Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                     Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib .....                     London “dialoqda mən də varam” demək istəyib .....                     Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub .....                     Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ .....                     Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir .....                     10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq? .....                     Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib .....                     Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir .....                     Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi .....                     Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub .....                     Əmrullayevin əmrindəki təhsilimiz... .....                     Zəfərin mübarək, Azərbaycan .....                     Həmin təyyarə ikinci əl imiş... .....                     "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" .....                     Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu .....                     “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub .....                     “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” .....                     “İndi meydanı veriblər Manafa” .....                     Nizami Rəmzinin qızına iş kəsildi .....                     Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır .....                     “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb .....                     Rusiya qəribə hesabat yaydı: .....                     Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB .....                     Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb .....                     "Vəsait ayrılmasa, etiraz edəcəyik" .....                 

Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Tarix: 18-10-2024, 10:35 | Çap et
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU...
Bu ölkədə qulaq hər gün bir söz eşitməsə, həqiqətən də kar olar. Təsəvvür edin ki, bir neçə gün əvvəl "Türk dünyasında sürücülük təhsili" mövzusunda konfrans keçirilib. Əlbəttə, belə konfranslar, forumlar əksər hallarda maxinasiya mahiyyəti daşıyır. Amma hər işin də bir əndazəsi var, heç olmasa elə adda konfranslar təşkil olunmalıdır ki, ictimai-siyasi, sosial-iqtisadi yükü olsun. Axı türk dünyasında sürücülük təhsili iranlılar demişkən, nə mənə şeydi?!
Anaxeber.info-nun verdiyi informasiyaya görə, məlum olur ki, konfransda Azərbaycan-Şimali Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri, avtomobillərinin sayı bilinməyən oliqarx-deputat Cavanşir Feyziyev də orada iştirak edibmiş.
Bəs, tədbirin əsas məqsədi bilirsinizmi nə olub? Buyurun, tanış olun - "türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi, müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyinin yaradılmasına kömək etmək, eləcə də sürücülük təhsili sahəsindəki dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılması".
Təbii, anlamaq olar ki, türkdilli ölkələr sürücülük sahəsində dünya təcrübəsini biri-birindən öyrənir, bəs deputat Cavanşir Feyziyevin konfransda bu mövzuda danışa biləcəyi nə ola bilər? Ümumiyyətlə, onu heç parlamentdə çıxış edən, deputat olduğu Şəkinin problemlərini, seçicilərin narazılıqlarını iclaslarda qaldıran görən olubmu? Bütün ölkə bilir ki, Cavanşir Feyziyev milyonçudur, dərman və müxtəlif sahələrdə biznesi var. Yəni özünə və siyasi himayədarlarına mənfəəti toxunan şəxsdir. Onun nə deputat kimi nə Milli Məclisə, nə seçicilərə faydası var. Feyziyev bəlkə də parlamentin ən varlı üzvüdür. Ona görə də MM-də çıxış etməsi istisna hallarda yadına düşür, ya da hansısa telekanalda görünür. Əsas onun biznesinin yağ kimi getməsidir. Doğrudur, son illər Feyziyev xüsusən də "Avromed" şirkətində olan payının bir hissəsini satıb, səhmləri azalıb, amma oliqarx həyatında ciddi dəyişiklik olmayıb. Bununla belə, son aylar Feyziyevin məhkəmə işlərindən başı açılmır. Ona aid şirkətin ayrı-ayrı instansiyalarda hüquqi müstəvidə çəkişməsi xəbərləri yayılır. Bu xüsusda şirkət ya cərimələnir, ya da iddia irəli sürür. Misal üçün deputat Cavanşir Feyziyevə məxsus dərman firması olan “Avromed Company” haqqında növbəti dəfə cərimə protokolu tərtib edilib. Dəfələrlə inzibati qaydada cərimələnən dərman firması bu dəfə də gömrük qaydalarını pozub. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozan “Avromed Conpany”nini bu qayda pozuntusuna görə cərimə gözləyir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
"Avromed”lə bağlı işə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb. Belə bir protokol Nizami rayon Məhkəməsində də qəbul edilib. Həmçinin, Feyziyevin əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” firması ticarət qaydalarını pozmaqda ittiham edilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.4-cü İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi) maddəsi ilə protokol tərtib edilib. Habelə, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ilə bağlı məhkəməyə müraciət olunub. Sözügedən klinika ilə bağlı məhkəməfə iddianı da məhz deputat Cavanşir Feyziyevə məxsus “Avromed Company” QSC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Ümumiyyətlə, siz internet resurslarında "Feyziyevin "Avromed" və "Dokta" firmaları cərimələndi" yazsanız, təkcə 2024-cü il üçün onlarla belə real, faktla rastlaşa bilərsiniz. Hətta onun "Vita aptekləri" və "Buta farm"ı da bu siyahıda yer alırlar. Bu da göstərir ki, deputat Feyziyev biznesində nələrisə düzgün qurmayıb, qanunları tez-tez pozur, qaydalara riayət etmir... Əgər belə olmasaydı, il ərzində çoxsaylı məhkəmə şikayətləri verilməzdi. Amma görünür ki, Feyziyev öz firmalarının adlarının məhkəmələrdə və mediada tez-tez hallanmasından narazı deyil. Halbuki heç bir biznes sahibi belə mənfi informasiya ilə hər dəfə gündəmə gəlmək istəməz, şirkətlərinin adına neqativ arzulamaz.
Onu da deyək ki, bu il martın 8-də Böyük Britaniya məhkəməsi Londonda deputat Cavanşir Feyziyev və həyat yoldaşına məxsus 50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Məhkəmə Feyziyev və həyat yoldaşının bu mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu iddia edir.
Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib, lakin məhkəmə martın 8-də vəsatəti rədd edib.
Yəni Feyziyevin nə Avropada, nə Azərbaycanda məhkəmələrdən başı açılmır. Bu faktların özü təsdiq edir ki, o, deputatdan daha çox milyonçudur, adı Qərb və yerli məhkəmələrdə gedən işlərdə hallanır. Görün nə qədər qaranlıq maliyyə işləri həyata keçirilib ki, onun məhkəmə dosyeləri Bakıdan Londona qədər uzanır.
Feyziyev kimi deputat, yaxud məmur, nazir biznesmenlərimizin sərvətlərinin, maliyyə ehtiyatlarının gerçək miqdarı barədə heç birimizin dolğun məlumatı yoxdur. Çünki bu pullar əksər hallarda “çirklidir” və maliyyə hesabatlarında, vergi sənədlərində və s. əks olunmur. Ona görə də 50 milyonun Feyziyevin sərvətinin “neçədə biri” olduğunu demək mümkün deyil.
Onun biznes səltənətin siyahısına gəlincə, Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisi olduğunu qeyd edir. Bu şirkət yalnız turizmlə məşğul olmur. Şəkidə yerləşən dördulduz "Şəki Saray Hotel"in sahibidir. Mehmanxananın direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsız qoz bağları salıb. C.Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan siqaret zavodunun direktorudur. “Tabaterra” zavodu ildə 14 milyard ədəd siqaret buraxa bilər. Bütün bunlardan əlavə, C.Feyziyevin xanımının, oğlunun Azərbaycanda böyük biznesi var. Yəni deputatın biznes fəaliyyətindən çəkildiyini söyləmək mümkün deyil. Və bu zaman sözsüz ki, onun şirkətləri, maliyyə hesabatlarında və digər məsələlərdə müəmmalı fəaliyyəti səbəbindən mütəmadi məhkəmələrdə problemləri olur...

Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Bu gün, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Bu gün, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Bu gün, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Bu gün, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Bu gün, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Bu gün, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Bu gün, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Bu gün, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Bu gün, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Bu gün, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Bu gün, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Bu gün, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Bu gün, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Bu gün, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Bu gün, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Bu gün, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Bu gün, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Bu gün, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Bu gün, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Bu gün, 15:56
"Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Bu gün, 15:54
Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Bu gün, 15:48
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 15:44
“Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:39
“Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Bu gün, 15:28
“Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Bu gün, 15:22
“İndi meydanı veriblər Manafa” - Xalq artisti
Bu gün, 15:21
Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Bu gün, 15:10
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 15:08
“Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Bu gün, 14:50
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 14:47
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Bu gün, 14:34
Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Bu gün, 14:28
Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Bu gün, 14:27
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Bu gün, 14:24
"Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Bu gün, 14:22
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Bu gün, 14:17
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Bu gün, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Bu gün, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Bu gün, 14:02
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54
"Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52
Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47
Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43
Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru