İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir? .....                     Generalın oğluna vəzifə verildi .....                     Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? .....                     Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ .....                     Etimad İsmayılovun qatili azadlıqda .....                     Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə .....                     Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi .....                     İran azərbaycanlı xanım fəalı edam edəcək .....                     Əliyevdən Moskvaya sərt mesaj .....                     Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? .....                     ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı .....                     "Bizim vaxtımızda belə şey olmayıb" .....                     Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr .....                     Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... .....                     Balaxanı Əməliyyat Şirkətində nə baş verir? .....                     Əkrəm Əylisli deyir ki... .....                     "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" .....                     İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək .....                     Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... .....                     "İstismara yararsız oturacağa niyə bilet satılır?" .....                     Zelenski Donbasla bağlı kompromisə hazırdır .....                     Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub .....                     Binəva turist buralara NİYƏ GƏLSİN AXI... .....                     Nazir müavininə itki üz verib .....                     `Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? .....                     Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... .....                     Əməyin mühafizəsi üzrə işçilər... .....                     "Niyə yalan, yarımçıq məlumat verirlər?" .....                     Burda bir səhv ən azı 90 manatını aparır... .....                     Fars-molla rejiminin ABSURD DAVASI... .....                     Davudoğlu DÜZMÜ BUYURUR?.. .....                     “Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! .....                     Zelenski Trampla görüşmək üçün ABŞ-dədir .....                     İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər .....                     Öz istədiklərini necə istəyirlərsə... .....                     Dövlətin müəyyən etdiyi pula qalsa... .....                     İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! .....                     Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər .....                     Bu karqo şirkəti müştəriləri bezdirib .....                 

Gömrükdə qanunsuz şirkətlərə qarşı həqiqi mübarizə, yoxsa görüntü? - NƏ BAŞ VERİR?
Tarix: 10-03-2025, 09:19 | Çap et
Gömrükdə qanunsuz şirkətlərə qarşı həqiqi mübarizə, yoxsa görüntü?
Uzun illərdir ölkənin gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı mübarizəyə start verildiyi iddia edilir.

Bizimxeber.az -a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi və Azər Məmmədovun rəhbərlik etdiyi İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi uzun illər boyu fəaliyyət göstərən, DSMF ödəmələri etməyən, anbarı olmayan, vergi ödəməyən şirkətlərə qarşı tədbirlər görməyə başlayıb.

Qeyd olunur ki, son günlər gömrükdə bir dəfəlik əməliyyalar üçün yaradılan şirkətlərin, gömrük işindən xəbərsiz olan fiziki şəxslərin adına olan VÖEN-lə gətirilmiş yüklər saxlanılır, onlardan əlavə sənədlər tələb edilir, qanuni tələblərə əməl etmələri istənilir. Eyni zamanda ardıcıl fərqli məlumatlar gəlir və bütün bunlar məqsədin tamamilə başqa olduğunu ortaya qoyur.

Belə ki, illərdir ölkə mətbuatında gömrükdə fəaliyyət göstərən qanunsuz şirkətlərin adı çəkilir və onların əsl sahiblərinin yüksək çinli məmurlar olduğu qeyd olunur. Bu şirkətlər əsl sahiblərinə böyük mənfəətlər qazandırır, dövlət bürcəsinə böyük ziyan vurur, vergidən yayınır və DSMF ödəmələri etmir.
Lakin, belə bir vəziyyətin uzun müddət ərzində necə görməzlikdən gəlindiyi və yalnız indi bu şirkətlərə qarşı mübarizəyə başlanması böyük suallar yaradır.

Nə baş verir? Həqiqətənmi, Gömrük Komitəsi və İdxal-İxrac İdarəsi bu şirkətlərə qarşı mübarizəyə start verib və məqsəd qanuni fəaliyyət göstərən şirkətlərin, sahibkarların önünü açmaqla büdcəyə böyük gəlirlər gətirmək, belə qanunsuz şirkətlərin dövlətə vurduğu ziyanın qarşısını almaqdır? Yoxsa, bu hansısa məqamlara və məqsədlərə hesablanmış, görüntü yaratmaq məqsədilə həyata keçirilən bir addımdır?

Bu addımların əsas məqsədi qanunsuz şirkətlərin fəaliyyətini zərərsizləşdirmək, dövlət büdcəsinə gəlir gətirmək və əsasən Qarabağın dirçəlməsinə töhfə vermək olduğu iddia edilərkən, əslində daha çox süni sıxlıq, narazılıq yaratmağa və nəticədə hansısa maraqları qorumağa çox oxşayır.

Məlumata görə, bu cür tədbirlər vasitəsilə görüntü yaradılaraq, guya ciddi islahatlar həyata keçirilir və "işləyirik, mübarizəyə start verdik" kimi bir imic formalaşdırıla, görüntü yaradıla bilər. Bununla da qanunsuz fəaliyyət göstərən şirkətlərin gələcək fəaliyyətinə bəzi qanuni "don" geyindirilə, fəaliyyətlərini davam etdirmələri üçün müəyyən yollar tapıla bilər. Yəni, nə şiş yansın, nə də kabab... Ümumiyyətlə, bu gün qurumların əksəriyyətində eyni vəziyyət hökm sürür.

