bəs bu qədər aydın və real təhlükə qarşısında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nə edir? Sadəcə susur. Bəlkə də, statistik hesabatlarda hər şey qaydasındadır, amma əhalinin qarnına gedən suyun tərkibi reallığı deyir.

“Yuxarıda qeyd etdiyimiz Ceyranbatan və Masazır Duz göllərinin ekoloji problemləri, əslində sadəcə ekoloji təhdidlərdən ibarət deyil. Bu vəziyyət artıq bir ictimai təhlükəyə çevrilmişdir. Sadəcə bir dəfə Ceyranbatan və ya Masazır Duz gölünün ətrafına getmək və ya internetdə 5 dəqiqə araşdırma aparmaq, vəziyyətin nə qədər ciddi olduğunu görməyə yetər. Bu ölkədə insanlar xəstələnir, müalicə axtarır, amma çox vaxt bu xəstəliklərin mənbəyi içdiyimiz və istifadə etdiyimiz suyun içində gizlənir.
İndi isə bizə yalnız bir sual qalır: bu təhlükənin qarşısı nə vaxt alınacaq? Həm ekoloji vəziyyətin qorunması, həm də əhalinin sağlamlığı baxımından atılacaq addımlar həyati əhəmiyyət daşıyır. Belə bir vəziyyətdən çıxış yolu aydındır: Ceyranbatan gölünün üzərinə qoruyucu setka çəkilməsi və axan mikrobial suların ümumi kanalizasiya sisteminə birləşdirilməsi. Bu sadə tədbirlər, yalnız su ehtiyatlarının keyfiyyətini artırmayacaq, həm də əhalinin sağlamlığını və ətraf mühitin qorunmasını təmin edəcəkdir.

Ceyranbatan və Masazır duz gölləri kanalizasiya ilə necə zəhərlənir?

Əgər belə sadə bir həlli tapmaq bu qədər çətindirsə, amma, məsələnin həlli daha mürəkkəb olmamalıdır. Bu yazı, müvafiq qurumların bu məsələyə ciddi yanaşması və ekoloji vəziyyətə diqqət yetirməsi üçün bir çağırışdır”.

Elşad FƏRMANOĞLU - tezadlar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
Bu gün, 00:08
Banklarda nağd pul çatışmazlığı yaranıb?
Dünən, 18:04
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Dünən, 18:01
Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 18:00
240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
Deputatın partiyası da qurultaya gedir
Dünən, 17:55
6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Dünən, 17:48
"Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Dünən, 17:47
Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Dünən, 17:41
16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:37
"Bu, tamam başqa bir hissdir"
Dünən, 17:35
“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Dünən, 17:32
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Dünən, 17:30
İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Dünən, 16:33
Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Dünən, 16:31
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Dünən, 16:28
Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Dünən, 16:24
Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Dünən, 16:21
Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Dünən, 16:17
Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Dünən, 15:58
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Dünən, 15:56
Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:26
Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Dünən, 15:24
Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Dünən, 15:19
“Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Dünən, 15:17
İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Dünən, 15:02
QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Dünən, 14:57
“Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Dünən, 14:52
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Dünən, 14:49
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Dünən, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Dünən, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Dünən, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Dünən, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Dünən, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Dünən, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Dünən, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Dünən, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Dünən, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Dünən, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Dünən, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Dünən, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Dünən, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Dünən, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Dünən, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Dünən, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Dünən, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Dünən, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Dünən, 10:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru