“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” .....                     Texniki nasazlıq, yoxsa... .....                     Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu .....                     Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu .....                     "Əməliyyatdan sonra qorxulu görünürdüm" .....                     Kürdəmirə yeni icra başçısı təyin edilib .....                     Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI .....                     Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib .....                     Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib .....                     Göygölün icra başçısı vəzifəsindən azad edilib .....                     Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ .....                     Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi .....                     “Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” .....                     Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... .....                     Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib .....                     Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb .....                     Ermənistan Moskvanı kənara itələyir .....                     Bu icra başçısı vəzifəsindən azad edildi .....                     Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı .....                     "BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." .....                     DSMF 4 ədəd pikap tipli avtomobil alır .....                     Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil .....                     Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur .....                     Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? .....                     Günel Bəhramqızı şöbə rəisi təyin edildi .....                     Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir .....                     “Dedi ki, sakinlər məni öldürür, pulu ver” .....                     Xalq artistimizdən təqdirəlayiq JEST: .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi .....                     Türk ekspertlərdən iddialar .....                     Milli Məclisdə büdcə müzakirələri davam edir .....                     Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi .....                     "Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək .....                     SOCAR-a yaxın daha bir şirkət təsis edilib .....                     Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür .....                     ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır .....                     "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir .....                     Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü .....                     Trampın oğlu Ermənistana səfərini ləğv edib .....                 

Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də... - İLGİNC FAKTLAR...
Tarix: 25-12-2024, 10:21 | Çap et
Rayonları bir-bir gəzən “Proqress İnşaat EN” indi də...
Ötən ayın sonlarında mediada daha bir korrupsiya faktı ictimailəşdi. 35 şirkətə rəhbərlik edən(?) şəxs həbs edildi. Rəsmi açıqlamalara görə, dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib olan 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Məlum oldu ki, Fəqani Rəhimov bu “işgüzar aləm”də tək deyilmiş. Aparılan istintaqla bir neçə vəzifəli şəxslərin də qanunsuzluqlarının üstü açıldı. F. Rəhimov qanunsuz işlərinin çoxunu adı ilk dəfə eşidilən “İnşaat-F” MMC vasitəsilə həyata keçiribmiş.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla ümumilikdə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürüldüyü və bu vəsaitin 62 min manatının həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırıldığı məlum olub. Söhbət dövlət satınalmaları – tenderlər, kotirovka sorğuları - adı ilə dövlət büdcəsinin talanmasından gedir...

Bu olayı səbəbsiz xatırlatmadıq... Təəssüf ki, korrupsiyaya, eləcə də dövlət satınalmalarında mənimsəməyə qarşı illərdir ki, aidiyyatı dövlət qurumlarının mübarizəsi hələ də, gözlənilən nəticəni vermir. Bu əməliyyatlarda isə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir... Bəzən isə bir gün əvvəl təsis edilən, heç bir məlum bazası, potensialı olmayan şirkətlər “qalib” olur.

Beyləqan belə “PROQRES” edir...

Beyləqan Rayon İcra Hakimiyyəti də, silsilə tenderlər keçirib, dövlətin pulunu müxtəlif adlarla xərcləyən dövlət strukturlarındandır. Belə tenderlərdən biri də, yaxın günlərdə yekunlaşdırılıb. 17.12.2024-cü il tarixdə bu İcra Hakimiyyəti "PROQRESS İNŞAAT EN" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Beyləqan Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri qarışılığında "PROQRESS İNŞAAT EN" MMC-nə 110.592 manat ödəməli olacaq.

Bu arada beyləqanlı oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, dəfələrlə dövlət vəsaitinin xərclənməsinə baxmayaraq, rayon ərazisində, hətta rayon mərkəzində yollar bərbad olaraq qalır.

Məlumat üçün onu da bildirək ki, tərəflər arasındakı bu müqavilə ilə rayonun 6 küçəsinin – M. Əsədov, Ə. Vahid, Z. Əliyeva, M. Ə. Rəsulzadə, Barat Quliyev və C. Naxçıvaniski – təmiri nəzərdə tutulur.

Bu əməkdaşlıqda diqqət çəkən faktorlardan birincisi Beyləqan Rayon İcra Hakimiyyətinin heç də az olmayan dövlət vəsaitini etbar etdiyi "PROQRESS İNŞAAT EN" MMC ilə bağlıdır. Heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)

İnternet üzərindən araşdırmalarımızla yalnız o məlum oldu ki, "PROQRESS İNŞAAT EN" MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000.00 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Pivə zavodu ev 24/6, qanuni təmsilçisi isə İslamov Nazim Əli oğludur. Dövlət Reyestrinə daxil edilmiş məlumata görə, 07.07.2022–ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

***

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.

Belə olan halda yumşaq desək "PROQRESS İNŞAAT EN" MMC-nin fəaliyyəti ciddi araşdırmaları zəruri edir... Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı kimi Əziz Əzizov dövlətin pulunu etibar edir? İlin-günün bu vaxtında internet üzərindən əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? Beyləqan Rayon İcra Hakimiyyətinin bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)

Yazının girişində qeyd etdiyimiz kimi, bəzən dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”...

***

Biz Yenixeber.org olaraq bu və digər faktlarla bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizova 7 sualdan ibarət online sorğu ünvanladıq... Bu ayın 17-sində göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik(?) Baxmayaraq ki, qurum rəsmiləri tezliklə cavab verəcəklərini bildirdilər.

Cənab Əziz Əzizova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

Yenixeber.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Bu gün, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Bu gün, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Bu gün, 14:02
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54
"Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52
Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47
Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43
Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:41
Göygölün icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 13:39
Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ - SƏRƏNCAM
Bu gün, 13:35
Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi - SƏRƏNCAM
Bu gün, 13:31
“Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” - VİDEO
Bu gün, 13:27
Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... - İLGİNC İDDİALAR
Bu gün, 13:19
Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib
Bu gün, 13:11
Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb
Bu gün, 13:10
Ermənistan Moskvanı kənara itələyir - Kiyevdən bahalı taxıl alır, fərqi Brüssel ödəsin deyir
Bu gün, 13:06
Bu icra başçısı vəzifəsindən azad edildi - DEYİLƏNƏ GÖRƏ...
Bu gün, 13:04
Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı - ÖZÜNÜ DOĞRULTMADI
Bu gün, 12:54
"BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." - NARAZILIQ VAR...
Bu gün, 12:49
DSMF 4 ədəd pikap tipli avtomobil alır – 227 min manat ödəniləcək
Bu gün, 12:44
Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil - Paşinyan CAVAB VERDİ
Bu gün, 12:42
Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur - MƏHKƏMƏ
Bu gün, 12:39
Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:36
Günel Bəhramqızı şöbə rəisi təyin edildi - ÖZÜ AÇIQLADI
Bu gün, 12:35
Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir - SVR
Bu gün, 12:33
“Dedi ki, sakinlər məni öldürür, pulu ver” – Eyni mənzil çoxlarına belə satılırmış
Bu gün, 12:31
Xalq artistimizdən təqdirəlayiq JEST: - "Orada 20 hərbiçimiz şəhid olub"
Bu gün, 12:27
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:24
2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi - Paşinyan
Bu gün, 12:21
Türk ekspertlərdən iddialar - Toqquşma, təxribat və ya hücum...
Bu gün, 11:34
Milli Məclisdə büdcə müzakirələri davam edir
Bu gün, 11:28
Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26
"Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24
Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20
ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19
"Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18
Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14
Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04
Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03
Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53
SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47
Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41
“Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39
İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37
Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28
Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22
UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru