Konstitusiya Məhkəməsi tərəfindən 2025-ci ildə dərc olunacaq qəzet və jurnalların satın alınması ilə bağlı tender müsabiqəsi (Açıq tender) elan olunub. Yeniavaz.com xəbər verir ki, fevral ayının 2-nə kimi davam edəcək müsabiqənin yekununda Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq. Maraqlıdır ki, Konstitusiya Məhkəməsinin almaq istədiyi qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri yoxdur. Konstitusiya Məhkəməsinin satın almaq istədiyi nəşrlərin 9-u yerli KİV, 4-ü isə Rusiya KİV-dir.
Məlumat üçün onu da bildirək ki, Müdafiə Nazirliyinin də 2023-cü ildə satın alacağı qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-dən başqa heç bir ölkənin mətbu nəşri olmayıb. Nazirliyin 2023-cü ildə satın almaq istədiyi nəşrlərin 14-ü yerli, 20-si isə Rusiya KİV-in məhsulları olub. Bu barədə ilk dəfə Yeniavaz.com məlumat yayıb. Bu məlumat yayıldıqdan sonra (növbəti ildə) Müdafiə Nazirliyi Rusiya qəzet və jurnallarını almaqdan imtina edib.