"Mən 2007-ci ildən "Azəriqaz" istehsalat Birliyi Lənkəran Regional Qaz-İstismar İdarəsi Astara xidmət sahəsində "104" xidmətində çalışmışam". "DİA-AZ xəbər verir ki, bu barədə narazılıq edən şikayətçi - Astara rayon sakini Dadaşov Ruslan Qalib oğlu ilginc özbaşınalıq faktlarını açıqlayır.
Müraciətdə deyilir: "2023-cü ilin mart ayında məzuniyyət götürüb ailə vəziyyətimlə bağlı Türkiyəyə müalicəyə getdim. Qayıdanda məzuniyyətimdən 4 gün işə gecikməm var idi... Regional idarənin rəisi mənə hədə-qorxu gələrək məndən işimə qayıtmağımın müqabilində pul tələb etdi. Əks halda ərizə yazıb işdən getməli olduğumu bildirdi.
Mən də imkanım olmadığından məcbure ərizə yazıb işdən getməli oldum. 3 gün keçməmiş yerimə nəyinsə müqabilində başqasını işə götürdülər.
İl yarımdan çoxdur ki öhdəmdə olan 5 nəfərlik ailə ilə işsiz vəziyyətdə yaşayıram. Mən ölkə rəhbərliyindən xahiş edirəm ki, 4 gün iş gecikməsi səbəbindən məni qovan rəhbərliyi cəzalandırsın, məni də işimə qaytarsınlar..."