"Deməli, mənim başıma belə bir iş gəlib. Xahiş edirəm... bu haqda kim nəsə bilirsə, köməklik etsin..." "DİA-AZ" xəbər verir ki, bu haqda Xəyyam Hüseynov adlı keçmiş hərbçi "Hüquqşünaslar" sosial qrupundakı paylaşımında müraciət edir. MNarazı vətəndaş daha sonra bildirir: "Gedirəm məhkəməyə ki şikayət edəm... sosial müdafiəsi naziri mənə 12 il hərbi xidmət zamanı tapdığım xəstəliyə görə mənə əlillik təyin etmir... mənim üçün məhkəmədə vəkil tutulur və o, adımdan məktub yazır... Amma deyirlər, imtinadan 1 ay keçsə, şikayət edə bilməzsən. Mən də xəstə insanam... aylarla çöllərdə qala bilmirəm, ürək xəstəsiyəm, yeriyə bilmirəm normal ki gedəm yeni sənədlər toplayam... İndi mən istəyirəm ki mənim işimi məhkəmə ekspertizası aparsın.... Mənim belə bir hüququm varmı ki üzürlü səbəbdən mənim işimə məhkəmə baxsın... Xahiş edirəm bilən varsa, yazsın... Mən də bir keçmiş hərbçi olmuşam... Köməkliyinizi əsrigəməyin..."