Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələri Donbasdan çıxarmamaq şərti ilə münaqişənin hazırkı cəbhə xətti boyunca həllinə və kompromisə getməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, Zelenskinin avqustun 18-də ABŞ Prezidenti Donald Trampla görüşündə məqsədi Ukraynanı Donbasdan qoşunların çıxarılması kimi qeyri-mümkün addımlar atmağa məcbur etmədən məhsuldar sülh yolu ilə nizamlanma prosesini müzakirə etmək olacaq. Qeyd edilib ki, bunun üçün o, hazırkı cəbhə xəttində ukraynalıların qəbul edə biləcəyi kompromislə razılaşmağa hazırdır.