Tikinti şirkətinin direktoru payçının 25 faizini əlindən alıb .....                     Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı .....                     Bilmək olmur... məmurdur, ya biznesmen? .....                     Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi: istintaq davam edir .....                     Simonyan Bakıda onların azad olunmasını xahiş edib .....                     Erməni əsgərinin Qarabağda nə işi var idi? .....                     Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı .....                     Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu .....                     Azərbaycan Rusiyaya qarpız satışını .....                     Trampın adamından qorxunc xəbərdarlıq: Azərbaycana təhlükə? .....                     Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq .....                     Bakının son şərti referendumsuz reallaşa bilər .....                     “Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” .....                     Parisin İrəvana istənilən yardımı faydasızdır .....                     "Softline Solution”un vergi borcu üzə çıxıb .....                     Xırdalan taksisi Bakıya buraxılmayacaq .....                     Elə tək ağıllı Paşinyanın özüdür... .....                     Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası .....                     6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR .....                     Vətəndaş İlqar Abbasovun umrunda da deyil... .....                     “Aslanoğulları”nın Azərbaycandakı filialının vergi borcu üzə çıxıb .....                     Evi plana düşənlərin nəzərinə .....                     Britaniyadan Rusiyaya xəbərdarlıq .....                     200 minlik şirkət DVX-nin "qara siyahı"sında .....                     Kriminal aləmə biət edən təhsilimiz... .....                     Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQ .....                     Səhiyyə sisteminin əvəzsiz TENDERYEYƏNİ .....                     Naftalanda icra hakimiyyətinin 3 tenderinə RƏDD CAVABI .....                     “ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...” .....                     “Vergi cənnəti” bitir .....                     Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır .....                     "4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır" .....                     Babək xəstəxanası nəzarətsiz qalıb... .....                     Qarabağ qazisi yenə də DAVADADIR .....                     Kürdəmir sakini DOST-dan gileylənir .....                     Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar .....                     Əmrullayevin gizli "kitab oyunu" .....                     Ağadadaş Ağayev imicini dəyişdi .....                     Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" .....                     Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib .....                 

Bakının son şərti referendumsuz reallaşa bilər - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:27 | Çap et

Rəsmi Bakının Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti məlum: qonşu ölkənin konstitusiyasındakı (preambula hissəsi) Azərbaycana ərazi iddiası olan müddəanın çıxarılması. Ermənistan rəhbərliyi bunu nə qədər tez həyata keçirsə, bir o qədər sənəd tez imzalanacaq.

Nikol Paşinyan hökuməti isə 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbulu prosesinə başlamaq niyyətindədir. Bu barədə hakim “Mülki müqavilə” partiyasının ötən həftəsonu İrəvanda keçirilən VII qurultayında bildirilib.

Lakin bəzi politoloqlara görə, Bakının son şərtinin referendumsuz reallaşması da mümkündür, çünki Ermənistan Konstitusiyasında Dağlıq Qarabağa iddianın yer aldığı Müstəqilik Bəyannaməsinə istinad məhz parlamentin qərarı ilə konstitusiya mətninə daxil edilib. Eyni qaydada indiki parlament onu oradan çıxara bilər.

Nəzərə alsaq ki, parlamentdə çoxluq hakim partiyaya məxsusdur, o zaman düzəliş problemli görünmür. Deməli, referenduma da ehtiyac qalmaya bilər. Bəs Bakını bu variant qane edəcəkmi? 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan üçün önəmli olan ölkəmizə ərazi iddialarını ehtiva edən müddəanın Ermənistan Konstitusiyasının preambula hissəsindən çıxarılmasıdır: “Ermənistanın bunu necə edəcəyinin bizə o qədər də dəxli yoxdur. Bunu referendumla edəcəklər, yoxsa parlamentdə sadə səs çoxluğu ilə həyata keçirəcəklər, bu, Ermənistanın işidir. Bizim üçün əsas odur ki, həmin müddəa konstitusiyanın preambula hissəsindən çıxarılsın. Sadəcə olaraq, referendum keçirməklə çıxarılmanın üstünlüyü ondadır ki, bu, bütün xalqın səsi ilə qəbul edilmiş konstitusiya, qərar olacaq və hakimiyyət dəyişikliyi baş verərsə belə, yeni hakimiyyət konstitusiyanın dəyişdirilməsi ilə həmin müddənın oraya daxil edilməsinə risk etməz. Bu, həm də Azərbaycana qarşı yeni müharibə çağırışı olar. Parlamentdə isə bu gün Nikol Paşinyanın Mülki Müqavilə Partiyası səs üstünlüyünə malikdir və bu üstünlükdən istifadə edib konstitusiyanın preambula hissəsindən həmin o bəndi çıxarsa, sabah hökumət dəyişərsə, Paşinyanın partiyası seçkidə məğlub olarsa, parlamentdə üstünlüyü ələ almış yeni hökumət o bəndi yenidən bərpa etmək istəyərmi? Bu sual açıq qalır. Əgər buna cəhd etsələr, bu da Azərbaycanla müharibəyə başlamaq çağırışı olacaq ki, bu, Ermənistan dövləti və cəmiyyəti üçün yaxşı heç nə vəd etməyəcək”.

Ekspert hesab edir ki, Nikol Paşinyan məsələnin həllini sürətləndirməlidir: “Paşinyan gözləməməlidir ki, gələn ilin iyununda parlament seçkiləri keçirilsin, sonra Azərbaycana qarşı ərazi iddiaları ana qanundan çıxarılsın və sonra sülh müqaviləsi imzalansın. Çünki Ermənistanda proseslər sürətlə cərəyan edə bilər, təxribatlar ola bilər, Rusiya daxildə aranı qarışdıra bilər. Ona görə də Paşinyan bəlkə də alternativ variant kimi məsələni parlamentdə səs çoxluğu ilə həll etsə yaxşı olar. Preambula hissəsi məhz vaxtilə parlamentdə qəbul olunmuşdu. İndi də preambuladakı Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan bənd parlamentdə ləğv oluna bilər. Azərbaycan, hər halda, buna normal yanaşar və sülh müqaviləsinin imzalanması üçün maneə qalmaz”.

Siyasi ekspert, hüquq professoru Qulamhüseyn Əlibəyli isə dedi ki, Ermənistan Konstitusiyasının preambula hissəsindəki Azərbaycana qarşı ərazi iddiasını parlamentdə səsvermə ilə də ləğv etmək mümkündür: “Bu məsələni referendum keçirmədən, yeni konstitusiya qəbul eləmədən də həll eləmək mümkündür. Söhbət nədən gedir? Konstitusiyanın bütün mətnində Azərbaycana qarşı ərazi iddiası yoxdur. Konstitusiyanın preambula deyilən giriş hissəsində Ermənistanın müstəqillik bəyannaməsinə istinad var. Müstəqillik bəyannaməsində də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin, səhv etmirəmsə, 1989-cu ildə qəbul olunmuş qərarı əksini tapır. Bu qərar o zamankı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin iştirakı ilə qəbul olunub. Müstəqillik bəyannaməsində də həmin qərarda göstərilən məqsədlər Ermənistan dövlətinin və xalqının ali niyyəti kimi nəzərdə tutulur. Konkret desək, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana birləşdirilməsi Ermənistan dövlətinin və xalqının ali niyyəti hesab olunur. Bu baxımdan, hesab edirəm ki, həmin müstəqillik bəyannaməsindən müvafiq ifadəni çıxarmaqla, eyni zamanda Ermənistan Ali Sovetinin dediyimiz qərarını ləğv etməklə problemi Ermənistan parlamentində həll etmək mümkündür. Yəni konstitusiyanın giriş hissəsində istinad olunan bəyannamədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərara istinad çıxarılır və eyni zamanda Ermənistan Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərarı da ləğv olunur. Bundan başqa, səhv etmirəmsə, 1992-ci ildə Ermənistan Ali Sovetinin başqa bir qərarı da var və o qərarda deyilir ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi nəzərdə tutan hər hansı sənədi imzalamaq Ermənistan hakimiyyətinə qadağandır. Ermənistan parlamenti bu qərarını da ləğv etməlidir”.

