Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                 

Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
Tarix: 28-01-2025, 09:00 | Çap et
Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`?
Gəncə sakinləri şəhərin Gülüstan qəsəbəsində 14 nömrəli marşrutun hərəkət etdiyi yolun bərbad vəziyyətdə olduğunu deyirlər.

Onların sözlərinə görə, şəhərin yol infrastrukturunun təmirinə zaman-zaman böyük məbləğdə vəsaitlər ayrılsa da, Gülüstan “külüstan” olaraq qalır.

14 nömrəli marşrutun yolu isə başdan-başa tanınmaz haldadır, tamamilə çöküb.

“Şəhərə milyonlar ayrılır, bəs bu vəsaitlər hara gedir?” – bu sualı Gəncə sakinləri səsləndiriblər.

Sakinlərin ünvanladığı suala cavab tapmaq üçün Gəncənin yol infrastrukturuna ayrılan vəsaitlər və tenderləri araşdırdıq.

Son olaraq yanvarın 14-ü Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Gəncə şəhəri, Əli Məmmədov küçəsində Ekoloji Park kompleksinin və onun ətrafında abadlıq işlərinin satınalınması (2-ci hissə)” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC (VÖEN: 2300214521) olub.

Qalib şirkətə 6 milyon 189 min 463 manat ödəniləcək.

Bir ay əvvəl isə “Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması” tenderi üçün şirkət 10 milyonluq müsabiqənin qalibi elan olunmuşdu.

Ümumilikdə “Gəncə Körpü Tikinti-2” ASC 2019-cu ildən bu yana, Gəncə ilə yanaşı, Gədəbəy, Qazax, Göygöl, Naftalan şəhərlərində yolların tikintisi, əsaslı təmiri və abadlaşdırma işləri ilə əlaqədar 55 milyondan çox vəsaitli tenderlərin qalibi olub.

Şirkət haqqında nələr məlumdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2002-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 143 min 104 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir.

Hazırda ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Buna qədər isə Rzayev Süleyman Qəmbər oğlu və Qurbanəliyev Çingiz Midhət oğlu şirkətin qanuni təmsilçisi kimi təmsil olunublar.

“Gəncə Körpü Tikinti-2” ASC ölkə ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeraltı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə məşğul olan azsaylı müəssisələrdən biridir.

Bundan əlavə, müəssisə şəhər yollarında və avtomobil magistrallarında abadlıq işlərini, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyalarının tikinti-quraşdırma işlərini də həyata keçirir.

Şirkətin əsl sahibi kimdir?

Saytlarında və rəsmi qurumlar tərəfindən qeyd olunan məlumatlara əsasən, şirkətin direktorlar şurasının sədri Məmmədov Aqibət İdris oğludur.

Yuxarıda adları çəkilən Çingiz Qurbanəliyev şirkətin İdarə Heyətinin sədri, Süleyman Rzayev isə sədrin müavinidir.

Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`?
Gencekorpu.com saytından screenshot

Məmmədov Aqibət İdris oğlu ölkə başçısı İlham Əliyev tərəfindən 2010-cu ildə tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, 2012-ci ildə inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə “Əməkdar mühəndis” fəxri adı ilə, 2018-ci ildə isə yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Davamlı mükafatlarla təltif edilən oliqarx Aqibət Məmmədov hələ sovet dövründən inşaatda çalışıb və sonradan “Gəncə Körpü Tikinti-2” ASC-ni özəlləşdirib. Lakin onun fəaliyyəti təkcə büdcə pulları hesabına yol-nəqliyyat layihələrinin tikintisini həyata keçirməklə bitmir, Aqibət Məmmədovun bir sıra xarici ölkələrdə aktivləri, biznesi və otelləri mövcuddur.

Sahibkar Aqibət Məmmədovun həmtəsisçisi olduğu “Sudotexnologiya” şirkəti Belarusun paytaxtı Minsk şəhərində 3 iri obyektin layihələndiricisi və investoru olub: “Astoria Riverside” restoran kompleksi, “Abşeron” kompleksi və Çervensk bazarı ilə üzbəüz tikilən görkəmli Biznes Mərkəzi.

Bundan əlavə, Rusiyada Aqibət Məmmədovun adına 2023-cü ildə qeydiyyatdan keçən “Deluks” (773434691871) adlı şirkəti mövcuddur.

Şirkət 27 müxtəlif sahələrdə fəaliyyət göstərir. Amma əsasən icarəyə götürülmüş daşınmaz əmlakın icarəsi və ya idarə edilməsi xidmətlərini yerinə yetirir.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, onun oğlu Rəşad Məmmədovun adına isə 3 şirkət mövcuddur: “ATRANG” MMC (1501965141), “OSMAN” MMC (7600020171) və “ESA HOME” MMC (1700926071).

Şirkətlərin hansı fəaliyyətlə məşğul olduqları barədə məlumat əldə etmək mümkün deyil.

Bundan başqa, ötən illərdə Aqibət Məmmədov oğlu Rəşad avtomobil kolleksiyası ilə gündəmə gəlmişdi.

Məlumatlarda bildirilirdi ki, Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. Onun vaxtaşırı avtomobil parkını yenilədiyi iddia olunur.

Aqibət Məmmədov barəsindəki iddialara nə cavab verir?

Aqibət Məmmədov isə özü haqqında dərc etdiyi məqalədə iddiaları təkzib edib:

“Aqibət Məmmədov oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Bəzi media qurumlarında Aqibət Məmmədov haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar”.

“Məsələnin düşündürücü tərəfi odur ki, Aqibət Məmmədov haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda, yəqin ki, fərqli addımlar atardılar”, – deyə o bildirir.

Cəhd etsək də aidiyyəti qurumlardan sakinlərin suallarına cavab ala bilmədik…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru