Bu gün səhər saatlarından Rusiya Ukraynanı dron və raket atəşinə tutmaqdadır.
Musavat.com xəbər verir ki, yüzlərlə drondan sonra Rusiya Ukraynaya qanadlı raketlər buraxıb.
Hücum zamanı “Xəncər” raketlərindən istifadə olunur. Ternopol, Rovensk və Lvovda partlayışlar var.
Unian-ın yazdığına görə, rusların əsas hədəfi köhnə Lvovda yerləşən yeraltı qaz anbarlarıdır. Artıq ərazidə 10-dan çox güclü partlayış qeydə alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya “Naftoqaz”ın qaz hasilatı qurğularının mühüm hissəsini zərbələrlə sıradan çıxarıb.