Ekspert qeyd etdi ki, parlamentdə hazırda Nikol Paşinyanın partiyası səs üstünlüyünə malikdir. Buna görə də bu məsələni də parlamentdə səs çoxluğu ilə həll etmək olar: “Amma konstitusiya məsələsində müəyyən risklər qalır. Tutaq ki, konstitusiyada müstəqillik bəyannaməsinə istinad çıxarıldı. Axı müstəqillik bəyannaməsi yenə də qüvvəsində qalır və orada Azərbaycana ərazi iddiası var. Deməli, Müstəqillik bəyannaməsinin özündə də həmin müddəa ləğv edilməlidir. Bunu da parlament ayrıca qərarla edə bilər. Hər bir halda referendumla qəbul edilən qərarlar və dəyişikliklər parlamentdə qəbul edilən qərarlardan daha üstündür və mötəbərdir. Ona görə də daha yaxşısı dediyimiz qərarların parlamentdə ləğvi, konstitusiyanın giriş hissəsindəki ərazi iddiasını nəzərdə tutan bəndi isə rerefendum keçirməklə ləğv etməkdir. Lakin Nikol Paşinyan cəmiyyətin bu gün bunların heç birinə tam hazır olmadığını hiss etdiyindən əməli addım atmaqdan çəkinir. Ona görə də məsələni yubatmağa çalışır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tikinti şirkətinin direktoru payçının 25 faizini əlindən alıb - ÖZBAŞINALIQ...
Bu gün, 09:51
Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR
Bu gün, 09:44
Bilmək olmur... məmurdur, ya biznesmen? - İTTİHAM VAR...
Bu gün, 09:38
Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi: istintaq davam edir - TƏFƏRRÜAT
Bu gün, 09:31
Simonyan Bakıda onların azad olunmasını xahiş edib - SİYAHI
Bu gün, 09:25
Erməni əsgərinin Qarabağda nə işi var idi? - Ermənistan Baş nazirindən HAQLI SUALLAR...
Bu gün, 09:19
Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı
Bu gün, 09:16
Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto
Bu gün, 09:12
Azərbaycan Rusiyaya qarpız satışını - 2,6 dəfə ARTIRIB
Bu gün, 08:59
Trampın adamından qorxunc xəbərdarlıq: Azərbaycana təhlükə? - Görünəni odur ki...
Bu gün, 08:52
Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq - FT
Bu gün, 08:29
Bakının son şərti referendumsuz reallaşa bilər - GƏLİŞMƏ
Bu gün, 08:27
“Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” - AKTUAL
Bu gün, 07:48
Parisin İrəvana istənilən yardımı faydasızdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:46
"Softline Solution”un vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:44
Xırdalan taksisi Bakıya buraxılmayacaq - “Yəqin gəlib “bazara” girirlər”
Bu gün, 07:42
Elə tək ağıllı Paşinyanın özüdür... - ŞƏRH
Bu gün, 07:39
Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası - AUDİO
Bu gün, 07:24
6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR - MÜRACİƏT
Bu gün, 07:22
Vətəndaş İlqar Abbasovun umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 07:19
“Aslanoğulları”nın Azərbaycandakı filialının vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:07
Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz
Bu gün, 07:06
Britaniyadan Rusiyaya xəbərdarlıq - Birbaşa qarşıdurma ola bilər
Bu gün, 07:04
200 minlik şirkət DVX-nin "qara siyahı"sında - “GNI Software” qanunvericiliyi pozub
Bu gün, 07:03
Kriminal aləmə biət edən təhsilimiz... - dərslər 1 həftədir başlayıb, amma...
Bu gün, 06:50
Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQ - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 06:46
Səhiyyə sisteminin əvəzsiz TENDERYEYƏNİ - indi də Naxçıvanda milyonları xırıd edir
Bu gün, 06:44
Naftalanda icra hakimiyyətinin 3 tenderinə RƏDD CAVABI - TƏFƏRRÜAT
Bu gün, 06:39
“ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:33
“Vergi cənnəti” bitir - AKTUAL
Bu gün, 06:31
Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır - NƏ ETMƏLİ?
Bu gün, 06:29
"4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır"
Bu gün, 06:24
Babək xəstəxanası nəzarətsiz qalıb... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:21
Qarabağ qazisi yenə də DAVADADIR - Bu dəfə Mədəniyyət Nazirliyinə qarşı...
Bu gün, 06:18
Kürdəmir sakini DOST-dan gileylənir - "Heç bir xəbərdarlıq etmədən..."
Bu gün, 06:16
Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar
Bu gün, 06:10
Əmrullayevin gizli "kitab oyunu" - "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI
Bu gün, 00:21
Ağadadaş Ağayev imicini dəyişdi – FOTO
Dünən, 18:01
Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" - MƏHKƏMƏ
Dünən, 17:59
Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib - TƏFƏRRÜAT
Dünən, 17:56
“Patron”un yer fıstığından qurd çıxdı - VİDEO
Dünən, 17:53
AKİA-ya yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:51
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Dünən, 17:48
“Bu görüş Putinin ad günündə baş verə bilər” – Bakı - Moskva münasibətlərində nə gözlənilir?
Dünən, 17:38
Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib - FOTO
Dünən, 17:22
Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...
Dünən, 17:19
Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır
Dünən, 17:04
Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR – Məktəbdə “Fond pulu” davası
Dünən, 17:02
Müğənni KİMƏ SƏSLƏNDİ? –“Kimsə mənə bir “meşok” pul verəcək, mən də...”
Dünən, 16:59
“Bundan sonra “Xalq artisti” adı verilməyəcək” – Rasim Balayev açıqladı
Dünən, 16:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru