Qarabağ qazisi Ceyhun Ağayev Suraxanı rayon icra başçısı Adil Əliyevin qəbuluna düşə bilmir.
Anaxeber.info-nun verdiyi məlumata görə, müharibə veteranı bu haqda müraciət ünvanlayıb.
C. Ağayev deyib ki, Adil Əliyev deputat olanda qəbuluna düşmək daha asan idi. Onun sözlərinə görə, ev tikintisi ilə bağlı icra başçısının qəbuluna getmək istəsə də, onu yaxına buraxmırlar.
Şikayətçi bildirib ki, Suraxanı İH nümayəndəsi ilə görüşüb, lakin ev tikintisi ilə əlaqədar əsaslı bir söz deməyib. Qazi ümid edir ki, icra başçısı Adil Əliyev onun səsinə səs verəcək.