Yevlax təhsilində TƏFTİŞ TƏLAŞI... - İLGİNC İDDİALAR
Tarix: 7-12-2024, 11:12 | Çap et
 Yevlax təhsil sistemilə bağlı çoxsaylı şikayətlərin ardından nəhayətdə təftiş qərarı verilib. Yoxlama bütün məktəblər və regional idarədə aparılır. Məktəb direktorları sözün əsl mənasında yollarda qalıblar. Müfəttişlər sentyabr ayından bu günlərə kimi tədris ilinin hesabatını tələb edirlər. Məktəb rəhbərləri qaydalara uyğun müyyən olunmuş vaxtlarda hesabat versələr də indi həmin sənədlər təhsil idarəsində tapılmır. Regional idarədə kimlərinsə səhlənkarlığına görə məktəb rəhbərləri vaxtında gördükləri işi bir daha görməyə məcbur olublar... Biz bu problemlər haqqında məqalələrlə çıxış edib məsələni göstərmişik. Çox təəssüf ki, yerlərdə kiçik məmurlar vaxtında əhalini narahat edən məsələləri həll etmirlər. Daha doğrusu, həll etmək istəmirlər. Başları əyri işlərə o qədər qarışır ki, qanun-qayda yadlarından çıxır. Elm və Təhsil Nazirliyi yoxlamanı indi yox, xeyli əvvəl göndərməli idi. Mərkəzi Aran Regional Təhsil İdarəsində qanunsuzluqlara yol vermiş Elçin Kərimovu cəzalandırmaqdansa, aparıb Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir qoydular. O da adəti üzrə yeni yerində də əməllərini davam etdirərək, hətta dövlət qurumunun qanuni qərarını icra etməyib. Buna görə də məhkəmənin qərarı ilə 2 min manat civarında cərimələnərək inzibati cəza alıb. Bax, budur "göstərici". Ümummilli Lider Heydər Əliyev deyirdi: " "cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir..." Amma Elçin Kərimov kimilər, Yevlax təhsilində at oynadan Namidə, Zərif xanımlar dahi rəhbərin dediklərinin tam əksini edirlər. Təhsil sahəsindən kəsib özlərinə gün-,güzəran düzəldirlər. Yevlax rayonunun təhsil sferası qalıb vaxtilə 12 balla direktor olmuş Namidə xanımın əlində. Amma bu xanım özündən bir neçə dəfə çox xal yığmış adamları işlə təmin etmir. Sosial pedaqoq kimi də işə götürmür. İllərini məktəbə vermiş bir adam, həm də yerli sakin indi işsiz qalıb. Şikayətini işıqlandırdığımız Leyla xanımın dediyinə görə 4 nömrəli məktəbin direktoru Zərif xanım ondan işə düzəlməyi üçün 5 min manat rüşvət istəyib. Deyib ki, bu məbləğin 3 mini sektor müdiri Namidə xanıma çatacaq, qalanı isə özündə qalacaq. Bu qədər sadə. Pulunu ver, işin olsun. Ya da Namidə xanımın rəfiqəsi, dostu olmalısan. Çünki bu xanım hər yerə öz rəfiqələrini düzüb arxasında dayanır. Məsələn, Xaldan məktəbinə rəfiqəsini direktor qoydurub. Vaxtilə SSRİ səviyyəsində qabaqcıl məktəblərdən biri olub bu təhsil ocağı. İndi bu adamların sayəsində qanunsuzluqlar baş alıb gedir. Bir ildir burada prokurorluq araşdırma aparsa da yolun sonuna gəlib çıxa bilmirlər. Elə bil hansısa sehrli qüvvə buna mane olur. Yaxud, götürək 3 nömrəli məktəbi. Bu məktəbin 3 ildən çoxdur direktoru yoxdur. Heç kim də narahat olmur. Zəruri xalı toplaya bilməyəni də işsiz qoymur. Müxtəlif ştatlara yerləşdirir. Hətta xadimə kimi ştata saldırıb yanlarında köməkçi kimi gəzdirdikləri adamlar da var. İndi yoxlamaya görə həmin şəxsi xadimə kimi işə çıxardıblar. Məktəbdə dolma bükülməyini eşitməmişdik, onu da bildik. Bir sözlə, kim işsiz qalmaq istəmirsə, boğazından kəsib Namidə xanımın qılıncının altından keçir, bunu etməyənlər isə Leyla xanım kimi, Qaraməmmədli məktəbindəki texniki sahədə çalışan bir şikayətçi kimi qara siyahıya düşür. Vaxtilə işə sadə bir çanta ilə gələn Namidə xanım indi ərazini hündür maşınlarda gəzir, hündür evlərdə yaşayır, oliqarx həyatı yaşayır. Sual olunur, sektor müdirinin məvacibi ilə bütün bunları etmək mümkündürmü? Bəlkə də başqa maliyyə mənbəyi var. Onda əlaqədar orqanlar, vergi müfəttişliyi müvafiq sənədləri, vergi bəyannaməsini tələb etsin, görək bu qədər mal-mülkü bu xsnım sektor müdiri keçdikdən sonra necə qazanıb? Görəsən sektor müdiri keçənə qədər bu varidat niyə olmayıb? Elə indi rayonda işləyən yoxlama komissiyasına da bu sualları ünvanlayıram. Sima Babayeva


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Bu gün, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Bu gün, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25 |
|
|
|
• Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• “Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18 |
|
|
|
• Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14 |
|
|
|
• “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57 |
|
|
|
• Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54 |
|
|
|
• FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50 |
|
|
|
• Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33 |
|
|
|
• Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02 |
|
|
|
• Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00 |
|
|
|
• FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44 |
|
|
|
• "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36 |
|
|
|
• Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14 |
|
|
|
• “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11 |
|
|
|
• Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08 |
|
|
|
• TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02 |
|
|
|
• Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00 |
|
|
|
• Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58 |
|
|
|
• Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54 |
|
|
|
• Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53 |
|
|
|
• Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44 |
|
|
|
• Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27 |
|
|
|
• Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23 |
|
|
|
• SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16 |
|
|
|
• Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
• İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04 |
|
|
|
|