"Rəhbərliyə dedim ki, veriliş bağlanmasın, başqa adam gətirin" .....                     Putin HƏDƏLƏDİ .....                     Türkiyə Rusiyadan qaz almağa məcburdur .....                     Bakıdan ev ala bilmək üçün fasiləsiz olaraq 76,6 il ödəniş etmək lazımdır .....                     Kremlin yeni iddiası: "Rusiya ordusu ABŞ-dan da güclüdür" .....                     Türkiyədə Azərbaycana qarşı gizli fəaliyyətin arxasında onlar dayanır .....                     ABŞ Rusiya ilə eskalasiyaya hazırdır .....                     4 illk gərgin danışıqlar: Sülh sazişi necə əldə edildi? .....                     Rasim Məmmədov daha ölkədə ictimai nəzarətə lüzum görmür .....                     "Müxtəlif maxinasiyalar həyata keçirirlər" .....                     "Konsert verməyə marağım yoxdur" .....                     Paşinyan erməni uşaqlara bu sualı verdi .....                     Gürcüstanda səslərin hamısı sayılıb .....                     BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb .....                     Rusiyada həbs edilən İbrahim Suleymanovla bağlı YENİ DETALLAR üzə çıxdı .....                     Minlərlə azərbaycanlının gözlədiyi məsələ risk altında .....                     Rusiya Lvovu vurdu: ölü və yaralılar var .....                     Nazir oğlunun biznesi: Camaatla məzələnirlər? .....                     Tanınmış publisistin məzar yolu başqasına satıldı .....                     Putin Paşinyanı devirə bilmədi... .....                     Paşinyan Göyçə gölü sahilində kabab çəkdi... .....                     Azər Qəribin İtaliyada başına iş gəldi .....                     "Təəssüflər olsun ki, bunu təşkil edən əsasən valideynlərdir..." .....                     Ukrayna raket və dron zərbələri altında .....                     Bakıda qardaş iki bacısını bıçaqladı .....                     Həm baha, həm keyfiyyətsiz... .....                     3 sahədə çalışan neftçilərin NƏQLİYYAT DƏRDİ... .....                     Binəqədidə başçıya güvənən müavin qanunlara belə tüpürür... .....                     DOST-dan gələn işçilər düşmənə qismət olmur .....                     Direktor olmasa da, onu əvəz edən var... .....                     Maaşları mənimsənilən işçilər şikayətçidir .....                     “Anar qonorarını alıb, mən “Nəsimi”-yə 1500, “Babək”-ə görə 5 min manat almışam” .....                     Toylarla bağlı qadağalar tətbiq olunur? .....                     Putini həyəcan bürüdü, sadəcə bir cümlə dedi .....                     Bu gün paytaxtın 555 küçəsi yuyulub .....                     Metropoliten “Məktəbli avtobusları”na qarşı: “Dərsə metro ilə get” .....                     Masallıda 1,2 milyona abadlıq işləri aparılacaq .....                     Nəticəsiz danışıqlar: Kreml ABŞ-ın səxavətli təklifini rədd etdi .....                     Azərbaycan və Türkiyə Rusiyanın xilası ola bilər .....                     Qərbi Azərbaycanın Gabud kənd icmasında YEYİNTİ İFŞA OLUNDU .....                 

Putin Paşinyanı devirə bilmədi... - Görünəni odur ki...
Tarix: Bu gün, 10:42 | Çap et

Son zamanlar Ermənistanda anti-Rusiya ab-havası geniş yayılıb. 2018-ci ildə Nikol Paşinyanın Baş nazir seçilməsindən, xüsusilə də 44 günlük müharibə və Azərbaycanın antiterror əməliyyatından sonra ölkənin siyasi kursu tamamilə dəyişib.

Paşinyan ölkəsini Rusiyanın orbitindən çıxararaq Qərbyönümlü siyasət aparmağa üstünlük verib. Onun dönəmində İrəvanla Moskva arasındakı gərginlik pik həddə çatıb. Hətta Ermənistanın Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından çıxmaq istədiyinə dair bəyanatlar verilir. Əvəzində isə adıçəkilən ölkə NATO və Avropa İttifaqına qoşulmağa çalışır.

Əlbəttə ki, bütün bunlar Kremlin narazılığına səbəb olur. Hətta zaman-zaman Rusiyanın Ermənistanda çevriliş planı hazırladığı və Nikol Paşinyanı devirmək istədiyi iddia olunur. Lakin gəlinən son nöqtədə görürük ki, Kremlin bu planı baş tutmayıb.

Ümumiyyətlə, artıq Rusiyanın Ermənistanda çevriliş planının tamamilə iflas etdiyini söyləmək olarmı?

AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Cümhuriyət”-ə bildirib ki, Rusiyanın Ermənistanda çevriliş planının olduğu şübhəlidir:

"Yəni Paşinyanın Rusiya ilə düşmənçilik etdiyi, Kremlin də onu istəmədiyi iddia olunur. Lakin bütün bunlara rəğmən, məhz Paşinyanın hakimiyyəti dövründə Rusiya ilə Ermənistan arasındakı ticarətin 14 milyard dollara qədər çatacağı proqnozlaşdırılır. Kiçik ölkə olan Ermənistanın nəhəng Rusiya ilə bu qədər böyük hansı alış-verişi etdiyi də suallar doğurur. Əslində, Ermənistan Rusiya üçün sanksiyalardan yayınaraq öz mallarını satdığı bir ərazidir. Yəni rus malları adıçəkilən ölkədən başqa dövlətlərə satılır".

Politoloq qeyd edib ki, Paşinyan Rusiyaya sanksiyalardan yayınmaq üçün imkan yaradıb:

"Belə vəziyyətdə Kreml nə üçün onu devirsin ki? Düzdür, Paşinyan Qərbyönümlü addımlar atır. Lakin Rusiya Prezidenti Vladimir Putin üçün əsas puldur, yoxsa Ermənistanın hansısa simvolik addımları? Rusiyanın hərbi bazasının Ermənistanda olduğunu nəzərə almaq lazımdır. Üstəlik, bu ölkənin sərhədlərini də rus hərbçiləri qoruyur.

Eyni zamanda, Ermənistanın dəmiryolları da Rusiyanın nəzarətindədir. Bütün bunların fonunda Putinin Paşinyanı devirmək kimi bir planının olduğunu düşünmürəm. Düzdür, Kreml ona yaxın Ermənistan hakimiyyətinin olmasını istəyər. Ancaq Paşinyan da onlar üçün məqbuldur. Ümumiyyətlə, Putin və Paşinyan arasında xüsusi ziddiyyətlər görmürəm".

Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov isə açıqlamasında bildirib ki, bu gün Rusiya öz xarici siyasətində “kələfin ucunu” itirdiyi üçün sabah nə olacağını proqnozlaşdırmaq çətindir:

"Amma hər addımı fitnə-fəsadla dolu olan bu fövqəlşovinist dövlətin mövcud durumu belə deməyə əsas verir ki, onun hər hansı bir dövlətdə çevriliş etmək qüvvəsi qalmayıb. Təbii ki, Ermənistan da bu sırada qərarlaşıb. Bunun bir neçə səbəbi var".

Ekspert həmin səbəblərdən bəhs edib:

"Birincisi, Rusiyanın Qafqaz siyasəti saralmış yarpaqları tökülən ağaca dönüb. Çünki bu siyasətin su içdiyi mənbələr quruyub. Xüsusilə də Qafqazın cənub dövlətləri üzrə Rusiyanın sözü keçmir. İkincisi, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsini səfehcəsinə davam etdirməklə iqtisadi cəhətdən gündən-günə zəifləyir. Hər hansı dövlətdə çevriliş etmək isə güclü maliyyə qaynağı tələb edir ki, hazırda bu amil Rusiya üçün böyük problemdir.

Üçüncüsü, konkret olaraq, Ermənistan Rusiyanın orbitindən faktiki olaraq xeyli uzaqlaşıb. İndi bu ölkədə gedən siyasi proseslərə ən azı 50/50 faiz nisbətində ABŞ nəzarət edir. Qalan 50 faizdə Türkiyənin, Azərbaycanın da payı var. Rusiyanın imkanı 10 faiz civarındadır ki, bu da Gümrüdəki hərbi bazasının hesabınadır".

Onun sözlərinə görə, əslində bu bazanın da fəaliyyət imkanı xeyli daralıb:

"Çünki Ukrayna ilə müharibə çərçivəsində Ermənistanda 5000 nəfərlik şəxsi heyətə malik bazanı saxlamaq çox xərc tələb edir. Üstəlik, Ukrayna cəbhəsində Rusiya əsgər çatışmazlığı ilə üz-üzədir. Düzdür, BMT iclaslarında, Rusiya XİN-in keçirdiyi brifinqlərdə Ermənistanın Rusiyanın nəzarətində qalması üçün rus diplomatlar müəyyən fikirlər söyləyir, siyasi atmacalar atırlar.

Lakin bunların təsiri çox azdır və əksər hallarda iş planına uyğun olaraq atılan addımlar təsiri bağışlayır. Bütün bu amilləri nəzərə alsaq, deyə bilərik ki, Rusiyanın çevriliş planı iflasa uğrayıb. Lakin ani çılğınlıq nəticəsində terror hadisəsinin törədilməsi imkanı qalır".

Həmsöhbətimiz hesab edir ki, bu, Rusiya siyasətinin son adəti kimi ortaya çıxa bilər:

"Məsələn, Rusiyaya xidmət edən ermənilərin revanşı, yaxud şəxsi motivləri qabardıb kimisə silahlı basqınla aradan götürmək versiyası qalır. Ancaq bu cəhdlər indilikdə çevrilişə səbəb ola bilməz. Çünki erməni cəmiyyəti artıq Rusiyaya və Kremlə xidmət edən ermənilərə nifrət edir. Təsadüfi deyil ki, bu günlərdə Kremlin danışan dili olan erməni Keosoyanın vəfatı ona qarşı ermənilərdə olan nifrəti azaltmayıb, əksinə, mətbuatda onu aşkar surətdə manqurt adlandıraraq lənətləyirlər".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rəhbərliyə dedim ki, veriliş bağlanmasın, başqa adam gətirin"
Bu gün, 18:09
Putin HƏDƏLƏDİ - KİV
Bu gün, 18:07
Türkiyə Rusiyadan qaz almağa məcburdur - GƏLİŞMƏ
Bu gün, 18:05
Bakıdan ev ala bilmək üçün fasiləsiz olaraq 76,6 il ödəniş etmək lazımdır – Hesablama
Bu gün, 17:04
Kremlin yeni iddiası: "Rusiya ordusu ABŞ-dan da güclüdür" - Nikolay Patruşev
Bu gün, 16:05
Türkiyədə Azərbaycana qarşı gizli fəaliyyətin arxasında onlar dayanır - İnanılmaz faktlar
Bu gün, 16:02
ABŞ Rusiya ilə eskalasiyaya hazırdır - Arestoviç
Bu gün, 15:53
4 illk gərgin danışıqlar: Sülh sazişi necə əldə edildi? - AKTUAL
Bu gün, 14:33
Rasim Məmmədov daha ölkədə ictimai nəzarətə lüzum görmür - ÖZÜ AÇIQLADI
Bu gün, 14:30
"Müxtəlif maxinasiyalar həyata keçirirlər" - İTTİHAM VAR...
Bu gün, 14:27
"Konsert verməyə marağım yoxdur"
Bu gün, 14:22
Paşinyan erməni uşaqlara bu sualı verdi – Aldığı cavab onu şoka saldı
Bu gün, 14:19
Gürcüstanda səslərin hamısı sayılıb - hakim partiya qalib gəlib
Bu gün, 13:23
BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb - SİYAHI
Bu gün, 13:20
Rusiyada həbs edilən İbrahim Suleymanovla bağlı YENİ DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:39
Minlərlə azərbaycanlının gözlədiyi məsələ risk altında – Nə baş verəcək?
Bu gün, 11:34
Rusiya Lvovu vurdu: ölü və yaralılar var - KİV
Bu gün, 11:01
Nazir oğlunun biznesi: Camaatla məzələnirlər? - NARAZILIQ VAR...
Bu gün, 11:00
Tanınmış publisistin məzar yolu başqasına satıldı - BU NƏDİ BELƏ?
Bu gün, 10:44
Putin Paşinyanı devirə bilmədi... - Görünəni odur ki...
Bu gün, 10:42
Paşinyan Göyçə gölü sahilində kabab çəkdi... - FOTO
Bu gün, 10:40
Azər Qəribin İtaliyada başına iş gəldi
Bu gün, 10:37
"Təəssüflər olsun ki, bunu təşkil edən əsasən valideynlərdir..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
Ukrayna raket və dron zərbələri altında – Rusiya qaz anbarlarını hədəf alıb
Bu gün, 08:54
Bakıda qardaş iki bacısını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:52
Həm baha, həm keyfiyyətsiz... - “Daxili bazarda nəzarət mexanizmlərinin...”
Bu gün, 08:48
3 sahədə çalışan neftçilərin NƏQLİYYAT DƏRDİ... - ÇARƏSİZ QALIBLAR...
Bu gün, 08:42
Binəqədidə başçıya güvənən müavin qanunlara belə tüpürür... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:23
DOST-dan gələn işçilər düşmənə qismət olmur - "JEK" müdiri elə öz bağındaca işlədir...
Bu gün, 08:12
Direktor olmasa da, onu əvəz edən var... - sözün hər mənasında...
Bu gün, 08:08
Maaşları mənimsənilən işçilər şikayətçidir - MÜRACİƏT
Bu gün, 08:04
“Anar qonorarını alıb, mən “Nəsimi”-yə 1500, “Babək”-ə görə 5 min manat almışam”
Bu gün, 07:58
Toylarla bağlı qadağalar tətbiq olunur? - Ekspert deyir ki...
Bu gün, 07:55
Putini həyəcan bürüdü, sadəcə bir cümlə dedi – Rusiya daxilində qarışıqlıq
Bu gün, 07:50
Bu gün paytaxtın 555 küçəsi yuyulub
Dünən, 17:28
Metropoliten “Məktəbli avtobusları”na qarşı: “Dərsə metro ilə get” - FOTO
Dünən, 13:14
Masallıda 1,2 milyona abadlıq işləri aparılacaq
Dünən, 13:13
Nəticəsiz danışıqlar: Kreml ABŞ-ın səxavətli təklifini rədd etdi - ONA GÖRƏ DƏ...
Dünən, 13:03
Azərbaycan və Türkiyə Rusiyanın xilası ola bilər -Kremlin çıxış yolu Bakı və Ankaradan keçir
Dünən, 13:01
Qərbi Azərbaycanın Gabud kənd icmasında YEYİNTİ İFŞA OLUNDU - Standartlaşdırma və Meteorologiya İnstitutunun əməkdaşı QOVULDU
Dünən, 12:46
Paytaxtda növbəti təmizlik işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib - FOTO
Dünən, 12:39
Naxçıvanda 15 yaşlı uşağa təcavüz işində təqsirləndirilənlərdən daha birinin cəzası artırılıb - AÇIQLAMA
Dünən, 12:34
"Nə deyim vallah: utanın, ölün, yerə girin də..." - Keçmiş deputat Azercell-in oğurluğunu İFŞA ETDİ
Dünən, 12:31
Xəzər dənizi ilə İrandan Azərbaycana 510 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
Dünən, 12:24
"Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol İran üçün fürsət ola bilər" - Zərif
Dünən, 12:22
Təhsil naziri etiraf etdi ki, 3 şagirddən 1-i savadsızdır... - Amma səbəblərindən danışmadı...
Dünən, 12:19
Cabirin atasından vəhhabi iddialarına CAVAB - "Biz nə hayda, siz nə hayda?"
Dünən, 12:15
Elmar Məmmədyarov niyə məmurla quda olmadı? – VİDEO
Dünən, 12:07
8 TRİLYON BÜDCƏ KƏSİRİ, YANACAQ ÇATMIR, CƏRİMƏLƏR ARTIR – Putinin “Valday”da görməzdən gəldiyi problemlər
Dünən, 12:02
“Allaha tapşırıram” - Sərxan Kərəmoğlu kimə QARĞIŞ ETDİ?
Dünən, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru