ƏMANƏTLƏRƏ XƏYANƏT FONDU... - "Necəsə dolanmaq lazımdır da..."
Tarix: 3-01-2025, 09:15 |
Çap et
"Əmanətlərin Sığortalanması Fondu bu il də ölkənin ən qeyri-şəffaf qurumu oldu". "DİA-AZ" xəbər verir ki, bunu sözügedən qurumun keçən ilki fəaliyyətini dəyərləndirən tanınmış ekspert Əkrəm həsənov qeyd edib.
Ə.Həsənov daha sonra fikrini belə əsaslandırıb: "O, müflisləşmiş bankların ləğvedicisi olaraq onların əmlakını istədiyi qiymətlə satır, həmin banklara borcu olanların borcunu istədiyi kimi bağışlayır, bu proseslərə həmin bankların pulunu istədiyi kimi xərcləyir və s. və i.a. Heç kəsə, xüsusilə o banklarda pulu qalmış kreditorlara da heç bir hesabat vermir.
Sadəcə deyir ki, mənə inanın, mən dürüstəm. Biz də inanırıq ki, milyardlarla məbləğlər düzgün idarə olunur. Düzdür, yekunda bankda pulu qalmış şəxslərə heç nə çatmır.
Amma nə etmək olar: Fond əlindən gələni edir, sadəcə dünyanın işi belədir də. Əminik ki, növbəti ildə də bu Fond qeyri-şəffaf fəaliyyətini davam etdirəcək, kreditorlara da heç nə çatmayacaq.
Təki Fondun rəhbərliyinin və onların ailələrinin canı sağ olsun! Necəsə dolanmaq lazımdır da..."