Özlərini uzun illərdən bəri qalmış problemləri guya həll edirmişlər kimi göstərmək, fotolar, videolar hazırlamaq... Əsas odur ki, yuxarı instansiyalara "belə hallarla mübarizənin çətin olmasına baxmayaraq, işləyirik, mübarizə aparırıq" görüntüsü yaratmaq və göstərmək...

Buna misal olaraq, illər əvvəl yükdaşımalarda baş verən "VÖEN qalmaqalı"nı göstərmək olar. O zaman da müəyyən qadağalar tətbiq etməklə "narazı sahibkarlar" ordusu yaradılmışdı və nəticə olaraq heç nə dəyişməmişdi. Bir müddət sonra yenə eyni fəaliyyətə davam dedilər.

Bütün bunların fonunda bu yeni addımların da əvvəlki praktikalardan fərqli olmayacağına dair narahatlıqları ortaya çıxarır. Problemlər yerində qalacaq, sadəcə olaraq, onların yerini dəyişdirmək məqsədi ilə yeni yollar tapılacaq?

Məlumatlara görə, guya bu yeni addımların məqsədi, gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətləri aradan qaldırmaqla dövlət büdcəsinə gəlir artırmaq və belə qanunsuz şirkətləri vergilərə cəlb etməkdir.

Lakin, illərdir bu məsələyə qarşı hər hansı ciddi addımlar atılmaması suallar doğurur. Niyə illər ərzində bu məsələlər gözardı olunub və indi bir anda ciddi islahatlar həyata keçirilməyə başlanıb? Əgər bu qədər illər ərzində gömrükdə fəaliyyət göstərən, dövlət büdcəsinə böyük məbləğdə ziyan vuran bu şirkətlər indi gözə çarpırsa, bu, ciddi şübhələrə yol açmırmı?

Gömrükdə fəaliyyət göstərən bu qanunsuz şirkətlərin əsas gəlir mənbələrindən biri də ƏDV maxinasiyalarıdır. Bu şirkətlər müxtəlif yollarla idxal edilən malların dəyərini şişirdir, saxta sənədlər tərtib edir və vergidən yayınırlar. Hətta bəzi hallarda mallar tamamilə kağız üzərində "idxal" edilərək ƏDV-nin qaytarılması mexanizmi vasitəsilə dövlət büdcəsindən milyonlarla manat vəsait çıxarılır. Uzun illər bu sxemlər hər kəsə məlum olsa da, heç bir ciddi tədbir görülməyib.

Gömrük orqanlarının, vergi qurumlarının və digər aidiyyəti dövlət strukturları həqiqətənmi, bu hallardan xəbərsiz olub? Bu, yalnız konkret şəxsləri və ya şirkətləri sıxışdırmaq üçün nəzərdə tutulmuş müvəqqəti bir kampaniyadır, yoxsa həqiqətən də sistemli dəyişikliklərə başlanılıb? Həqiqətənmi, bu qurumlar indi ayılıb ki, bu şirkətlər dövlətə böyük ziyan vurur? Yoxsa bu, sadəcə yeni bir sistemin tətbiqi və köhnə problemlərin üstünü örtmək üçün bir "oyun"dur?

Bu sualların cavabı yaxın gələcəkdə aydın olacaq. Əgər məqsəd qanunsuz fəaliyyətin dayandırılması və vergi ödəmələrinin artmasıdırsa, o zaman bu prosesdə həqiqətən ciddi islahatlar edilməli, arxasında dayanan şəxslər məsuliyyətə cəlb edilməli və sistem kökündən dəyişdirilməlidir.

Bu məsələni diqqətlə izləmək lazımdır, çünki gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərlə mübarizə yalnız görüntü xatirinədirsə, heç bir real nəticə əldə edilməyəcək. İslahatların gerçəkliyi zamanla daha da aydın olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19
Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16
Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10
Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56
İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51
Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45
Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41
Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39
ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38
"Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33
Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27
Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16
Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06
"Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04
İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57
Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53
"İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47
Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29
Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Nazir müavininə itki üz verib
Bu gün, 09:13
`Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04
Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59
Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51
"Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47
Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39
Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20
Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16
“Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! - BU HƏLƏ HARASIDIR...
Bu gün, 08:11
Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Bu gün, 08:00
İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47
Öz istədiklərini necə istəyirlərsə... - Elə də satırlar...
Bu gün, 06:45
Dövlətin müəyyən etdiyi pula qalsa... - ARAŞDIRMA
Bu gün, 06:39
İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! – Azərbaycan isə…
Bu gün, 06:36
Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər - Tramp BELƏ DEYİR
Bu gün, 06:34
Bu karqo şirkəti müştəriləri bezdirib - NARAZILIQ VAR...
Bu gün, 06:31
Nizami rayonunda hər kəs özbaşına qalıb - FOTOFAKT
Bu gün, 06:24
ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40
Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35
Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32
Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30
Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34
Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32
Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28
Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru