Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... .....                     Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı .....                     UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam .....                     Xalq artisti xəstəxanadan evə buraxılıb .....                     Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… .....                     Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir .....                     Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... .....                     Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu .....                     Təyyarənin qəza səbəbi: kənar müdaxilə... .....                     12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı .....                     Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib .....                     Manatın hazırki kursunun qorunması... .....                     “Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     Cəmi 27 dəqiqə çəkən uçuş... .....                     Elçin Şıxlı müavininin ölümündən yazdı .....                     Moskvanın ümidinə qalsa... .....                     Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib .....                     “Azərterminalkompleks”də ilkin rütbə məsələsi .....                     Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? .....                     Bunu niyə nəzərə almırlar ki? .....                     "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" .....                     Süfrəmizdən yoxa çıxan ƏT .....                     Astaranın toxunulmaz icra başçısı... .....                     Maduro “kompleks müdafiə” qanununu imzaladı .....                     "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" .....                     Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? .....                     "Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" .....                     "Belə adamlara çörək vermək olmaz..." .....                     Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı .....                     Məktəbdə etiraz: nazirlik bilməlidir ki... .....                     “Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib .....                     İcbari tibbi sığortadan imtina etmək olar? .....                     Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır .....                     Paraddan gedən təyyarənin qəza etməsi... .....                     "Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb .....                     Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir? .....                     Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? .....                     Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb .....                     Moskva geri çəkilir .....                     Zaxarovanın fərqli tonda çıxışı .....                 

Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Tarix: 7-02-2025, 12:02 | Çap et
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan Xəstəxanalar tərəfindən dövlət satınalmalarında yol verilmiş nöqsanlar barədə sosial şəbəkələrdə və elektron mediada kifyət qədər geniş məlumatlar var. Burada vəzifəli şəxslər tərəfindən əsassız olaraq əməkhaqqı ödənilməsindən tutmuş, digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə qədər hər cür xəbər tapmaq olar.

Dövlət satınalmalarının internet portalı üzərindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparmışdır. Araşdırmalarda “Bərdə rayon Mərkəzi Xəstəxanası”nin Satınalma Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.

“Bərdə rayon Mərkəzi Xəstəxanası” tərəfindən “Liftlərin ehtiyyat hissələrinin və liftlərin aylıq texniki baxışının satınalınması” ilə əlaqədar 23.01.2025-cü il tarixində keçirilmiş kotirovka sorğusunda Bakı şəh. Xətai r., M.Hadi küç., ev 23, m. 137 ünvanında qeydiyyatda olan “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 1300234641) 11 682.0 (on bir min altı yüz səksən iki manat 00 qəpik) manat məbləğində ən ucuz qiymət təklifi vermiş və satınalma komissiyası tərəfindən qalib seçilmişdir. Bildiriş dövlət satınalmalarının internet portalında 28.01.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” 2024-cü il üçün xərclər smetasının 222441 – “Əsas fondlara xidmət haqqı xərcləri” yarımmaddəsi üzrə – “Liftlərin aylıq texniki baxışının satınalınması” üzrə 05.06.2024-cü ildə başladığı kotirovka sorgusunda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-ni qalib seçmiş və tərəflər arasında 10.018,2 manat məbləğində müqavilə bağlamışdır. Məlumat dövlət satınalmalarının internet portalında 10.01.2025-ci ildə dərc edilib. Kotirovkanın başlanma tarixi 09.08.2024 bitmə tarixi isə 31.01.2025-ci ilə müəyyən edilib. Bu da “Bərdə rayon Mərkəzi Xəstəxanası” satınalmalarda qanunsuzluqlar yol verməsinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, elektron mediada yayılan məlumatlarda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin adı bəzi qurumlarla keçirilmiş bir çox şübhəli satınalmalarda hallanır. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, təcrübəsində, bir sıra şübhəli məqamların olduğu bildirilir.

Bundan əlavə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyi Dövlət Statistika Komitəsi kimi ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda da öz əksini tapıb. Araşdırdıqda məlum oldu ki, 27.01.2025-ci ildə Dövlət Statistika Komitəsinin inzibati binasındakı sərnişin liftlərinə qulluqla bağlı xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu prosedurunda iştirak edən “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin uyğunluq göstəriciləri (müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması) kotirovka sorğusunun tələblərinə uyğun gəlmədiyinə görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1-ci maddəsinə əsasən satınalmadan kənarlaşdırılmış və bu qərar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 23.01.2025-ci il tarixli AİBNDX/SQ-509/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bu məlumatlar isə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olmadığını və sənədlərdə saxtakarlığa yol verdiyini bir daha təsdiq edir.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC (VÖEN 1300234641 ) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 23.06.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev 23, m. 137 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur. Reyestr məlumatlarında MMC-nin ilk adı 2023-cü ilə qədər “ŞƏHƏRGAH”, ondan sonra “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” olmuşdur. MMC nin təsisçisi və ilk qanuni təmsilçisi Ömərov Qüdrət Bayram oğlu olmuşdur. Onun adına “Altun Qaya” MMC də var. “ŞƏHƏRGAH” MMC-nin 2023-cü ilə qədər bir sıra dövlət qurumları ilə keçirilmiş bir çox şübhəli satınalmalarda hallandığından adını dəyişdiyi iddia olunur.

