“Pilot bu səbəbdən siqnal ötürə bilməyib” .....                     “İndi meydanı veriblər Manafa” .....                     Nizami Rəmzinin qızına iş kəsildi .....                     Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır .....                     “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb .....                     Rusiya qəribə hesabat yaydı: .....                     Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB .....                     Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb .....                     "Vəsait ayrılmasa, etiraz edəcəyik" .....                     Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib .....                     “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” .....                     Texniki nasazlıq, yoxsa... .....                     Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu .....                     Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu .....                     "Əməliyyatdan sonra qorxulu görünürdüm" .....                     Kürdəmirə yeni icra başçısı təyin edilib .....                     Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI .....                     Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib .....                     Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib .....                     Göygölün icra başçısı vəzifəsindən azad edilib .....                     Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ .....                     Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi .....                     “Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” .....                     Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... .....                     Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib .....                     Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb .....                     Ermənistan Moskvanı kənara itələyir .....                     Bu icra başçısı vəzifəsindən azad edildi .....                     Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı .....                     "BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." .....                     DSMF 4 ədəd pikap tipli avtomobil alır .....                     Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil .....                     Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur .....                     Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? .....                     Günel Bəhramqızı şöbə rəisi təyin edildi .....                     Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir .....                     “Dedi ki, sakinlər məni öldürür, pulu ver” .....                     Xalq artistimizdən təqdirəlayiq JEST: .....                 

"Travmatologiya İnstitutunda ciddi yeyinti var" - Keçmiş şöbə müdirindən sensasion iddialar
Tarix: 13-12-2024, 11:53 | Çap et
"Travmatologiya İnstitutunda ciddi yeyinti var"
Dünən Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Bakupost.az xəbər verir ki, Ş.Şahbazov məhkəmə iddiasında işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib. O, məhkəməyə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə bağlı bir sıra qanunazidd faktlar təqdim edib və onların nəzərə alınaraq, işin prokurorluğa göndərilməsini xahiş edib.
Hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ş.Şahbazovun vəkili Asim Abbasov bir sıra ciddi ittihamlar irəli sürüb. O, hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəm olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edib.
Vəkil Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistematik şəkildə yeyintilərin olduğunu bildirib:
"İlqar Qasımov nazir müavini ola-ola hələ də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu nəzarətdə saxlayır. Onun xidməti avtomobili hər həftə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həyətində olur. Bu, təsadüfi deyil. Orada müəyyən haqq-hesablar gedir. Səhiyyə nazirinin müavini İlqar Qasımov hətta endoprotez əməliyyatlarında şəxsən iştirak edir. Halbuki, nazir müavini qanuna görə, iş vaxtı Nazirlikdə olaraq aidiyyatı vəzifəsini icra etməli idi. Söhbət 6-7 rəqəmli məbləğlərdən gedir. İlqar Qasımov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna rəhbərlik etdiyi vaxtlarda qoyduğu qayda-qanunlar qanuna zidd olduğu üçün İlqar Qasımovdan sonra orada direktor vəzifəsində çalışan heç kim 1 ildən artıq işləyə bilmir. Talışinskidən əvvəlki direktor öz ərizəsiylə işdən ayrılıb. Çünki ona diktə edilən qanunsuzluqlarla razılaşmırdı. Bundan sonra səhiyyə nazirinin müavini İlqar Qasımova yaxın adamlar oraya yerləşdirilib ki, öz çirkin əməllərini icra edə bilsin. Şamil Şahbazov isə yeyintilərə və qanunsuz tenderlərə razılıq verməyib".
A.Abbasov xəstəxana üçün avadanlıq və ləvazimatların alınması zamanı qanunsuzluqlara yol verildiyini də iddia edib:
"Müəssisəyə endoprotezlər qanuna uyğun olaraq tender keçirilərək alınmalıdır. Amma bu alışlar tender keçirilmədən baş tutub və bunun müqabilində hər ay təxminən 50-60 xəstəyə protez əməliyyatı edərək bunun müqabilində 150-200 min manat İcbari Tibbi Sığortadan, üstəlik 1000-2000 manat aralığında da vətəndaşlardan pul alınır. 2024-cü ilin ilk 10 ayı tender baş tutmadan bu əməliyyatlar hər ay olunub. Lakin bizdə olan məlumatlara görə, 10-cu aydan satınalma prosedurları ciddi şəkildə pozularaq öncədən sövdələşdirilmiş şirkətlə təxminən 400 min AZN bahasına 1.200.000 manata müqavilə bağlanmışdır.
İddiaçının vəkili əlavə edib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 25-30 min AZN rəsmi əmək haqqı alan, ancaq heç bir elmi dərəcəsi və ya xaricdə təhsili olmayan həkim var. Necə olur ki, illərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bu qədər alim və peşəkar həkim-mütəxəssislər olduğu halda endoprotez əməliyyatını İlqar Qasımovun köməkçisi olmuş hazırkı baş həkim Nizami Məmmədov və köməkçisi icra etməlidir? Burdan da görünür ki, İlqar Qasımov direktor olduğu gündən bu günə kimi endoprotez əməliyyatını o, və köməkçisi Nizami Məmmədov icra edir. Bunun müqabilində hər ay 25-30 min rəsmi, 70-80 min qeyri-rəsmi məbləğ əldə olunur və bu, onlar arasında bölünür. Bunların əməllərinə mane olan hər kəs ya ərizə ilə, ya da şərlənərək işdən uzaqlaşdırılır.
Xəstəxanada adları gedən, amma heç vaxt işə gəlməyən şəxslər var. Maaş kartları isə başqa şəxslərdədir. Bundan başqa, liftdə ciddi problemlər var, lakin tədbir görülmür. Onlar ancaq büdcədən pul silməklə məşğuldur".
Daha sonra məhkəmədə cavabdeh tərəfin vəkili Elgiz Məmmədova söz verilib. O, Ş.Şahbazovun işdən çıxarılması haqda danışıb və onun öz vəzifə səlahiyyətlərini aşdığını, rəhbərlik tərəfindən işçilərə qarşı davranışlarının bəyənilmədiyini bildirib.
Cavabdeh tərəfin vəkili Ş.Şahbazovun xəstəxananın xidməti maşınından şəxsi məqsədlər üçün istifadə etdiyini, xəstəxanaya qoyulan kofe aparatından gələn gəliri mənimsədiyini iddia ediblər.
Bu ittihamlara cavab verən Ş.Şahbazov bildirib ki, xidməti maşından yalnız iş üçün direktorun göstərişi ilə istifadə edib və qarşı tərəfin iddialarının əsaslandırması üçün heç bir sübut yoxdur:
“Kofe aparatı isə mən orada işləməzdən əvvəl qoyulmuşdu və xidmətin yüksək səviyyədə təşkilinə xidmət edir, qazancı isə xəstəxanaya çatırdı".
Məhkəmə prosesi bu gün davam etdiriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Bu gün, 15:22
“İndi meydanı veriblər Manafa” - Xalq artisti
Bu gün, 15:21
Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Bu gün, 15:10
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 15:08
“Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Bu gün, 14:50
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 14:47
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Bu gün, 14:34
Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Bu gün, 14:28
Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Bu gün, 14:27
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Bu gün, 14:24
"Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Bu gün, 14:22
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Bu gün, 14:17
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Bu gün, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Bu gün, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Bu gün, 14:02
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54
"Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52
Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47
Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43
Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:41
Göygölün icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 13:39
Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ - SƏRƏNCAM
Bu gün, 13:35
Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi - SƏRƏNCAM
Bu gün, 13:31
“Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” - VİDEO
Bu gün, 13:27
Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... - İLGİNC İDDİALAR
Bu gün, 13:19
Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib
Bu gün, 13:11
Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb
Bu gün, 13:10
Ermənistan Moskvanı kənara itələyir - Kiyevdən bahalı taxıl alır, fərqi Brüssel ödəsin deyir
Bu gün, 13:06
Bu icra başçısı vəzifəsindən azad edildi - DEYİLƏNƏ GÖRƏ...
Bu gün, 13:04
Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı - ÖZÜNÜ DOĞRULTMADI
Bu gün, 12:54
"BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." - NARAZILIQ VAR...
Bu gün, 12:49
DSMF 4 ədəd pikap tipli avtomobil alır – 227 min manat ödəniləcək
Bu gün, 12:44
Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil - Paşinyan CAVAB VERDİ
Bu gün, 12:42
Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur - MƏHKƏMƏ
Bu gün, 12:39
Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:36
Günel Bəhramqızı şöbə rəisi təyin edildi - ÖZÜ AÇIQLADI
Bu gün, 12:35
Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir - SVR
Bu gün, 12:33
“Dedi ki, sakinlər məni öldürür, pulu ver” – Eyni mənzil çoxlarına belə satılırmış
Bu gün, 12:31
Xalq artistimizdən təqdirəlayiq JEST: - "Orada 20 hərbiçimiz şəhid olub"
Bu gün, 12:27
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:24
2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi - Paşinyan
Bu gün, 12:21
Türk ekspertlərdən iddialar - Toqquşma, təxribat və ya hücum...
Bu gün, 11:34
Milli Məclisdə büdcə müzakirələri davam edir
Bu gün, 11:28
Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26
"Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25
SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24
Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20
ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19
"Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru