"Vicdansız cəmiyyətdən vicdanlı insanlar çıxmaz" - ÇAĞIRIŞ
Tarix: 3-01-2025, 11:11 |
Çap et
" "BOLT"dan həmişə olduğu kimi, taksi sifarişi etdim ki, gecə işdən evə gedəm... Yuxu tutub taksidə, baxıram ki, mən yuxudaykən sürücü yolu bilərək uzadıb..." "DİA-AZ" bildirir ki, bunu öz etirazında ictimai fəal Taleh Bağlrov ifadə edib.
Narazı vətəndaş daha sonra bildirib: "Nəysə... dedim kartını de kartına atacam. Kartına atıb qəbzi skan edib operatora göndərdim və vəziyyəti izah etdim... Sağ olsunlar anlayışla qarşılayıb sürücünü cəzalandırdılar... Mənə "atış gəlinən" məbləğin iki qatını "promokod" kimi verdilər, yəni bu gün işdən evə havayı gedəcəm...
Etməyin belə, bəylər, əgər qazancınız Sizi qane etmirsə, işləməyin...
Məsələn, mən gün ərzində dörd saat yuxu yatıb üç işdə işləyirəm. Tələbə oxuduram... gələcəkdə o tələbələr xəstəxanalarda Sizə xidmət edəcək...
Sizsə onların ruzisinə göz dikmisiniz...
Öz gələcəyinizi öz əllərinizlə məhv etməyin. Mən o uşaqları oxutduqdan sonra belə "maşennik" cəmiyyətdə necə saxlaya bilərəm?
Sonrada gileylənirlər ki, xəstəxanalarda həkim yoxdur təchizat yoxdur... etməyin belə...
Onları oxutmaq üçün gecə-gündüz çalışıram... sonda isə Sizə xidmət edəcəklər...
Vicdansız cəmiyyətdən vicdanlı insanlar çıxmaz. Hər kəs çalışmalıdır ki,özü özünü tərbiyə etsin..."