“Bərdə rayon Mərkəzi Xəstəxanası”nın bir şübhəli satınalması da odun yanacağının alınması ilə bağlıdır. Belə ki, səhiyyə ocağı bu məqsədlə bir mənbədən satınalma üsulu ilə fiziki şəxs Əliyev İngilis Nofəl oğlu ilə 8.100 manat məbləğində müqavilə bağlayıb. Portaldakı məlumata görə müsabiqənin başlanma tarixi 23.12.2024-cü il, bitmə tarixi 30.12.2025-cü ilə müəyyən olunub, 10.01.2025-ci ildə dərc edilib.

Xəstəxana eyni məqsədlə 15 saylı Regional Meşə Təsərrüfatı ilə də 16.250 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Burada isə müsabiqənin başlanma tarixi 27.09.2024cü il, bitmə tarixi 30.12.2025-cü ilə müəyyən olunub, 10.01.2025-ci ildə dərc edilib. Göründüyü kimi “Bərdə rayon Mərkəzi Xəstəxanası” 2024-cü ilin dekabr ayında 2025-ci ilin sonuna qədər odun yanacağının alınmasına ümumi olaraq 24 350 manat məbləğində iki satınalma müqaviləsi bağlayıb. Buradan sual yaranır. “Bərdə rayon Mərkəzi Xəstəxanası” bu odunu harda yandıracaq? Məlum olduğu kimi respublikamızda bütün iri şəhərlərdə mühüm dövlət müəssiləri qazla təmin olunub. O, cümlədən də Bərdə şəhəri. Bəs “Bərdə rayon Mərkəzi Xəstəxanası” odun yanacağını hansı məqsədlə alır? Qeyd edək ki, hələ 2017-ci ildə elektron mediada Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin siyahısı barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, ki, Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Artıq rayonun 104 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Mollalı kəndinin qazlaşdırılması yekunlaşıb. Lənbəran kəndində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Daha 4 kəndin qazlaşdırılması üçün layihə işləri görülməkdədir. Hələ 2017-ci ildə yayılan bu məlumatdan da göründüyü kimi Bərdə rayonunun yaşayış məntəqələri qazlaşdırılıb. Amma bu kəndlərdəki tibb məntəqələri qazla təmin olunmayıb. Məntəqələrin isidilməsi isə burada çalışan tibb personalının üzərinə qoyulub. Kimi evdən gətirir, kimi də şəxsi vəsaiti hesabına odun alıb məntəqəni qızdırır. Bu kənd tibb məntəqələrinin qapısının bəlkə də günlərlə açılmadığını, Bərdə rayonunda qış fəslinin o qədər də sərt keçmədiyini də nəzərə alsaq “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın odun yanacağının alınmasına ayırdığı vəsaitin təyinatı əsaslı şübhələrə yol açır. Qeyd edək ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədovdu. O, bu vəzifəyə TƏBİB idarə heyətinin keçmiş sədri Ramin Bayramlının əmri ilə 2021-ci ilin iyununda təyin olunub. V.Məmmədov 2013-cü ildən Bərdə Müalicə Diaqnostika Mərkəzində cərrah işləyib.
P.S. Məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Satınalma Komissiyasına 30 yanvar 2025-ci ildə ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Xəstəxananın satınalma şöbəsinin müdiri ilə telefon söhbətimiz zamanı o, kommersiya sirri olduğunu bildirərək heç bir münasibət bildirmədi.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28
Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22
UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15
Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13
Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11
Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08
Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 09:47
Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...
Bu gün, 09:34
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Bu gün, 09:24
Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib
Bu gün, 09:22
Manatın hazırki kursunun qorunması... - AKTUAL
Bu gün, 09:19
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14
Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05
Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01
Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57
Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45
Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59
"Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53
Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50
"Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47
"Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43
Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40
Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38
“Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34
İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30
Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
Bu gün, 06:22
Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04
Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Dünən, 18:01
Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Dünən, 17:59
Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Dünən, 17:36
Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Dünən, 17:33
“İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Dünən, 17:22
“İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Dünən, 17:19
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Dünən, 17:13
Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Dünən, 17:10
Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Dünən, 16:56
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Dünən, 16:50
Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Dünən, 16:45
Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Dünən, 16:40
Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Dünən, 16:35
Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru