İki həftə əvvəl pulunu ödəyib, amma xeyri yoxdur... - GİLEY
Tarix: 30-09-2024, 10:29 |
Çap et
Bakı sakini Məhəmməd Əziz "Baku Electronics" mağazalar şəbəkəsindən giley edir. diaaz.space xəbər verir ki, bu barədə narazılığını ifadə edən M.Əziz "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında bildirir ki, 8 gündür (artıq 9 gün - diaaz.space) sözügedən mağazadan kombi alsa da, hələ də onun sifarişini çatdırmayıblar.
Narazı vətəndaş yazır: " "Baku Electronics"dən 8 gün əvvəl kombi almışam.
Hələ də çatdırılmayıb...
Bu nə biabırçılıqdır?.. Dəfələrlə zəng edirəm, ancaq yola verirlər.."