Xəbər verildiyi kimi, ötən ilin dekabrın 18-də Yeni Uluxanlı kəndində itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub.
İstintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı il təvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb. Lakin növbəti gün əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə şübhələr müəyyən edilib.
Mətanət Hüseynova sərbəst buraxılıb. Cinayəti törətməkdə şübhəli bilinən oğlu-yetkinlik yaşına çatmayan şəxs isə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Qətlə yetirilən Ramal Hüseynovun qardaşı Mövlam Hüseynov Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib ki, qətldə şübhəli olaraq 15 yaşlı qardaşı oğlu saxlanılıb. Mətanət Hüseynova isə azyaşlı qızı ilə birgə sığınacaqlardan birinə yerləşdirilib.