Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Tarix: 23-01-2025, 09:37 | Çap et
 Azərbaycanda çirkli pulların yuyulması, məmurlar tərəfindən çirkli işlərin görülməsi haqda qulaq çox eşidib, amma ölkənin çirkli ölkələr arasında "yüksək" yer tutduğunu eşitmək bir ayrı faciədir. Axı cəmi iki ay əvvəl bu ölkə COP29 konfransına ev sahibliyi etmişdi, yaşıl enerjidən danışır, təmiz şəhərlər haqda danışırdıq. Özü də COP29 tədbirinin prezidenti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev idi. Taleyin ironiyasına bax ki, Azərbaycanın çirkli ölkələr siyahısına düşməsinə səbəb olan nazir o zaman bu prosesə rəhbərlik edirdi. Heç deyən də olmadı ki, Muxtar Babayev ekologiyanın, təmiz havanın qayğısına nə vaxt qaldı ki, COP29 ona tapşırıldı? İndisə bu tədbirdən iki ay keçir və "Numbeo” qlobal məlumat bazası ən çirkli ölkələrin reytinqini dərc edir." Çirklənmə indeksi – 2025” (“Pollution Index 2025”) adlı hesabatda Azərbaycan ekoloji baxımdan çirklənmiş ölkələr sırasında yer alıb. Azərbaycan çirklənmə səviyyəsinə görə 113 ölkə arasında 82-ci sırada qərarlaşıb, çirklənmə indeksi isə 72,7-dir. Maşallah, neqativ nə varsa, siyahıların başında getməyə hazırıq. Bu da əlbət ki, məmurların ölkəni necə idarə etməsinin nəticəsidir. Anaxeber.info bildirir ki, bu hesabatda ön sırada olmaq məhz ETSN rəhbərliyinin fəaliyyətinin "bəhrəsidir". Çünki ekoloji təmizlikdən nəinki söhbət gedə bilməz, getdikcə bu barədə vəziyyət pisləşir. Nazirlik isə real tədbirlər görmədiyi üçün ilbəil Azərbaycan çirkli ölkələr arasında yer alır. Məsələn, yaşıllıqların məhvi, havasızlığı yaradan tikinti bumu, meşə zolaqlarının azalması, iaşə obyektlərinə ağacların qurban verilməsi, küçə və prospektlərdə təmizliyə riayətin Avropa səviyyəsində olmaması əsas amillərdir. Reytinq hazırlanarkən, müxtəlif ölkələrin şəhərlərində hava və suyun, həmçinin işıq, səs-küyün çirklənməsi, tullantıların utilizasiyasının keyfiyyəti, yaşıllıq səviyyəsi, hətta həyatın rahatlığı da nəzərə alınır. İndeks “Numbeo”nun keçirdiyi sorğuların nəticələri əsasında tərtib edilir. Məlumatların düzgünlüyünü təmin etmək məqsədilə potensial spamlar filtrləmə ilə müəyyən olunaraq kənarlaşdırılır. Reytinq siyahısında Belarus 33-cü, Özbəkistan 42-ci, Rusiya 53-cü, Moldova 58-ci, Ukrayna 59-cu, Ermənistan 60-cı, Türkiyə 67-ci, Gürcüstan 72-ci yerdə qərarlaşıb. Region ölkələrindən yalnız Qazaxıstan (86) və İran (91) Azərbaycandan sonra gəlir. Göründüyü kimi, M.Babayevin rəhbərliyi altında ETSN Azərbaycanı dünyaya rüsvay edib. Məlum olur ki, COP29 keçirən ölkə çirkliliyə görə "zirvə"lərdədir və ən dəhşətlisi budur ki, bu regionda çoxlarından geri qalırıq. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan Afrika dövlətlərinə yaxınlaşmaqdadır. Görünür, onların bizdəki kimi nazirliyi yoxdur. Hesabatda deyildiyi kimi, əsasən təmizlik, yaşıllıq nəzərə alınıb. Bizdə isə ETSN təkcə Bakını götürsək, paytaxtı keçəlxanaya döndərib. Elə bil şəhərdə daş dövrüdür. Avropa bir yana, Gürcüstan, Özbəkistan, Belarus başdan-başa yaşıllıqlara oksigen balonuna oxşayır. İnsanlar təmiz hava udur. Bizdə isə Şamaxıdan Bakıya qayıdanda səmaya baxırsan, Muxtar Babayevin "əli işi"ni görürsən. Dünyada analoqsuz hadisədir ki, COP29 olan ölkə çirkli ölkələr siyahısında yer alır. Ümumiyyətlə, Bakının çirkli olmasına səbəb məmurların çirkin və rüşvət əməlləridir. Bəlkə də nazirlik onlarla bacarmır. Şəhərin yaşıllıqlarına "divan tutub", sonra ekoloji təmizlikdən danışırlar. Hələ biz şəhərdə zibil qutularının az olmasını demirik. Küçələrin süpürülməsi də bir ayrı faciədir. Bu işi yaşlı qadınlara etdirirlər. Sanki elektron süpürgələr yoxdur. ETSN bizi bu "qara siyahı"dan çıxarmaq üçün indi nəsə etməlidir. Dünyanı bura yığıb danışmaqla deyil...
Azər Talıbov Anaxeber.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - TƏFSİLAT
Bu gün, 11:10 |
|
|
|
• Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... - ŞOK FAKTLAR
Bu gün, 11:09 |
|
|
|
• “Həkimlər bizi hədələyir ki, səsini çıxarsan, 2 ildə aldığınız pulları geri ödəyəcəksiniz” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:05 |
|
|
|
• Şirvanda torpaq mübahisəsi zəminində qətl: Cəza ağırlaşdırıldı – MƏHKƏMƏ
Bu gün, 10:59 |
|
|
|
• Hazırlıq başladı: İsraildə vardı, 38 il sonra Türkiyədə də olacaq – Azərbaycanlılar üçün çağırış
Bu gün, 10:56 |
|
|
|
• Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 10:53 |
|
|
|
• Beyləqanda bu ilin əvvəlində yaradımış şirkətin nizamnamə kapitalından - 1 MİLYON MANAT GÖTÜRÜLÜR
Bu gün, 10:49 |
|
|
|
• Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
Bu gün, 10:44 |
|
|
|
• Nadir Bayramlı QINADI: - “Oxumur, özünü rüsvay edir”
Bu gün, 10:42 |
|
|
|
• Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
Bu gün, 10:39 |
|
|
|
• 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Bu gün, 10:37 |
|
|
|
• Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub - VİDEO
Bu gün, 10:34 |
|
|
|
• İsrail kəşfiyyatı Qətərdə əməliyyatı bir neçə həftə ərzində planlaşdırmışdı - KİV
Bu gün, 10:31 |
|
|
|
• Ruslar Azərbaycana qarşı YENİ HƏBS DALĞASINA START VERİB... - bu dəfə...
Bu gün, 10:28 |
|
|
|
• Qırmızı kitaba düşən heyvanlarla müştəri "cəlb" edilir - Restoranlarda "trend"ə çevrilən “vəhşilik”...
Bu gün, 10:14 |
|
|
|
• Qarabağ Qazisi `Azəriqaz`la çəkişmədə... - Artıq bir ildir ki...
Bu gün, 10:10 |
|
|
|
• Azərbaycanda yeni nazirlik yaradılacaq? - Görünəni odur ki...
Bu gün, 10:05 |
|
|
|
• Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN? - NARAZILIQ VAR...
Bu gün, 10:00 |
|
|
|
• "Bu qərarı qanunsuz hesab edirəm" - VİDEOMÜRACİƏT
Bu gün, 09:41 |
|
|
|
• Paşinyan ermənilərdən ÜZR İSTƏDİ... - BUNA GÖRƏ...
Bu gün, 09:36 |
|
|
|
• Azərbaycanda sabiq məktəb direktoruna elektron qolbaq taxıldı
Bu gün, 09:33 |
|
|
|
• Şimal və cənubdan Azərbaycana heyrətamiz böhtan - AXI NİYƏ?
Bu gün, 09:27 |
|
|
|
• Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb - FOTO
Bu gün, 09:24 |
|
|
|
• Lavrov Əliyevin məşhur təklifini gündəmə gətirdi – “Razıyıq!”
Bu gün, 09:13 |
|
|
|
• Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif - DETALLAR
Bu gün, 09:01 |
|
|
|
• Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bu gün bitir - KİV
Bu gün, 08:59 |
|
|
|
• Xankəndidə restoranda müştəriləri təhqir edən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 08:57 |
|
|
|
• Fransanın dizayn, konsaltinq və mühəndislik şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 08:56 |
|
|
|
• Bir qrup müəllim deputatın direktor bacısından şikayətçidir - "Məktəb ciddi yoxlanılsın..."
Bu gün, 08:53 |
|
|
|
• Trampın adamları Bakıda: Zəngəzur hazırlığı başladı - GƏLİŞMƏ
Bu gün, 08:47 |
|
|
|
• Direktor təyinatında İKİLİ STANDART... - BU NƏDİ BELƏ?
Bu gün, 07:31 |
|
|
|
• Masazırda barınan oliqarx-məmur... - İLGİNC FAKTLAR
Bu gün, 07:26 |
|
|
|
• "Uşaq bağçasına yerlər 500 manata satılır" - NARAZILIQ VAR...
Bu gün, 07:22 |
|
|
|
• Zirəddindən şok müharibə PROQNOZU
Bu gün, 07:18 |
|
|
|
• İnteqrasiya təlimli internat məktəbinin qalmaqallı direktoru yenidən gündəmdə - bu dəfə vergi məsələsinə görə...
Bu gün, 07:16 |
|
|
|
• Bakıda məktəb direktoru qeyri-adi səbəbə görə işdən ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 07:04 |
|
|
|
• Sülhü sabotaj edən səfir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:01 |
|
|
|
• Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi - "Bu, faktiki olaraq inhisarçılıqdır"
Bu gün, 06:59 |
|
|
|
• "Rusiya Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilmir" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:56 |
|
|
|
• Musiqi məktəblərindən də narazılıq var - Qiymət bahalaşıb, pulu da əvvəlcədən istəyirlər
Bu gün, 06:54 |
|
|
|
• “Qalacaq yer tapmaq imtahandan sonra ikinci stressdir” - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
• “Ermənistanla sülh müqaviləsi imzalanacaq” - Yalnız bunlar olacaqsa...
Bu gün, 06:47 |
|
|
|
• "Hər bayram, hər qələbə artıq başqa dad verəcək"
Bu gün, 06:44 |
|
|
|
• Kreditlərlə bağlı mühüm məsələ – İlin sonuna qədər…
Bu gün, 06:40 |
|
|
|
• Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib - NƏ BAŞ VERİR?
Bu gün, 06:35 |
|
|
|
• Musiqi ruhun qidasıydı, qatili yox...
Bu gün, 01:32 |
|
|
|
• Bərdə İcra Hakimiyyəti bir gündə iki tender elan edib - AY MAŞALLAH...
Dünən, 18:34 |
|
|
|
• Alverçilərin BAZARI ÖLDÜ – “Heç kim bu maşınlara 20-25 min vermək istəmir”
Dünən, 18:27 |
|
|
|
• "Abzas Media" işi: - Təqsirləndirilənlər barədə qərar...
Dünən, 18:12 |
|
|
|
• Ucuz neft Azərbaycana problem yaradacaq? - GƏLİŞMƏ
Dünən, 18:07 |
|
|
|
|