Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Tarix: 24-01-2025, 11:15 | Çap et
 Ordubad rayonunun ucqar kəndlərində çalışan müəllimlər, onlara ayrılan 90 manat kommunal xərclərin ötən ilin sentyabr ayından ödənilmədiyini bildirirlər. Şikayətçilər “Gündəlik Naxçıvan”a deyirlər ki, buna səbəb kimi müəllimlərin dərs dedikləri kəndlərdə yaşamamaları göstərilir. Əlavə olaraq, bu qərar dövlət büdcəsinə qənaətlə əlaqələndirilir. Lakin müəllimlər bunun ədalətsizlik olduğunu düşünürlər, çünki onlar həmin kəndlərə hər gün gedib-gəlmək üçün kommunal üçün nəzərdə tutulandan da çox xərc çəkirlər. Naxçıvan şəhərindən hər gün taksi ilə gedib-gələn müəllimlərdən biri olan G.M. deyir ki, bu qərar onların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir: “Demək olar ki, bütün məktəblərdə eyni sözü deyirlər: kənddə qalmadığınız üçün kommunal xərclər ödənilməyəcək. Mən hər gün Naxçıvan şəhərindən gedib-gəlirəm. Ucqar kəndlərə normal marşrut işləmədiyi üçün taksiyə 8 manat ödəyirəm, bu da ayda 160 manat edir. Heç bir dərs buraxmıram, amma yenə də bu 90 manat kəsilir. Mən ailəliyəm, uşaqlarımı buraxıb daimi kənddə qala bilmirəm. Elə müəllim var ki, həftədə iki-üç dərsi olur, bu halda kim ailəsini qoyub kənddə qala bilər? Onsuz da maaşımız ailəmizi dolandırmağa çatmır. Nazirlik bu məsələyə müdaxilə etməli və bu pulların ödənilməsini təmin etməlidir.” Oxşar problemi yaşayan C.Ə. isə, yaşlı anasına baxmaq üçün kənddə qala bilmədiyini bildirir: “Əvvəllər dərs dediyim kənddə qala bilirdim. Amma ötən ildən xəstə anamı tək buraxa bilmirəm. Hər gün 80 kilometr məsafəni qət edərək kəndə gedib-gəlirəm. Taksi üçün gündə 8-10 manat ödəyirəm, bu isə 90 manatlıq kommunal xərclərdən iki dəfə artıqdır. Dərs buraxmıram, hər dəfə vaxtında dərsə gəlirəm, amma yenə də bu pulu kəsirlər. Kənddə qalmaq isə daha çox xərc tələb edir. Biz xoşumuzdan hər gün bu əziyyəti çəkmirik. Ailə dolandırmaq üçün bu yolu qət edirik, amma nə məktəb rəhbərliyi, nə də Təhsil Nazirliyi bu vəziyyəti nəzərə almır.” Müəllimlər, kommunal xərclərin ödənilməməsinin maliyyə çatışmazlığı bəhanəsi ilə izah edilməsinə etiraz edirlər. Onların fikrincə, dövlətin maliyyə problemlərini həll etmək üçün müəllimlərin vəziyyətini daha da ağırlaşdırması doğru deyil. “Məktəb rəhbərliyi və nazirlik deyir ki, maliyyə çatışmazlığı var. Amma bu çatışmazlığı yalnız müəllimlərin cibindən həll etməkmi lazımdır? Onsuz da az maaş alırıq, ailəmizi dolandırmağa çətinlik çəkirik. Hər şeyə pul tapırlar, amma bizim 90 manatımızı vermək istəmirlər.” Müəllimlər ümid edirlər ki, Təhsil Nazirliyi bu məsələni araşdıracaq və haqlarının bərpası üçün tədbirlər görəcək.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Türk ekspertlərdən iddialar - Toqquşma, təxribat və ya hücum...
Bu gün, 11:34 |
|
|
|
| • Milli Məclisdə büdcə müzakirələri davam edir
Bu gün, 11:28 |
|
|
|
| • Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • "Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25 |
|
|
|
| • SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24 |
|
|
|
| • Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20 |
|
|
|
| • ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19 |
|
|
|
| • "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18 |
|
|
|
| • Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14 |
|
|
|
| • Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04 |
|
|
|
| • Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03 |
|
|
|
| • Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53 |
|
|
|
| • SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47 |
|
|
|
| • Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39 |
|
|
|
| • İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37 |
|
|
|
| • Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28 |
|
|
|
| • Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22 |
|
|
|
| • UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18 |
|
|
|
| • Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15 |
|
|
|
| • Vergi borcuna görə ölkədən çıxış qadağası: rəqəmlər və narahatlıq… - HÜQUQŞÜNAS DEYİR Kİ...
Bu gün, 10:13 |
|
|
|
| • Ağciyər Xəstəlikləri Mərkəzi şuadiaqnostika və radioloji otaqların izolyasiya etdirir
Bu gün, 10:11 |
|
|
|
| • Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:08 |
|
|
|
| • Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 09:47 |
|
|
|
| • Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...
Bu gün, 09:34 |
|
|
|
| • 12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı - MƏQALƏ
Bu gün, 09:24 |
|
|
|
| • Azərbaycan müdafiə naziri Bosniya və Herseqovinaya səfər edib
Bu gün, 09:22 |
|
|
|
| • Manatın hazırki kursunun qorunması... - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
| • “Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14 |
|
|
|
| • Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05 |
|
|
|
| • Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01 |
|
|
|
| • Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00 |
|
|
|
| • Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50 |
|
|
|
| • “Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57 |
|
|
|
| • Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45 |
|
|
|
| • Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25 |
|
|
|
| • "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16 |
|
|
|
| • Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13 |
|
|
|
| • Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59 |
|
|
|
| • "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53 |
|
|
|
| • Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50 |
|
|
|
| • "Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47 |
|
|
|
| • "Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43 |
|
|
|
| • Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40 |
|
|
|
| • Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38 |
|
|
|
| • “Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34 |
|
|
|
| • İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
| • Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30 |
|
|
|
| • Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26 |
|
|
|
|