ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib .....                     Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı .....                     Qarabağdan dünyaya açılan qapı .....                     Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb .....                     Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır .....                     Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi .....                     Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb .....                     Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq .....                     Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: .....                     Əliyevin sözləri Avropada əks-səda doğurdu: .....                     Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib .....                     Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı .....                     "Həmin müğənnilər "qara siyahı"dadır" .....                     “Abu Malik” DTX-nin tələsinə necə düşüb? .....                     Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! .....                     Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? .....                     Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: .....                     Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə .....                     Trampın regionda hiyləgər gedişi .....                     Keçmiş sovet respubliklarının işğalı real təhlükədir .....                     Nazir dostunu sədr müavini təyin etdi .....                     Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi .....                     Nicat Rəhimovun səhhətində problem yaranıb .....                     Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? .....                     İzzət Bağırov buna görə çimərlikdən qorxur .....                     Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? .....                     Xanım aparıcı metronun mətbuat katibi təyin edildi .....                     Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir .....                     İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır .....                     İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... .....                     Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi .....                     İran yığmasının qeyri-adi azərbaycanlı üzvü .....                     323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? .....                     Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır .....                     Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik .....                     Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə .....                     55 qəpik qiymət, 5 qəpiklik xidmət .....                     Jurnalist Samir Əlinin anası vəfat etdi .....                     Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? .....                     Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır .....                 

Hacı SURXAY
Tarix: 26-04-2016, 09:19 | Çap et
Hacı SURXAY
В«Multikulturalizmə alternativ yoxdurВ»

Azərbaycandakı mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəni çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirmişdir. Bu gün həmin mədəni və etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Azərbaycan Respublikasında hökm sürən etnik və dini tolerantlıq dünyaya bir nümunədir. Ölkəmizdə istər milli və irqi ayrı-seçkilik yoxdur və heç vaxt olmamışdır. Çoxmilətli Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddür.
İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan Quranda Uca Allah belə buyurur: “Sizin dininiz sizə, mənim dinim mənə aiddir” (“Kafirun” surəsi, 6). Bu ayədən də insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür.
İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” (“Hucurat” surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir.
Tarixə nəzər salsaq görərik ki, dünyada Azərbaycan kimi keçmişini yaşadan çox az ölkə vardır. Dini tolerantlığın yüksək səviyyədə olması, xalqların bir məqsəd naminə birləşməsi, qurulan normal münasibətlərin eyni məqsədə yönəldilməsi tolerantlıqla bağlıdır.
Ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyəsinə qaldırılıb və bu xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətidir. Onun siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət ölkəmizdə hökm sürən siyasi sabitliyin, əmin-amanlığın, qarşılıqlı etimadın, xalqlar dostluğunun etibarlı qarantıdır.
Cənab Prezidentin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, islam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. 2009-cu ildə Bakının В«İslam mədəniyyətinin paytaxtıВ» elan olunması və 2018-ci ildə bu şans üçün Azərbaycanın ayrılmaz və qədim tarixə malik Naxçıvan şəhərinin seçilməsi, 2016-cı ilin ölkəmizdə В«Multikulturalizm iliВ» elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir.
Bütün dövrlərdə Qərb dünyasına bağlı olan ölkəmizin tarixi tarixi, mədəni inkişafının göstəricisidir. Azərbaycanı təsadüfi olaraq Qərblə Şərqin qovuşuğunda yerləşən, sivilizasiyalararası münasibətlərin formalaşmasında böyük rola malik ölkə adlandırmırlar. Ölkəmiz çox əsrlik tarixinin bütün dövrlərində milli mənəvi zənginliklərini qorumaqla bəşəri dəyərlərə sadiqliyi, Qərb dünyasına bəxş etdiyi korifeyləri ilə fərqlənmişdir. Dünyanın ən qədim abidələrindən olan 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Əsrlərlə yaşı olan Qafqaz albanlarının kilsəsi Şəki şəhəri yaxınlğındadır. Burada ölkəmizin pataxtı olan Bakıdakı qədim islam mədəniyyəti abidələrini də qeyd etmək lazımdır. Yalnız İçəri şəhərdə YUNESKO tərəfindən dünya mədəniyyət inciləri siyahısına salınmış 1078-1079-cu illərdə inşa olunan В«Həzrət MəhəmmədВ» məscidi, 1169-cu ildə inşa olunmuş В«AşurВ» məscidi, 1309-cu ildə inşa olunmuş В«GileyliВ» məscidi, 1899-cu ildə tikilmiş В«CüməВ» məscidi və qədim tarixi olan 20-dən çox digər məscidlər vardır. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi mədəni irsimizin tərkib hissəsidir. Ölkədə siyasi sabitliyin təminatı, alternativi olmayan multikulturalizm üçün başlıca amil olan bu dəyərlər əvəzedilməz sərvətlərdəndir. Respublikamızda demokratiyanın əsas tələbləri olan insan hüquqlarının, söz, mətbuat azadlıqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Tolerant siyasətin bariz nəticəsidir ki, qədim məscidlərin təmir-bərpası ilə yanaşı ölkəmizdə yeni ibadət mərkəzləri də tikilir. 1997-ci ildə Səbail rayonunda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və 1998-ci il iyulun 12-də özünün iştirakı ilə açılış mərasimi keçirilmiş Bibiheybət Ziyarətgah məscidi bu gün ölkəmizin ən gözəl dini ibadət yerlərindən biri olmuşdur. Prezident cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən son illərdə Şamaxıda В«CüməВ» məscidi, Gəncədə İmamzadə Kompleksi əsaslı təmir olunmuş, Bakı şəhərində əzəmətli Heydər məscidi tikilib dindarların istifadəsinə verilmişdir. Bununla yanaşı digər dini konfessiyaların da ibadət mərkəzləri dövlət tərəfindən əsaslı təmir olunur, icmaların fəaliyyətinə yardım göstərilir.
İllərdən bəri Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən Azərbaycanda separatizm, terror və ksenofobiya halları qətiyyətlə pislənilir. Ölkəmizdə keçirilən bütün tədbirlərdə qeyd olunub ki, Azərbaycanda mültikulturalizm ənənələri hər zaman güclü olub. Mənfur Ermənilərin işğal etdikləri torpaqlarımızda yerləşən yaşayış mərkəzləri kimi mədəni və dini abidələrimizi dağıtmaları, bərbad hala salmaları faktları hamıya məlumdur. Lakin buna baxmayaraq Bakı şəhərinin mərkəzində Erməni kilsəsi tarixi abidə kimi qorunub saxlanmışdır. Bu da xalqımızın və dövlətimizin tolerant siyasətinin bir göstəricisidir.
Tolerantlıq özündən zəifə, yaxud bərabərə olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır. İslamın gəldiyi ilkin dövrlərdə müsəlmanlar tolerantlıq göstərdikləri kimi, güclü olduqları dövrlərdə bu qaydadan heç vaxt uzaqlaşmayıblar.
Quran “Dində məcburiyyət (zorakılıq) yoxdur” (“Bəqərə” surəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsipini formalaşdırıb. “Nə qədər istəsən də insanların əksəriyyəti iman gətirməzlər”, “Sən istədiyinə hidayət verə bilmərsən, ancaq Allah istədiyinə hidayət verər”, “Onlar iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlakmı edəcəksən?” (“Şuəra” surəsi, 3) kimi ayələr tolerantlığı anlamaq üçün ən gözəl sözlərdir.
Multikulturalizm sahəsində həyata keçirilən dövlət siyasəti əsrlərdən bəri toplantış böyük tarixi təcrübəyə əsaslanır və bu istiqamətdə qazanalmış uğurların dünya miqyasında təbliğinin güclənməsi zərurəti yaranıb. Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrildiyini beynəlxalq aləmdə nümayiş etdirmək dünyada humanizmin bərqarar olmasına, dini ayrı-seçkiliyin, məzhəblərarası qarşıdurmanın dayandırılmasına böyük töhfə olardı.
Qeyd etmək lazımdır ki, qloballaşan dünyamızda son zamanlar baş verən əksər münaqişələrin əsas səbəblərindən biri radikalizm, ekstremizm, məzhəb təəssübkeşliyi və ayrı-seçkiliyidir. Bu hallara bizim də ölkəmizdə, o cümlədən Səbail rayonunda da rast gəlinir. Gəncləri müxtəlif adlar və maraqlarla öz sıralarına cəlb edən zərərli dini cərəyan nümayəndələri xalqımızın ailə dəyərlərinə, dini inanclarına, tolerant siyasətinə, ənənələrinə, müasir inkişafına xələl gətirir, onların bilikli, vətənpərvər, xalqımız üçün gərəkli övlad kimi böyüməsinə mane olur, kənar dövlətlərdə gedən münaqişə ocaqlarına cəlb olunmasına çalışırlar.
Bu cür hadisələrin yaranmaması üçün xalqı və birinci növbədə yeniyetmə və gəncləri maarifləndirmək, insanlar arasında tolerantlıq mədəniyyətini, birgə yaşayış ənənəsini daha da inkişaf etdirməyə böyük ehtiyac vardır. Gənc nəsli dini və milli əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün milli-mənəvi dəyərlərə, dövlətinə bağlı, sədaqətli, vətənpərvər tərbiyə olunması çox önəmlidir. Bu istiqamətdə işlərimiz və fəaliyyətmizin daha da genişləndirilməsinə ehtiyac vardır.
Bəllidir ki, əsrlər boyu milli dəyərlərini qoruyub saxlayan, müsəlman dünyasına mənsub Azərbaycanın Avropa ilə əməkdaşlığının güclənməsi ölkəmizi müasir, bəşəri ideyalara hörmətlə yanaşan dövlət kimi tanıtmışdır. Bu gün hər bir insan dərk etməlidir ki, öz ölkəsinin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüdür. Əgər biz sabahı düşünürüksə, gələcək nəsillər yarşısında öz məsuliyyətimizi dərk ediriksə xalqlararası, millətlərarası münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Çox təəssüf olsun ki, bəzi ölkələrdə belə humanist dəyərlərə etimadsızlıq göstərilir.
Azərbaycanda Avropanın ən mötəbər mahnı müsabiqəsi olan В«EurovisionВ»nun, I Avropa Oyunlarının böyük uğurla keçirilməsi sübut etdi ki, mültikulturalizmin alternativi yoxdur. Bu yaxınlarda ölkəmizdə keçiriləcək В«Formula-1В» yarışması, gələn il keçiriləcək Dönya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları Şərq dəyətlərinə əsaslanan müsəlman aləminə qarşı yönəldilən fobiyaların əsassızlığını Azərbaycanın timsalında aydın göstərəcəkdir.
Bunu Azərbaycana gələn çoxsaylı xarici nümayəndələr və turistlər təsdiq edirlər. Sonda məqaləni Prezident cənab İlham Əliyevin multikulturalizm haqqında dedikləri ilə tamamlamaq istəyirəm: В«Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir...В»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib
Bu gün, 18:40
Rusiyaya ZƏRBƏ: Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Bu gün, 18:21
Qarabağdan dünyaya açılan qapı – “Bu üç məkan olmasa, mümkünsüzdür”
Bu gün, 18:09
Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama yayılıb - AÇIQLAMA
Bu gün, 18:01
Dövlət qurumu tibb ehtiyacları üçün 3,7 milyon manat ayırır - TENDERLƏR
Bu gün, 17:59
Şuşadan Xankəndiyə: Ata vəsiyyəti yerinə yetirildi - ŞƏRH
Bu gün, 17:56
Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair saxta açıqlama yayılıb - DİQQƏT!
Bu gün, 17:45
Universitet 2500, peşə məktəbi 5 min manat: Oxuyan tapılmayacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:31
Zəngəzur dəhlizi geosiyasi oyunun mərkəzində: - İran dolayısıyla etiraz edir
Bu gün, 17:22
Əliyevin sözləri Avropada əks-səda doğurdu: - Bakıdan dünyanı dəyişdirən QƏRAR
Bu gün, 17:16
Putin Rusiya limanlarına gələcək xarici gəmilərlə bağlı qanunu sərtləşdirib
Bu gün, 17:09
Naxçıvanda dövlət qurumu 779 minlik yayım avadanlıqlarını bu şirkətdən aldı
Bu gün, 16:50
"Həmin müğənnilər "qara siyahı"dadır"
Bu gün, 16:48
“Abu Malik” DTX-nin tələsinə necə düşüb? - FOTO
Bu gün, 16:42
Doğrudanmı, bizə "hücum mediası" lazımdır?! - AKTUAL
Bu gün, 16:36
Anar AYB-dən gedəcək: Yeni sədr kim olacaq? - AKTUAL
Bu gün, 16:30
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin
Bu gün, 16:26
Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik sifariş verdi
Bu gün, 16:22
Trampın regionda hiyləgər gedişi – Bakı və İrəvan üzərindən görün nə edəcək
Bu gün, 16:11
Keçmiş sovet respubliklarının işğalı real təhlükədir - Sərdar Cəlaloğlu
Bu gün, 16:00
Nazir dostunu sədr müavini təyin etdi - ƏMR
Bu gün, 15:43
Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
Bu gün, 15:42
Nicat Rəhimovun səhhətində problem yaranıb
Bu gün, 15:35
Moskvadan Gəncəyə gəlməli olan reys qəsdən yubadılır? - "Bizə burada pis rəftar edirlər..."
Bu gün, 15:33
İzzət Bağırov buna görə çimərlikdən qorxur
Bu gün, 15:30
Bağçalarda təhlükə siqnalı: Özəl müəssisələrdə nə baş verir? – DETALLAR
Bu gün, 15:28
Xanım aparıcı metronun mətbuat katibi təyin edildi
Bu gün, 15:25
Azərbaycan universitetləri qızıl medalçını qəbul etmir - “Cənab nazir, cavab gözləyirəm!”
Bu gün, 15:22
İrəvan Zəngəzur Dəhlizinin inşasına hazırlaşır
Bu gün, 15:19
İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI... - "Qanunsuzdusa, onu niyə bauraxırdılar?"
Bu gün, 15:13
Bunu osmanlılar belə etməmişdi, 2000 il sonra Paşinyan həyata keçirdi – Simonyan
Bu gün, 15:07
İran yığmasının qeyri-adi azərbaycanlı üzvü - Əmin
Bu gün, 15:05
323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 14:58
Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır - Kreml
Bu gün, 14:50
Əgər Azərbaycan Rusiyaya qarşı məhkəməyə müraciət etmək qərarına gələrsə, qərarları gözləyəcəyik - Peskov
Bu gün, 14:47
Bakıda hənbəlilik məzhəbini yaymaq istəyən şəxsə - Bu cəza verildi
Bu gün, 14:13
55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qaldı
Bu gün, 14:11
Jurnalist Samir Əlinin anası vəfat etdi
Bu gün, 14:08
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? - AÇIQLAMA
Bu gün, 14:01
Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Sünik vilayətində dəmir yolu tikməyə hazırdır
Bu gün, 13:07
“Yol çəkilişinə 5 milyon ayrılacaq, 2 milyonu qazancdır” - Keçmiş sevgilisinə qarşı 400 minlik İDDİA
Bu gün, 12:59
“ONLARI DARMADAĞIN ETMƏK LAZIMDIR!” – Kreml təbliğatının növbəti anti-Azərbaycan isterikası başlayıb
Bu gün, 12:57
Rusiya ordusunun açdığı atəş nəticəsində iki nəfər ölüb, 15 nəfər yaralanıb - Zelenski
Bu gün, 12:52
“Buna görə razılıq vermirəm” – Tanınmış aktrisa seriallara NİYƏ ÇƏKİLMİR?
Bu gün, 12:47
Mirşahin Ağayevdən Xankəndidə sensasion AÇIQLAMALAR və CAVABLAR - VİDEO
Bu gün, 12:43
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:34
Professor hakim partiyadan istefa verib, `Vəhdət`ə QOŞULDU - AÇIQLAMA
Bu gün, 12:26
Ələsgər Məmmədli ilə bağlı qərar verildi
Bu gün, 12:23
Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar” - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru