Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdır .....                     "Ruslar yenə də tariximizi saxtalaşdırmaq istəyir..." .....                     Qida eksperti “monqol quzuları” ilə bağlı hər şeyi DANIŞDI .....                     "Samirə qazi övladıdır və belə bir humanist addım atmağın onun üçün nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil" .....                     "Çalışın, burdan heç nə almayın..." .....                     Müəllimlər məktəbdə qalmağa məcbur deyillər .....                     Şimali Avropa və Baltikyanı dövlətlər Ukraynaya dəstəklərini bəyan edib .....                     Bax, indi nə hacı var, nə də rayon prokuroru... .....                     Gəncə Regional Kolleci BAĞLANA BİLƏR... .....                     Ukrayna üzrə razılaşma demək olar ki, hazırdır .....                     SOCAR-da MAAŞ ARTIMI: Bu sənədi saxtalaşdırıblar... .....                     "Bilsəm ki, ödənişi geri ala biləcəm sizi RƏDD EDƏRDİM..." .....                     Əmrullayevin islahatçı obrazı... .....                     Trampın sərvəti 1,1 milyard dollar azalıb .....                     "Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin" .....                     'AAAF Park'da işçinin başına elə oyun açdılar ki... .....                     Cəlilabadda təhsil belə inkişaf edir .....                     Başı cəncəldə olan nazirlik HOQQA VERİR .....                     Əmrullayevin əcaib-qəraib məntiqi... .....                     "Uşaqlarım demək olar ki, havada qalıblar" .....                     ABŞ-ın xəbərdarlığından sonra altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib .....                     "Biz işlərimizi bu şəkildə qura bilsək, formalaşdıra bilsək, təhsilimiz daha uğurlu olar" .....                     Ölkəmizdə yığılan avtomobillər anbarlarda QALIB .....                     AZƏRTAC-ın əməkdaşları İrəvanda oldu?.. .....                     KTN 154 min manatlıq katric alacaq: Nazirlik nəşriyyat yaradır? .....                     Repetitorluq ləğv edilir? .....                     PKK-çıdan CHP-ni qəzəbləndirən paylaşım .....                     Paşinyandan sülhə zərbə vuracaq çıxış .....                     Tanınmış kulinara ağır itki üz verib .....                     Qazaxda “YAP Azərbaycanın müasir tarixində böyük bir fenomendir” mövzusunda tədbir keçirilib .....                     “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” bəzi göstəricilərdə .....                     Ali məktəbi qoyub döyüşə getdi .....                     Yanğında ölənlərdən biri binanın MMMC-in sədri olub .....                     Bu ağılla... bu savadla... Türkiyənin BAŞ NAZİRİ OLUB! .....                     Neft ehiyatlarımızın və hasilatın azaldığı dövrdə... .....                     Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ .....                     “Televiziyadan uzaqlaşmağıma peşman deyiləm, .....                     İcra başçısı həbs ediləndən sonra zibil qutuları yığışdırıldı .....                     Ukraynada savaş bitir: Putinin Azərbaycan planı nə? .....                     5 manatlıq meyvə-tərəvəz şirkətinin 812,8 min manat vergi borcu var .....                 

Qida eksperti “monqol quzuları” ilə bağlı hər şeyi DANIŞDI - SƏN DEMƏ...
Tarix: Bu gün, 11:00 | Çap et

Məlum olduğu kimi, son aylarda ölkəmizə Hindistan, Braziliya və Monqolustandan ət idxal edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana gətirilən 453 ton qoyun ətinin 99,3 faizi məhz Monqolustanın payına düşüb. Lakin burada diqqət çəkən məqam odur ki, qoyun əti yalnız qeyri-müsəlman ölkələrindən idxal olunub. Bu isə ictimaiyyətdə narahatlıq doğurur.

Səbəb isə həmin ölkələrdə heyvanların İslam qaydalarına uyğun kəsilməməsidir. Dinə görə, ətlik heyvanların qibləyə tərəf, Allahın adı çəkilərək kəsilməsi vacib sayılır və bu qaydalara əməl olunmadıqda ət haram hesab olunur.

Tibbi yöndən də sübut olunub ki, kəsim zamanı heyvandan qanın xaric olması sürətlənir, qan laxtaları ətdən maksimum təmizlənir. Lakin elektrik cərəyanı ilə, yaxud başqa süni yollarla heyvanı öldürərkən qan tam xaric olmur və ətdə ağırlıq yaradır.

Məlumatlara görə, Monqolustanda heyvanlar nəinki dini qaydalarla, heç ənənəvi metodlarla da kəsilmir. Belə ki, heyvanın ürəyi çıxarılaraq qanının kənara axmasına imkan verilmir. Həm heyvan işgəncə ilə ölür, həm də qan ətin tərkibində qalaraq zərərli xüsusiyyət alır. Bu da məsələyə əlavə narahatlıq qatır.

“Çirklənmədən söhbət gedə bilməz, çünki...”

Mövzu ilə bağlı "Cümhuriyət"- ə açıqlamasında qida eksperti Ağa Salamov bildirib ki, burada problem görmür.

Ekspert deyib ki, ətin insan üçün zərərli hesab olunması yalnız müəyyən hallarda mümkündür:

"Ət nə zaman insan üçün zərərli və ya yararsız hesab olunur? O zaman ki, çirklənməyə məruz qalır, bakteriya yükü normadan çox olur. Bu, nə zaman baş verir? Ətin mənşəyi məlum olmadıqda, kəsim baytar nəzarəti altında aparılmadıqda, emal prosesi düzgün şərtlərdə həyata keçirilmədikdə, həmçinin daşınma, saxlanma və bişirilmə mərhələlərində tələblərə əməl olunmadıqda. Yəni bu, bütöv bir qida zənciridir və bu zəncirin istənilən hissəsində qırılma olarsa, qida zəhərlənməsi riski yarana bilər.

Monqolustandan idxal olunan ətlər isə soyuq qida zəncirində gətirilir. Burada çirklənmədən söhbət gedə bilməz, çünki məhsullar donmuş şəkildə daşınır. Əgər maşın xarab olub ət əridikdən sonra yenidən dondurularsa, bu, artıq təhlükə yarada bilər. O zaman bu məhsullar Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindən keçmir.

Çünki gömrükdə AQTA-nın nəzarət şöbəsi fəaliyyət göstərir və orada idxal olunan ətlərdən canlı nümunələr götürülərək bakteriya yükü yoxlanılır. Yəni ət onların icazəsi ilə ölkəyə idxal olunur. Bu, məsələnin texniki tərəfidir".

İnsan sağlamlığı üçün təhlükəlidir?

Ağa Salamov əlavə edib ki, idxal olunan ətlərin insan sağlamlığı üçün təhlükəli olması ilə bağlı narahatlığa əsas yoxdur:

"Qaldı ki, heyvanın hansı şəkildə, məsələn, ürəyinin partladılaraq öldürülməsinə, bu da dini baxımdan müzakirə olunan detallardır və artıq ilahiyyatın mövzusudur. Biz mütəxəssislər olaraq bu məsələlərə qiymət vermirik. Çünki biz elm adamlarıyıq və bizim əsas işimiz ətin çirklənib-çirklənməməsi, təhlükəsiz olub-olmaması ilə bağlıdır.

Ətin haram və ya halal olması barədə qərarı ilahiyyatçılar verə bilər. Bildiyim qədərilə, kitab əhlinin kəsdiyi və ya təqdim etdiyi əti yemək olar. Mən yalnız bildiyim qədər dedim. Bəs bu ətlər zərərlidir? Xeyr, zərərli deyil. Rus alimi Korkolov qeyd edib ki, insan üçün ən faydalı qida onun öz bölgəsində yetişən məhsullardır.

Bir çox alimlər, o cümlədən Tahir Əmiraslanov da bunu təsdiqləyib. Bu nə deməkdir? Bizim radiusumuzda, coğrafi ərazidə yetişən məhsullar bizim genetik kodumuzla uyğunluq təşkil edir. Məsələn, Göyçay narını uşaq vaxtından yemişiksə, orqanizmimiz onun dadını, təsirini psixoloji və bioloji olaraq tanıyır və qida kimi daha yaxşı mənimsəyir. Onu yeyəndə o ləzzəti alırıq. Həmin məhsulların genlərini orqanizmimizdə aktivləşdirmişik".

Qida eksperti vurğulayıb ki, insan orqanizmi üçün öz regionundakı qidalar daha faydalıdır:

"Məsələn, tut, alma, armud, qızıləhmədi, Qəbələ alması kimi meyvələri orqanizmimiz tanıyır. Amma bananı oqanizmimizdəaktivləşdirməmişik. Banan bizim genetik kodlara yaddır. Demirəm zərərlidir, amma sabah bizə hansı təsiri göstərəcəyi, mutasiya verəcəyi bilinmir.

Ona görə də mən həmişə hər kəsə öz yaşadığı yerin təxminən 400 kilometrlik radiusunda yetişən məhsullarla qidalanmağı məsləhət görmüşəm. Bu, ilk növbədə sağlamlıq yox, iqtisadi baxımdan vacibdir, çünki valyutamız ölkədə qalsın".

“Mənə Qarabağ əti maraqlıdır”

Onun sözlərinə görə, şəxsi üstünlüyü yerli ətə olsa da, hazırda ölkədə ət istehsalı tələbatı ödəmir:

"Mənə maraqlı deyil, monqol ətini gətirib burada bişirmək, mənə Qarabağ əti maraqlıdır. Amma Qarabağda ət istehsalı nə qədərdir? Yetərlidirmi? Xeyr. Örüş yerləri varmı? Yox. Suvarma varmı? Yox. Yemin qiyməti qalxıb. Bu gün kəndlinin heyvandarlıqla məşğul olmağa marağı varmı? Təəssüf ki, yox. Kəndli əzilmiş vəziyyətdədir.

Real olaraq ət qıtlığı var və qiymətlər də buna görə yüksəlib. Monqolustan ətin tərkibində B12 vitamini var və kasıbın balası alıb yeyir. Orqanizminə B12 ötürmüş olur. İndiyə qədər müxtəlif ölkələrdən - Ukraynadan, Gürcüstandan, Braziliyadan ölkəmizə ət idxal olunub. Yəni əgər bu ətlərin kimyəvi tərkibi pozulmayıbsa, çirklənməyibsə, heç bir ziyanı da yoxdur.

Bəzən mütəxəssislər araşdırmadan deyirlər ki, B12 üçün göbələk, fındıq, badam ye. Amma insan nə qədər göbələk yeməlidir ki, ətin verdiyi qədər B12 alsın? Bu real deyil. Mən bir daha deyirəm, Ağa Salamov monqol ətinin tərəfində deyil, Ağa Salamov elmin tərəfindədir. Elm deyirsə ki, həmin ətin tərkibində B12 var, deməli, var".

“Donmuş ətdən kabab bişmir”

Ağa Salamov hesab edir ki, restoran menyularında istifadə olunan ətin mənşəyi açıq şəkildə göstərilməlidir:

“Mən dünən Qarabağ quzusundan kabab bişirdiyimi sosial şəbəkə hesabımda paylaşmışdım. Onun dadı mənim üçün monqol quzusundan üstündür. Monqol quzusunda dad yoxdur, çünki həmin ət donmuş şəkildə gəlir.

Bizim milli mətbəxdə isə donmuş ətdən kabab bişmir. Artıq restoranlarda da istehlakçılar bundan şikayət edirlər. Burada İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də prosesə müdaxilə etməlidir.

Necə ki, reseptin içində hansı məhsulların olduğu göstərilir, eyni qayda ilə restorandaətin də qarşısında "monqol əti" kimi qeyd olunmalıdır. İstehlakçı bilməlidir nə yeyir. Əgər bu yazılmırsa, istehlakçı hüquqlarının pozulmasıdır”.

“Gürcüstandan gələn ətlər bizə daha uyğun idi”

Ekspert yerli keyfiyyətli ətin bahalaşmasının vətəndaşları idxal ətinə yönəltdiyini vurğulayıb:

“Gürcüstandan gələn ətlər bizə daha uyğun idi. Azərbaycanda 9 iqlim qurşağı var. Azərbaycanı əvəz edəcək ikinci yer yoxdur. Mən bir müddət Almaniyada yaşamışam, oradakı ətlər də monqol ətinə bənzəyirdi. Quyruq əti yoxdur, merinos qoyunlarının quyruqları uzun olur. Bu ətləri doymaq üçün yeyirsən, dadmaq üçün yox. Amma bizim ağız dadımız var. Qida psixologiyasına görə insan uşaqlıqdan öyrəşdiyi ləzzəti həyat boyu axtarır. Bu, ətə də aiddir.

Monqol ətində o ləzzət varmı? Yoxdur. Monqol əti insanı öldürürmü? Xeyr. Zəhərləyirmi? Zəhərləmir. Yeyilə bilərmi? Bəli, yeyilə bilər. Sadəcə dadı zəifdir. Keyfiyyət baxımından tərkibində D vitamini və digər faydalı maddələr var. Amma bu ət heç vaxt Qarabağ quzusunun, Şuşanın qoyunlarının dadına çata bilməz.

Mümkün deyil. Amma bu gün vəziyyət belədir ki, əhalinin çoxunun gücü keyfiyyətli yerli ət almağa çatmır. Ətin qiyməti az qala gəlib 30 manata qalxıb. Biz insanlara deyə bilmərik ki, alıb yeməyin.

Çünki hamilə qadınlar, immun sistemi zəif olanlar, anemiyası olan insanlar var, onların qana ehtiyacı var. Əgər bu ət zərərli olsaydı, biz heç vaxt "alın, yeyin" demərik. Zərəri yoxdur, rahat şəkildə yeyilə bilər. Amma dad olmayacaq, məsələ dad məsələsidir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təklif ürəkaçandır, amma büdcəyə pul lazımdır - ONA GÖRƏ DƏ...
Bu gün, 11:33
"Ruslar yenə də tariximizi saxtalaşdırmaq istəyir..." - Görünəni odur ki...
Bu gün, 11:29
Qida eksperti “monqol quzuları” ilə bağlı hər şeyi DANIŞDI - SƏN DEMƏ...
Bu gün, 11:00
"Samirə qazi övladıdır və belə bir humanist addım atmağın onun üçün nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil" - REAKSİYA
Bu gün, 10:56
"Çalışın, burdan heç nə almayın..." - Müştərisi uyardı...
Bu gün, 10:46
Müəllimlər məktəbdə qalmağa məcbur deyillər - ETİRAZ
Bu gün, 10:38
Şimali Avropa və Baltikyanı dövlətlər Ukraynaya dəstəklərini bəyan edib - TƏFƏRRÜAT
Bu gün, 10:31
Bax, indi nə hacı var, nə də rayon prokuroru... - replika
Bu gün, 07:37
Gəncə Regional Kolleci BAĞLANA BİLƏR... - İTTİHAM VAR...
Bu gün, 07:33
Ukrayna üzrə razılaşma demək olar ki, hazırdır - Trampın xüsusi nümayəndəsi
Bu gün, 07:29
SOCAR-da MAAŞ ARTIMI: Bu sənədi saxtalaşdırıblar... - işçilər NARAZIDIR
Bu gün, 07:27
"Bilsəm ki, ödənişi geri ala biləcəm sizi RƏDD EDƏRDİM..." - ETİRAZ
Bu gün, 07:09
Əmrullayevin islahatçı obrazı... - nazir danışır, amma...
Bu gün, 07:00
Trampın sərvəti 1,1 milyard dollar azalıb - "Forbes"
Bu gün, 06:58
"Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin" - ÇAĞIRIŞ
Bu gün, 06:57
'AAAF Park'da işçinin başına elə oyun açdılar ki... - NARAZILIQ VAR...
Bu gün, 06:41
Cəlilabadda təhsil belə inkişaf edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:34
Başı cəncəldə olan nazirlik HOQQA VERİR - İcazə verin şübhələnək...
Bu gün, 06:29
Əmrullayevin əcaib-qəraib məntiqi... - nazir deyir ki...
Bu gün, 06:17
"Uşaqlarım demək olar ki, havada qalıblar"
Bu gün, 06:08
ABŞ-ın xəbərdarlığından sonra altı aviaşirkət Venesuelaya uçuşları ləğv edib
Bu gün, 05:59
"Biz işlərimizi bu şəkildə qura bilsək, formalaşdıra bilsək, təhsilimiz daha uğurlu olar" - ÇIXIŞ YOLU...
Dünən, 12:34
Ölkəmizdə yığılan avtomobillər anbarlarda QALIB – Niyə alıcı tapılmır?
Dünən, 12:31
AZƏRTAC-ın əməkdaşları İrəvanda oldu?.. - Hansı tədbirdə?..
Dünən, 12:30
KTN 154 min manatlıq katric alacaq: Nazirlik nəşriyyat yaradır? - BU NƏDİ BELƏ?
Dünən, 12:14
Repetitorluq ləğv edilir? - AKTUAL
Dünən, 12:11
PKK-çıdan CHP-ni qəzəbləndirən paylaşım - Etirazlar böyüyən kimi sildi
Dünən, 12:03
Paşinyandan sülhə zərbə vuracaq çıxış - İrəvan cinayətkarları geri istəyir?
Dünən, 11:59
Tanınmış kulinara ağır itki üz verib
Dünən, 11:58
Qazaxda “YAP Azərbaycanın müasir tarixində böyük bir fenomendir” mövzusunda tədbir keçirilib - FOTO
Dünən, 11:34
“Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” bəzi göstəricilərdə - GERİLƏYİB
Dünən, 11:27
Ali məktəbi qoyub döyüşə getdi - Arif Buzovnalının BİOQRAFİYASI
Dünən, 11:21
Yanğında ölənlərdən biri binanın MMMC-in sədri olub - tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Dünən, 11:18
Bu ağılla... bu savadla... Türkiyənin BAŞ NAZİRİ OLUB! - deyir ki...
Dünən, 11:14
Neft ehiyatlarımızın və hasilatın azaldığı dövrdə... - qeyri-neft sektorunun inkişafı üçün sahibkarlara dəstək verilməlidir
Dünən, 11:10
Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ – Erməni revanşizminin SON AKKORDLARI
Dünən, 11:02
“Televiziyadan uzaqlaşmağıma peşman deyiləm, aktyorun maddi vəziyyəti yaxşı olmalıdır”
Dünən, 10:58
İcra başçısı həbs ediləndən sonra zibil qutuları yığışdırıldı - SƏBƏB
Dünən, 10:55
Ukraynada savaş bitir: Putinin Azərbaycan planı nə? - ŞƏRH
Dünən, 10:50
5 manatlıq meyvə-tərəvəz şirkətinin 812,8 min manat vergi borcu var - DETALLAR
Dünən, 10:44
Bu nazirliklər LƏĞV OLUNUR - Dövlət səviyyəsində KƏMƏRSIXMA?
Dünən, 10:42
Nazirlik hər biri 37,9 min manata 12 avtomobil aldı - DETALLAR
Dünən, 10:38
Rusiya sülh planına razılıq verməsə, iqtisadi böhran dərinləşəcək - deputat
Dünən, 10:37
Azərbaycanda müflis olmuş şirkətin hazırlq iclası keçirirəcək
Dünən, 10:30
Sabiq rəis həbsdə öldü – 66 yaşı var idi
Dünən, 10:27
Şair Arif Buzovnalı vəfat edib
Dünən, 10:25
SOCAR-da işçilərin attestasiyadan keçirilməsi... - "Ən ədalətsiz hal ondan ibarətdir ki..."
Dünən, 10:23
“Tramp yolu” gürcülərin də işinə yarayacaq... - AYDIN OLDU...
Dünən, 10:19
Yanğın anından video paylaşdı: Bu restoranı ittiham etdi - FOTO, VİDEO
Dünən, 10:10
“Şayiə yayırlar ki, Tahir partiyanı pulla satıb” - QALMAQAL
Dünən, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru