Diplom ala bilməyən məzunları EŞİDƏN YOXDUR - Rektorla nazirin yaratdığı problem...
Tarix: 10-10-2024, 10:56 |
Çap et
Dünən məlumat verərək bildirdik ki, UNEC-in Dərbənd filialının məzunlarına neçə ildir ki, ard-arda diplomlar verilmir və bu problem Elm və Təhsil naziri Emin Əmrullayevlə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərlə əlaqələndirilir.
diaaz.space olaraq xəbərimizdə onu da qeyd etmişdik ki, çıxılmaz durumda qalan və gələcəklərini rəsmən qurma imkanından məhrum edilmiş məzunlar dərdlərini deməyə ünvan tapa bilmirlər. Onların sözlərinə görə, nə UNEC rəhbərliyi onları qəbul etmir, nə də Elm və Təhsil Nazirliyi (ETN)...
Əldə etdiyimiz son bilgilərdən belə aydın olur ki, öz aralarında məsləhətləşmələr aparan məzunlar ETN və UNEC qarşısında etiraz aksiyası keçirə bilərlər: "Prezidentimizə də müraciət edəcəyik ki, bizim diplomlarımızın verilməsilə bağlı göstəriş verilsin..."
Məsələ diqqətimizdədir...